Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-307/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və HCavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı “X16 Azərbaycan” QSC-nin vəkili X5 və nümayəndəsi X3, Cavabdeh1 və onun vəkili X4 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-285/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “X16 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2015-ci il tarixli, 195841/01 saylı kredit müqaviləsi ilə “X16 Azərbaycan” QSC-nin Gəncə filialı ilə Cavabdeh1 illik 15 faiz olmaq şərti ilə 49 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi xx xxxxxx 2015-ci il tarixdə HCavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrin şərtlərinə görə zaminlər başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. xx x xxxxx 2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, X14 küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən ipoteka predmeti 160.000 manat dəyərində qiymətləndirilmişdir. Gəncə şəhəri Nizami rayonu X14 küçəsi 5-ci döngə, 3 saylı fərdi yaşayış evi “X16 Azərbaycan” QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkməsi tərəfindən təyin edilərək alınmış xx xxxxxx 2016-cı il tarixli, 734 nömrəli rəyə əsasən Gəncə şəhəri, Nizami rayonu, X 14 küçəsi 5-ci döngə, 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiyməti təxminən 255.000 manat təşkil edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. İddiaçı müqavilə üzrə cavabdehin 50268,75 manat əsas kredit borcunun, 4231,99 manat əsas məbləğə hesablanmış faiz borcunun, 426,44 manat hər gecikdirilmiş günə görə cərimə borcunun olmasını qeyd edir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qismən, əsas borc hissəsində qəbul etdiyini göstərmiş, cərimə borcunun çox hesablandığını, qiymətləndirmə rəyi ilə razı olduğunu qeyd etmişdir. Birinci apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli, 22490 saylı rəyinə görə, Cavabdeh1 “X1 6 Azərbaycan” QSC-yə xx xxxxxx 2015-ci il tarixli 195841/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə olan kredit borcu tam ödənilməklə, 166.17 manat məbləğində artıq ödənişin olması müəyyən olunur. İkinci apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli, 5729 saylı rəyinə görə Cavabdeh1 “X16 Azərbaycan” QSC-yə xx xxxxxx 2015-ci il tarixli, 195841/01 saylı kredit müqaviləsi üzrə kredit borcu-tam ödənilməklə, 166.17 manat məbləğində artıq ödənişin olması müəyyən olunur, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Həmin icraat zamanı yenidən təyin ounmuş məhkəmə mühasibalıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30834 saylı rəyinə görə, xx xxxxxx 2015-ci il tarixli, 195841/01 saylı kredit müqavil əsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 “X16 Azərbaycan” QSC-yə olan borcu tam ödənilməklə, 166.17 manat məbləğində artıq ödənişin olması müəyyən olunur, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və HCavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və HCavabdeh3 müştərək qaydada 50268.75 manat əsas kredit borcunun, 4231.99 manat əsas məbləğə hesablanmış faiz borcunun, 426.44 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 2.75 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 54989,93 manat məbləğində borcun “X16 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.0492 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 420 kv.m, yaşayış sahəsi 95.5 kv.m, yardımçı sahəsi 324.5 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, X14 küçəsi, 5-ci döngə, 3 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbl əğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borcludan tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə yaşayış sahələrinin 1(bir) ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 195841/01 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 15% hesablanmaqla 49 (qırx doqquz) ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi xx xxxxxx 2015-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.0492 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 420 kv.m. yaşayış sahəsi 95.5 kv.m., yardımçı sahəsi 324.5 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, X14 küçəsi, 5-ci döngə, 3 nömrəli ünvanında yerləşən fərdi yaşayış evi “X16 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli,195541/01 saylı kredit müqaviləsinin müddəalarını pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Bank tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi cavabdeh borcunu ödəməmişdir. Hazırda cavabdehin banka 50268.75 manat əsas kredit borcu, 4231.99 manat əsas məbləğə hesablanmış faiz borcu, 426.44 manat hər gecikdirilmiş günə görə cərimə borcu, 2.75 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumuna görə borc, cəmi 54989,93 manat məbləğində borcu qalmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Eyvazov, iş № 2(044)-59/2017) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və HCavabdeh3 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 50268.75 əsas borc, 4231.99 manat faiz borcu, 50 manat dəbbə pulu, 2.75 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 54613.49 manatın alınaraq iddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.0492 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 420 kv.m, yaşayış sahəsi 95.5 kv.m, yardımçı sahəsi 324.5 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, X14 küçəsi, 5-ci döngə, 3 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 255.000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabde h1, Cavabdeh2 və HCavabdeh3 cəmi 54613.49 manatın kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.0492 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 420 kv.m, yaşayış sahəsi 95.5 kv.m, yardımçı sahəsi 324.5 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, X14 küçəsi, 5-ci döngə, 3 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətində Cavabdeh2 həmin evdən çıxarılaraq mənzilin boşaldılması, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, müəyyən olunmuş borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş evə yönəldilməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(044)-59/2017 saylı qətnaməsini ləğv edərək, iş üzrə məhkmə tikinti-texnki və ya əmtəəşünaslıq ekspertizası təyin edilməklə yenidən baxaraq iddia tələbinin tam təmin olunmasını bardədə qətamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci istansiya məhkəməsi iddiaçının MPMn 53-cü maddəsi ilə əsasən təqdim etdiyi ərzəsini nəzərə almamışdır. Məh kəmə cərimə hissəsində tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Məhkəmə yenidən qiymətləndirmə rəyinin alınması ilə bağlı vəsatətlərini təmin etməmşdir. Alımış rəydə fərdi yaşayış evinin real bazar qiyməti süni olaraq bir neçə dəfə şişirdilmişdir. Qiymətləndirmə rəyləri arasında ziddiyyətin aradan qaldırılması üçün məhkəmə yeni rəy almalı olduğu halda bunu etməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(044)-59/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə əsas borca hesablanmış faiz məbləği və tutulmasında səhvə yol vermişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 20 18-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), F.Mehtiyev və N.Quliyev, iş № 2(104)-174/2018) iddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(044)-59/2017 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pulun iddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzi X2 Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTR E******************** hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 195841/01 saylı kredit müqaviləsi üzrə öhdəliyin tam şəkildə icra edildyi müəyyən edildiyindən cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinə xitam verilmişdir. Cavabdeh kredt müqaviləsi üzrə öhdəliyini tam icra etdiyindən həmin müqavilə üzrə kreditin qaytarılmasının təminatı ipoteka predmetinə tələbin yönəldilməsi əsaslar da aradan qalmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), T.Qoldman və İ.Xələfov, iş № 2(102)-7034/2018) iddiaçının kassasiya şikayə ti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(104)-174/2018 saylı qətnaməsi ləğv olunmuş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, aşağıdakılara əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi gəldiyi nəticənin əsası kimi məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli rəyinə istinad etmişdir. Apellyasiya məhkəməsi tərəfindən ekspertiza qarşısında əsas borc və faiz borcunun müvafiq qanunvericiliyə uyğun hesablanıb-hesablanmadığı, eyni zamanda xx.xx.2016-cı il tarixinə olan faiz borcunun müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Həmin rəydə Cavabdeh1 “X16 Azərbaycan” QSC-yə olan borcunu tam ö dəməklə 166 manat artıq ödənişin olması göstərilmişdir. Eyni zamanda həmin ekspertiza iddia ərizəsinə əlavə edilmiş arayış əsas götürülməklə verilmişdir Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı səlahiyyətli şəxs tərəfindən imzalanaraq təsdiqlənməməklə həmin arayışın ümumiyyətlə kim tərəfindən verilməsi müəyyən edilmir. Eyni zamanda həmin arayışda borclu tərəfindən icra edilmiş ödənişlər fərqli məbləğlərdə göstərilməklə elə həmin arayışda əks edilmiş qalan borc məbləği ilə uyğun gəlmir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş, onun əsasında ekspertiza tədqiqatı aparılmış maliyyə arayışı yuxarıda qeyd olunan qaydada rəsmiləşdirilməməklə yazılı sübut qismində qiymətləndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab ver mir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi işin qeyd olunan halına düzgün hüquqi qiymət verməməklə, həmin arayışı və onun əsasında verilmiş ekspert rəyini sübut kimi qiymətləndirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov (sədrlik edən və məruzəçi), L.Süleymanov və E.Xasməmmədov, iş № 2(104)-285/2020) iddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2 (044)-59/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və HCavabdeh3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat pulun iddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzi X1 hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləğinə münasibətdə qeyd etmişdir ki, aparılan araşdırmalar nəticəsində müəyyə n edilir ki, xx xxxxxx 2015-ci il tarixli, 195841/01 kredit müqaviləsi üzrə borc məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilməmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə təyin edilmiş xx xxx 2019-cu il tarixli, 5729 saylı və xx xxxxxx 2019-cu il tarixli, 30834 saylı təkrar ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 195841/01 saylı kredit müqaviləsi üzrə öhdəliyi tam şəkildə icra etmişdir. Cavabdehin xx xxxxxx 2015-ci il tarixli, 195841/01 saylı kredit müqaviləsi üzrə borcu qalmadığından həmin kredit müqaviləsi üzrə öhdəliyinə xitam verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etdiyindən həmin müqavilə üzrə kreditin ödənilməsinin təminatı kimi tələbin ipoteka predmetinə yönəldilməsi üçün əsaslar da aradan qalxmışdır. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasındakı kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyindən iddiaçının verdiyi apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı “X16 Azərbaycan” QSC (vəkil X9) kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-285/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarix li qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. İş üzrə 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2017-ci il tarixli 22490 saylı, xx xxx 2019-cu il tarixi 5729 saylı və xx xxxxxx 2019-cu il tarixli 30834 saylı rəylərinə əsasən iş üzrə cavabdehin xx xxxxxx 2015-ciil tarixli kredt müqaviləsi üzrə iddiaçıya heç bir kredit borcunun olmadığı, əlavə olaraq isə cavabdeh tərəfindən 166,17 manat artıq məbləğin ödənildiyi qeyd edilmişdir. Fərdi yaşayış evinin real bzar qiyməti süni olaraq bir neçə dəfə şişirdilərək rəy verilmişdir. Hazırda əmlak bazarında fərdi yaşayış evlərinin və ya mənzillərin qiymətinin aşağı düşməsi nəzərə alınmamışdır. Hesablamaları aparan ekspert kobud şəkildə yanlışlığa yol vermişdir. Cavabdehlə xx.xx.2015-ci ildə 60000 manat məbləğində kredit xətt müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixdə isə kredit xətti müqaviləsinə dair 1 saylı saziş bağlanmış və bu saziş əsasında 60000 manat kredit verilmişdir. Müşətri krediti ödəyə bilməmişdir və müştəri ilə xx xxxxx 2016-cı il tarixində mövcud kredit faizinin və ödəmə şərtlərinin dəyişməsi ilə bağlı 1 saylı kredit sazişinə əlavə razılaşma bağlanmışdır. Müştəri bu razılaşmaya imza atmışdır. xx.xx.2016cı il tarixində müştəri həmçinin 2600 manat dəyərində məqsədli xx xxxxxx 2015-gi il tarixli kredit üzrə yaranmış faiz borclarının ödənilməsi olan kredit m üqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli 2600 manat məbləğində müştəriyə kredit verilmişdir. Kredit verilməsinə əsas imzalı kredit müqaviləsidir. xx xxxxx 2016-cı il tarixdə müştərinin xx xxxxxx 2015-ci il tarixli kredit xətt müqaviləsinə dair 1 saylı sazişin və faiz şərtinin dəyişməsi işləri icra edilmişdir. Lakin xx.xx.2016-cı il tarixində cavabdeh bank ərizə ilə müraciət edərək həm 2600 manatlıq kredit müqaviləsinin, həm də xx xxxxxx 2015-ci il tarixli 1 saylı sazişə edilmiş 1 saylı əlavə razılaşmanın ləğvini tələb etmişdir. Hər iki sənədin ləğvinə dair ərizə və razılaşma imzalanmışdır. Həmin gün müştəri bu razılaşmanın ləğv edilməsini xahiş edib razılaşma ləğv edilib, ancaq ekspert bunları nəzərə almadan səhv qiymət verərək yanlış nəticəyə gəlmişdir ki, bunlar guya müştəri tərə findən kredit borcu ödənilmişdir. Ekspert 52861,66 manat vəsaiti yanlış olaraq ödəniş kimi müəyyən etmişdir. Cavabdeh iddia tələbinin yalnız faizlər hissəsini mübahisələndirdiyi halda, apelyasiya məhkəməsinin iddia tələbinin əsas borc məbləği hissəsinə də mahiyyəti üzrə baxıb həmin hissədə iddianın rədd etməsi düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil və nümayəndəsi X6 izahatlarında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-285/2020 nömrəli iş üzrə x x xxxxxx 2020-ci il tarixli qətnaməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdehin vəkili X7 və Cavabdeh1 izahatlarında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-285/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşmar əşyalara əşya hüquqlarının məhdudlaşdınlmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşmar əşyalara əşya hüquqlarının məhdudlaşdınlmasıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını təl əb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəym iş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək tə şkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kred itor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətd ə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun: 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdmlmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşmar əşya ola bilər. 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən İpoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etməd ikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqmda bildiriş ip otekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 -ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsa slandırılmalıdır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı ilə yanaşı cavabdeh tərəfindən də mübahisələndirilsə də həmin qətnamə ləğv olunaraq iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul olunmuş iddianın rədd olunmasına dair apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk olaraq qeyd edilməlidir ki, birinci kassasiya icraatı zamanı məhkəmənin qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən mənşəyi məlum olmayan arayışa deyil, lazımi qaydada tərtib olunaraq təsdiq olunmuş arayışa hüquqi qiymət verilməli olmasını qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı səlahiyyətli şəxs tərəfindən imzalanaraq təsdiqlənməməklə həmin arayışın ümumiyyətlə kim tərəfindən verilməsi müəyyən edilmir. Eyni zamanda həm in arayışda borclu tərəfindən icra edilmiş ödənişlər fərqli məbləğlərdə göstərilməklə elə həmin arayışda əks edilmiş qalan borc məbləği ilə uyğun gəlmir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş, onun əsasında ekspertiza tədqiqatı aparılmış maliyyə arayışı yuxarıda qeyd olunan qaydada rəsmiləşdirilməməklə yazılı sübut qismində qiymətləndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermir. Lakin apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri baxımından həmin arayışlar üzrə qiymətləndirmə aparmamış və faktiki olaraq kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl olunmasını təmin etməmişdir. Bundan başqa cavabdeh tərəfindən tərtib olunmuş ərizədən və onun tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, o, əsas bor cun məbləği ilə razılaşmış və faiz borcunun artıq hesablandığını göstərmiş, məhz apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması xahiş olunsa da, faiz borcunun azaldılmalı olmasına dair dəlillər irəli sürmüşdür. Cavabdeh tərəf heç bir halda göstərməmişdir ki, müqavilə üzrə iddiaçı tərəfindən hesablanaraq tələb olunan əsas borc məbləğini tam olaraq ödəmiş, ödəniş barədə hər hansı sübuta istinad etməmişdir. İşin bu halına məhkəmələr tərəfindən diqqət yetirilməmişdir İddiaçı tərəfin digər dəlili isə ondan ibarət olmuşdur ki, «…Müştəri krediti ödəyə bilməmişdir və müştəri ilə xx xxxxx 2016-cı il tarixində mövcud kredit faizinin və ödəmə şərtlərinin dəyişməsi ilə bağlı 1 saylı kredit sazişinə əlavə razılaşma bağlanmışdır. Müştəri bu razılaşmaya imza atmışdır. x x.xx.2016-cı il tarixində müştəri həmçinin 2600 manat dəyərində məqsədli xx xxxxxx 2015-ci il tarixli kredit üzrə yaranmış faiz borclarının ödənilməsi olan kredit müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli 2600 manat məbləğində müştəriyə kredit verilmişdir. Kredit verilməsinə əsas imzalı kredit müqaviləsidr. xx xxxxx 2016-cı il tarixdə müştərinin xx xxxxxx 2015-c il tarixli kredit xətt müqaviləsinə dair 1 saylı sazişin və faiz şərtinin dəyişməsi işləri icra edilmişdir. Lakin xx.xx.2016-cı il tarixində cavabdeh banka ərizə ilə müracət edərək həm 2600 manatlıq kredit müqaviləsinin, həm də xx xxxxxx 2015-ci il tarixli 1 saylı sazişə edilmiş 1 saylı əlavə razılaşmanın ləğvini tələb etmişdir. Hər iki sənədin ləğvinə dair ərizə və razılama imzalanmışdır. Həmin gün müştəri bu razılaşmanı n ləğv edilməsini xahiş edib, razılaşma ləğv edilib, ancaq ekspert bunları nəzərə almadan səhv qiymət verərək yanlış nəticəyə gəlmişdir» İş materallaınında olan ( İİ cild 24-25 səhifə) hesabdan çıxarışlardan görünür ki, xx.xx.2016-cı il tarixdə 2600 manat mədaxil olunmuş, qalıq borc olan 52868,75 manatdan həmin məbləğ çıxılaraq qalıq borc məbləği 50268,75 manat həddində müəyyən olunmuşdur. Elə həmin tarixdə 2600 manatın geriyə dönüşü həyata keçirilmişdir. Hesabdan çıxarıda (İİ cild 25 səhifə) xx.xx.2016-cı ildə tarixdə göstərilən məbləğlərin hesabdan silindiyi qeyd olunsa da, bu silinmənin razılaşmanın ləğv olunması və ya borcun tam ödənilməsi əsasında həyata keçirildiyini məhkəmələr araşdırmamışdır. Qeyd edilməlidir ki, bu hal hüquqi məsələ olduğu üçün ekspertiza rəyi ilə müəyyən edilməsi mümkünsüzdür. İddiaçı tərəf bunların (silinmənin) xx xxxxx 2016-cı il tarixdə müştərinin xx xxxxxx 2015-ci il tarixli kredit xətt müqailəsinə dair 1 saylı sazişin və faiz şərtinin dəyişməsi işlərinin icra edilməsi ilə bağlı hərəkətlər olmasını qeyd etmişdir. Göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdeh tərəf heç bir halda əsas borcu ödəməsini və mədaxil sənədinə malik olmasını və ya borcun hər hansı bir qaydada bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə iddiaçının etirazında göstərilənlərin aydınlaşdırılması üçün heç bir araşdırma aparmamış və təqdim olunmuş sübutlara işdə olan digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirməmişdir. Apellyasiya instansiyası hüquqi məsələləri aydınlaşdırmalı, həmin nəticələri alınmış ekspert rəyi ilə qarşılıqlı olaraq yoxlamalıdır. Apellyasiya instansiya məhkəməsi nəzərə almalıdır ki, ekspert rəyinin məhkəmə üçün məcburi qüvvəsi yoxdur və həmin rəylər işdə olan digər sübutlarla MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etm işdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegyiası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilməli, ziddyyətəli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il trixli qərarı ) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı" iş üzrə xx xxxxxx 1994 -cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir k i, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərlən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, iddiaçının təqdim etmiş olduğu sübutların aydınlaşdırlması üçün heç bir cəhd göstərməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qan unvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-285/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.