Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3071/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019 nömrəli qətnaməsindən İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məh kəməsinin (hakim F.Abdıyev) xx.xx.2019-cu il tarixli, 2(001)-xxx/2019 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində baxılmamış saxlanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Abdıyev) xx.xx.2019-cu il tarixli, 2(001)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 111.786,14 ABŞ dolları məbl əğində əsas, 40.988,29 ABŞ dolları məbləğində faiz, 1000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 153,774,43 ABŞ dolları məbləğində borcun ödənişinin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 290 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, A.Hüseynov, V.Sadıqov) xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-xxx/2019 nömrəli qətnaməsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 111.789,92 ABŞ dolları məbləğində əsas, 37.263,29 ABŞ dolları məbləğində faiz, 33.732,83 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 182.786,04 ABŞ dolları məbləğ ində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 32 manat pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan “Porsche Caenne” markalı, **-LS-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 111.789,92 ABŞ dolları məbləğində əsas, 56.888,52 ABŞ dolları məbləğində faiz, 79.560,11 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 248.238,55 ABŞ dolları məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 32 manat pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan “Porsche Caenne” markalı, **-LS-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 111.789,92 ABŞ dolları məbləğində əsas, 58.925,57 ABŞ dollar ı məbləğində faiz, 7601,66 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 2391,62 ABŞ dolları borc olmaqla, cəmi 180.708,77 ABŞ dolları borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan “Porsche Caenne” markalı, **-LS-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktla rı qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki iş üzrə iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuşdur. Mülki iş üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən müqavilənin bitmə tarixinə (xx.xx.2018) ən yaxın olan xx.xx.2018-ci il tarixinə 59169.27 ABŞ dolları məbləğində faiz borcunun yarandığı göstərilmişdir. Nəzər alınsa ki, Bank iddiasında müqavilə müddətinin sonuna 58925.57 ABŞ dolları tələb etmişdir, bu hal Bankın faiz borcu üzrə hesablamanı düzgün apardığını sübut edir. Bu səbəbdən məhkəmə ekspert rəyi ilə təsdiqini tapan iddia tələbində göstərilən faiz borcunu nəzərə a lmalı idi. Lakin məhkəmə tərəflər arasında razılaşdırılmış müqavilənin şərtlərinə müdaxilə edərək, faiz borcunu öz absurd hesablama qaydasına əsasən 40988.29 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə dəbbə pulunu azaldarkən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin 2-ci hissəsini-“tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 1000 ABŞ dolları müəyyən edilməsi 7601.66 ABŞ dolları dəbbə borcu ilə müqayisədə tənasübsüz azdır və kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunu azaldarkən məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Məhkəmə iddia tələbinin “faiz, cərimə borcun un azaldılması” hissəsində və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi illik 5% dərəcəsi ilə hesablanmış 2391.62 ABŞ dolları faiz borcunu təmin etməməkdə haqlı deyildir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx/2019 nömrəli qətnaməsi ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi faiz borcunu düzgün qaydada hesablamış və ödənişlər tələb edilən faiz borcu məb ləğindən çıxılmaqla yaranmış faiz borcunu müəyyən etmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və bunun nəticəsində öz üzərinə götürdüyü öhdəliyi icra etməməsi iddiaçı üçün aşkar hal olmuşdur. Lakin iddiaçı cavabdehə qarşı vaxtında iddia qaldıraraq zərərin azaldılması üçün ağlabatan tədbirlər görmək əvəzinə təxminən 2 il 4 ay müddətində hərəkətsizlik etmiş və nəticədə cavabdehin faiz borcunun miqdarının artmasına köməklik göstərmişdir ki, bu hal da bilavasitə iddiaçının əmlak maraqlarına uyğun olan vəziyyətdir. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında yaranmış öhdəlik münasibətləri iddiaçının tələb etmə hüququ ilə məhdudlaşdırıla bilməz. Hər bir halda cavabdeh müqavilə üzrə üzərinə borcun ödənilməsi barədə öhdəli klər götürmüş və həmin öhdəliklərə uyğun olaraq borcunu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəməklə öhdəliyini tam icra etməli idi. Başqa sözlə, iddiaçı tərəfindən öhdəliklərin icrasının tələb edilməməsi hüquqi nəticə etibarı ilə qismən də cavabdehin əmlak maraqlarına uyğun olmuşdur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, hazırki vəziyyət hət iki tərəfin təqsiri üzündən baş vermiş və bununla belə, cavabdehin məsuliyyətinin ölçüsü azaldılmalı, cavabdehdən tələb edilən faiz borcundan 1 il üçün hesablanmış faiz borcu, yəni 17.885,78 ABŞ dolları silinməli və qalan (58.874,07 – 17.885,78 = 40.988,29) 40.988,29 ABŞ dolları cavabdehin faiz borcu qismində müəyyən edilməklə, ondan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Apelyasiya kollegiyası “faiz borcunun tutu lması” hissəsi ilə bağlı gəldiyi qənaətini əsas götürüb qeyd etmişdir ki, iddia tələbi “kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 2.391,62 ABŞ dolları məbləğində faiz borcunun tutulması” hissəsində əsassızdır və yaranmış vəziyyətdə iddiaçı hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini cavabdehdən tələb edə bilməz. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Bu da öz növbəsində onun ləğvedicisi tərəfindən faiz formasında zərərin ödənilməsini tələb etmək hüququna təsir etmiş olur. Belə ki, hazırki vəziyyətdə iddiaçının (kreditor) bu məsələdə nəinki digər, ümumiyyətlə hər hansı əsaslardan çıxış etməsi imkanı məhdudlaşır. Azərbaycan Respublikas Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə ki, iş materialları ilə həmçinin müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqa viləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 7.601,66 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Ona görə də apelyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, tələb edilən 7.601,66 ABŞ dolları cərimə məbləği endirilməli və 1000 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətd ə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh apelyasiya baxışı zamanı da faiz, cərimə borcunun, illlik 5% faiz borcunun düzgün müəyyən edilmədiyi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırki halda da kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Həmçinin kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi ö hdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmi n Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sü butlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməs i dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3071/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3071/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver