Məhkəmə qərarları › İş №2(102)-3072/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3072/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3072/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX Cavabdeh XXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3072/2021 (Açar sözlər: pul tələbi, yazılı qəbz) Bakı şəhəri, 11 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı XXX cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Smqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2455/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlunun kassasiya şik ayəti üzrə işə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı XXX iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 10000 (on min) manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 10030 (on min otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Cavabdeh yazılı qəbzə əsasən 26 fevral 2019-cu ildə 10000 (on min) manat borca pul vermişdir. X2 və X5 iştirakı ilə cavabdehin öz dəst-xətti ilə tərtib edilmişdir. Cavabdeh tərəfindən 26 fevral 2019-cu ildə imzalanan qəbzə əsasən cavabdeh aldığı pulu 31 may 2019-cu il tarixinə qədə r qaytarmağa söz versə də, bu günə qədər aldığı borcu qaytarmamışdır.

3. Hazırda cavabdehin iddiaçıya 10000 (on min) manat ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, cavabdeh borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır.

4. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir.

5. Cavabdeh iddiya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - İddiaçı X4 və X5 iştirakı ilə cavabdehin ondan 26.02.2019-cu il tarixdə 10000 manat borc pul aldığını qeyd etsə də, bu həqiqətə uyğun deyil, cavabdeh həmin şəxslərin yanında ondan pul almamışdır. - cavabdehin iddiaçıdan borc pulun məbləği 7200 manat təşkil edir və cavabdeh həmin pulu qaytarmaqdan imtina etmir. - 7200 manatı cavabdeh vaxtında ödəyə bilmədiyi üçün iddiaçı qəbzdə 2800 manatı faiz kimi göstərib.

6. Quba Rayon Məhkəməsinin 2(027)-785/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim İlqar Məmmədov)

7. Məhkəmə toplanmış sübutlara, o cümlədən cavabdehin imzaladığı qəbzə, həmin qəbzin yazılmasında iştirak edən şahidin ifadəsində əsasən müəyyən edib ki, Cavabdeh İddiaçı Xızır oğlundan 10000 (on min) manat pul almış və qaytarmamışdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1 və Mülki Prossesual Məcəlləsinin 52.2, 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və ondan iddiaçının xeyrinə müxtəlif vaxtlarda müalicəsi üçün aldığı cəmi 7200 manat pulun tutulması ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti cavabdehin iddiaya etirazının dəlillərinə uyğun əsaslandırılıb, əlavə olaraq qeyd edilib ki, Elçin Cəfərovun şahid kimi məhkəmə iclasında iştirakının zəruri olmasını göstərsə də, məhkəmədə onun iştirakını təmin etmədən qətnamə qəbul etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2455/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(027)-785/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Fuad Məmmədov)

12. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, 26.02.2019-cu il tarixli qəbzə əsasən, Cavabdeh İddiaçı 10000 manat borc pul almış, həmin pulu may ayının 31-də qaytarmağına tam məsuliyyəti ilə söz vermişdir.

13. Həmin X10, İddiaçı, və Cavabdeh tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş X1 Elman Xizir oğlunun onun iştirakı ilə Bakı şəhərində Cavabdeh 10000 manat məbləğində borc verdiyini, cavabdehin bu barədə şəxsən qəbz yazdığını təsdiq etmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh borc aldığı 10000 manat pulu iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

15. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 427.3, 442, 445.2, 448.1, 448.2, 739 və 740-cı maddələri ilə əaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a ) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borc məbləğinin 10000 manat tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

18. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllə nin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətd ə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məh kəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin borcun 10000 manat tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin şikayəti üzrə apel lyasiya baxışının predmeti də həmin hissədə olmuşdur. Belə olan halda, apellyasiya instansiyasının qətnaməsinin tam yoxlanılması dedikdə, qətnamənin həmin hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən tam qiymət verilib. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya instansiyasının gəldiyi nəticəni və dəyərləndirməni əsaslı və qanunu hesab edir və buna görə də həmin dəlillərə əlavə olaraq qiymət verilməsinə zərurət görmür.

24. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh 26.02.2019-cu il tarixdə İddiaçı 10000 manat borc pul almış, həmin pulu may ayının 31-də qaytarmağına tam məsuliyyəti ilə söz versə də pulu qaytarmamışdır.

25. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləti baxımından iddianın təmin edilməsi üçün əsas olduğundan iddianın təmin edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sü butlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddiaçı borcun məbləği barədə cavabdeh tərəfindən yazılıb imzalanmış qəbzi işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə görə cavabdeh də öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımışdır.

27. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2455/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar