Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3071/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2978/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları 1. 01.09.2007-ci il tarixdə iddiaçı ilə "xxxx" Təchizat Şirkəti arasında “Kooperativ binada qeyri-yaşayış sahəsi tikintisi haqqında” müqavilə bağlanmış və bu müqaviləyə əsasən ünvan 1 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən 156 nömrəli qeyri-yaşayış sahəsini həmin Şirkətdən almış və orada gözəllik salonu kimi fəaliyyətə başlamışdır. 2. "xxxx" MMMC-nin komendantı X4, binalardakı su anbarlarına (nasosxana) xidmət edən X5 və Xudu Məmmədov küçəsi, ev 20 saylı binanın blokunun birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində saat 19:30 radələrində Xeyransa xanıma məxsus qadın gözəllik salonunun üst qatındakı 02 nömrəli mənzildə (2 mərtəbə) ist i su xəttinin deşilməsi nəticəsində qeyri-yaşayış sahəsinə su axıdılmışdır. Suyun axması nəticəsində qeyri-yaşayış sahəsinin tavanındakı alçipanların bir hissəsi qopub tökülmüşdür. Tavan yararsız hala düşmüşdür. Divarların bir hissəsi islanmışdır. Bəzi əşyaların üzərinə su tökülmüşdür. Polun üzərində su qatı əmələ gəlmişdir. Nəticədə İddiaçı məxsus əmlaka ziyan dəymişdir. Mənzil Cavabdeh məxsus olub. Ailə üzvləri ilə birlikdə həmin evdə yaşayıb. Cavabdeh məlumatına görə o, həmin evə başqa şəxsə satıb. Mənzilin satılmasına baxmayaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə özü yaşayır. 3. "xxxx" MMC tərəfindən təqdim edilmiş 27 dekabr 2021-ci il tarixli ƏEM/N 1151118/21 nömrəli mütəxəssisin rəyinə əsasən cavabdehin günahı ucbatından qeyri-yaşayış sahəsinə 6098,0 manat məbləğində zərər dəym işdir.
4. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 15 mart 2022-ci il tarixli məktubunda Ağdam rayonunda məcburi köçkün Cavabdeh ünvan 2 ünvanında faktiki olaraq məskunlaşmış olduğu qeyd edilmişdir. 5. xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, "xxxx" MMMC-nin komendantı Talıblı İ.X. bildirmişdir ki, X2 2 saylı mənzilində 02 dekabr 2021-ci il tarixində isti su xəttində baş vermiş qəza divarının içərisində şaquli su və kanalizasiya trubalarının keçən hissəsinin yanında baş vermişdir. Onu da bildirmişdir ki, balkonda yerləşdirilən kombidən hamam və tualetə çəkilən isti su xəttini bundan əvvəlki ev sahibi evin təmiri zamanı özü çəkdirmişdir. Deşilmə həmin xəttə baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İd diaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus olan və ünvan 1 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən 156 nömrəli qeyri-yaşayış sahəsinə cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 6.098 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,98 manat, vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mütəxəssisə ödədiyi haqqın əvəzi olaraq 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehə məxsus 2 saylı mənzil iddiaçıya məxsus gözəllik salonunun üstündə, binanın ikinci mərtəbəsində yerləşir. Cavabdehin m ənzilində xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində isti su xətti deşilmiş və cavabdehin mənzilindən iddiaçıya məxsus salona su axıdılmışdır. Suyun axması nəticəsində salonun tavanında quraşdırılmış alçipan panellərin bir hissəsi qopub tökülmüşdür. Tavan yararsız hala düşmüşdür. Divarların bir hissəsi islanmışdır. Bəzi əşyaların üzərinə su tökülmüşdür. Döşəmənin üzərində su qatı əmələ gəlmişdir. Təzə təmirdən çıxmış salon yararsız hala düşmüşdür. Qeyd edilən hadisə ilə bağlı salonun yerləşdiyi binaya xidmət göstərən "xxxx" MMMC-nin komendantı İsa Talıblı, binadakı su anbarına və nasosxanaya xidmət edən Vurğun Rəsulov və qeyri-yaşayış sahəsinin sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. Suyun axıdılması nəticəsində iddiaçıya məxsus salonda yaranmış qüsurlar həmin aktda təsvir edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus salona suyun axıdılmasında onun təqsiri olmadığından iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə, axşam, binanın şaxtasında su borusu partlamış və bunun nəticəsində iddiaçıya məxsus salona su axmışdır. Bu hadisənin baş verməsində binanı inşa etmiş "xxxx" Şirkətinin təqsiri olmuşdur. Bu hal Fövqəladə Hallar Nazirliyinin verdiyi rəydə öz əksini tapmışdır. Həmin rəy onda vardır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya məxsus salonda yaranmış qüsurların aradan qaldırılması üçün ən çoxu 500 manat tələb olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, işdə olan sənədlərə əsasən və ekspert tərəfindən (yuxarıda qeyd edilən) ünvana keçirilmiş baxış zamanı müəyyən edilir ki, iddiaçıya məxsus və binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə binanın ikinci mərtəbəsində yerləşən 2 saylı mənzilindən, həmin mənzildə isti su xəttinin deşilməsi nəticəsində su axıdılmış və qeyri-yaşayış sahəsində qüsurlar yaranmış, iddiaçının əmlakına ziyan dəymişdir. Lakin qeyri-yaşayış sahəsi artıq təmir olduğundan iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmək mümkün olmamışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəydə xx.xx.2022-ci il tarixli rəydə göstərilənlər təkrar qeyd edilməklə əlavə olaraq göstərilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyində göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin mənzilindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə suyun axıdılması nəticəsində qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-tikinti işlərinin xərci 6.098 manat təşkil etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2023 nömrəli, 27 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilmiş, X1 maddi ziyana görə 6098,0 manat, mütəxəssis tədqiqatının dəyərinə görə ödənilmiş 300 manat, dövlət rüsumuna görə ödənilmiş 83,98 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, X1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı qarşı sında yaranmış öhdəliyi icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar əlavə zərər vurmuşdur. Odur ki, maddi zərər məbləği cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının məhkəmədə iddia qaldırılması ilə əlaqədar çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış bir inci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, mötəbər olmayan sübutlara istinad etmiş, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2978/2024 nömrəli mülki iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışınski və A.İmanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh öz etirazının əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etmə diyindən, iddiaçının istinad etdiyi hallar isə onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəy ilə təsdiq olunduğudan əsaslı hesab edilməlidir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçıya dəymiş zərərin təxminən 500 manat məbləğində olmasını bildirsə də bu halı təsdiq edə biləcək sübutları nəinki işə baxmış məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 384.0, 385.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə də məhkəmə iddianı təmin etməklə o nəticəyə gəlmişdir ki, cavabdehin qəsdən və ya ehtiyatsızlıqla törətdiyim hüquqa zidd əməlin (suyun axıdılması) nəticəsində iddiaçının əmlakına maddi zərər dəymişdir. Qeyd edilən halların sübutu ilə bağlı isə məhkəmə heç bir mötəbər sübuta əsaslanmamış, əksinə mötəbər sübut hesab edilən ekspert rəyini nəzərə almamışdır. Belə ki, 26 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünmüşdür ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsinə zərərin, həmin binanın mənə məxsus 02 saylı mənzilindən suyun sızması nəticəsində yarana bilməsini və su sızmasının hansı səbəbdən yarana bilməsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq su axıdılması nəticəsində iddiaçıya zərərin dəyməsi qərəzli və mötəbər olmayan "xxxx" MMMC-nin komendantı X4, binalardakı su anbarlarına xidmət edən X5 və iddiaçının iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta və komendant tərəfindən verilən xx.xx.2023-cü il tarixli akta əsasən sübuta yetirilmiş hesab edilmişdir. Heç bir mötəbərliyi olmayan sübuta əsaslanan məhkəmə nəzərdən qaçırmışdır ki, su sızmasının hansı səbəbdən yarana bilməsi aktlarda qeyd olunmamışdır. Sadəcə xx.xx.2023-cü il tarixli aktda su axmasına səbəb olan isti su xəttinin deşilməsi 02 dekabr 2021-ci il tarixində divarın içərisində şaquli su və kanalizasiya trubalarının keçən hissəsinin yanında baş verməsi qeyd olunmuşdur. Həmin su xəttində qəzanın baş verməsi və qəzanın baş verməsində cavabdehin təqsirinin olub-olmaması müəyyən edilməmişdir. Bundan başqa iddiaçı dəymiş zərərin məbləği də həqiqəti əks etdirmir. Belə ki, hər iki instansiya məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğinin iddia tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən müəyyən etmişdir. Lakin həmin rəyin özünün həqiqiliyi şübhə doğurmaqdadır. Belə ki, sözügedən rəydə göstərilmiş məbləğdə qeyri-yaşayış sahəsinə zərərin dəyməsi inandırıcı deyildir.
22. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublika sının Mülki Məcəlləsi
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası qeyd edi r ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən qanunvericiliyin yuxarıda gö stərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2978/2024 nömr əli, 14 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.