Məhkəmə qərarları › İş №2(102)-3073/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3073/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3073/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 26.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1230/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin bi nasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 11 mart 2010-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, aparılan təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, 2007-ci ilin dekabr ayında işlədiyi X firmasında X iş yoldaşı kimi tanış olmuş və bu tanışlıq nəticəsində sonuncu ilə rəfiqə kimi münasibətləri yaranmışdır. 2008-ci ilin iyul ayında ailə vəziyyəti ilə əlaqədar X 2 aya qaytarmaq şərtilə faizsiz 2000 manat məbləğində borc pul almış, həmin müddət başa çatdıqda isə almış olduğu borc pulu işlədikləri X firmasının binasının qarşısında ona qaytarmışlar. Lakin həmin vaxt X nə X, nə d ə sonuncunun həyat yoldaşı X işləmədiklərini nəzərə alıb qeyd olunan məbləği 4 %-İə onlara yenidən borc vermiş və X də həmin pula görə 2009-cu ilin fevral ayına kimi hər ay 200 manat məbləğində ona faiz ödəmişdir. Buna baxmayaraq maddi imkanı olmadığı üçün onun pulunu qaytara bilməmiş və X hər dəfə özünə pul lazım olduğunu söyləyərək pulu geri qaytarmasını xahiş etmişdir. Bir müddət keçdikdən sonra özlərinə məxsus malı satıb borclarını qaytarmaları üçün əlavə pula ehtiyac yaranmış, bu məqsədlə də X əlaqə saxlayıb yenidən borc pul istəmişlər. Sonuncu da onların köhnə borclarını qaytarmaları üçün faiz şəklində bir aya geri qaytarılması şərtilə əvvəlcə onların yaşadıqları mənzildə 2000 ABŞ dollarını, sonra isə metronun yaxınlığında 600 manatı həyat yoldaşı X vermişdir. Sonra isə həyat yoldaşı X məxsus Türkmənistan Respublikasında yerləşən mənzili satmaq üçün həmin ölkəyə getmiş, lakin qeyd olunan ölkənin qanunvericiliynə əsasən mənzili notariat qaydasında 6 aydan tez satılması mümkün olmadığı üçün mənzili sata bilməmişlər. Ona görə də vizanın müddəti başa çatdığından və əlavə müddət verilmədiyindən mənzili satmayıb Bakı şəhərinə qayıtmışlar. Cavabdeh1 davam edərək, hal-hazırda X 5250 ABŞ dolları məbləğində borcu olduğunu, maddi imkanı olmadığı üçün həmin məbləği qaytara bilmədiyini, həmçinin həmin məbləği X faizlə borc şəkilində almış olduğunu, sonuncunun onlara müştəri qismində müraciət etmədiyi, sadəcə olaraq borc pulu qaytardıqdan sonra hədiyyə olaraq ona zinət əşyası vermək niyyətində olduğunu izahatında göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiy a məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 8600 manat əsas pulun, ödənişin gecikməsinə görə 4300 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12930 manatın, həmçinin 2000 ABŞ dolları əsas pulun və ödənişin gecikməsinə görə 1000 ABŞ dolları olmaqla, cəmi 3000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə müştərək qaydada alınaraq iddiaçya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X firmasında işlədiyi vaxt iş yoldaşı Cavabdeh1 maddi vəziyyətinin ağır olması səbəbindən ondan 3000 manat borc pul istəyib. Münasibətləri yaxşı olduğundan 2008-ci ilin oktyabr ayında ona 3000 manat borc pul verib. Bundan başqa, Cavabdeh1 əri Cavab deh2 zərgər olduğunu iddiaçıya bildirmişdir. İddiaçı Cavabdeh2 əl işlərini də görmüşdü. Bu səbəbdən də iddiaçı özünə boyunbağı düzəltdirmək niyyətini Cavabdeh1 bildirib. Cavabdeh1 əri ilə danışdıqdan sonra ona sözügedən boyunbağınının düzəldilməsi üçün 100 qram qızıl lazım olduğunu bildirib. O, 2009-cu ilin fevral ayında 100 qram qızılı X verib. Bir müddət sonra X ona istədiyi boyunbağının ərsəyə gəlməsi üçün daha 2000 ABŞ dolları lazım olduğunu bildirib. 17 iyun 2009-cu ildə iddiaçı 2000 ABŞ dollarını da X verib. Növbəti gün X ona daha 600 manat pulun lazım olduğunu bildirib. 19 iyun 2009-cu il tarixdə iddiaçı 600 manat pulu “Xalqlar Dostluğu” metrostansiyasında Cavabdeh2 verib. Bu hadisədən bir müddət sonra X xəbər çıxmadığı və telefonuna zəng çatmadığı üçün onun faktiki yaşayış yerinə g etmiş, lakin evdə heç kim olmamışdır. O, daha sonra bir neçə dəfə də həmin ünvana getmiş, qonşular ona bildirmişlər ki, X və onun əri evdəki əşyaları da götürərək evi tərk etmişlər. Cavabdehlərin qeyd edilən hərəkətləri nəticəsində ona xeyli maddi ziyan dəymişdir. O, cavabdehin dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizələr ilə müraciət etmişdir. Şikayət ərizələrinin araşdırılması nəticəsində 12 oktyabr 2009-cu il, 11 mart 2010-cu il, 25 avqust 2010-cu il, 10 oktyabr 2010-cu il, 15 yanvar 2011-ci il və 11 iyun 2011-ci il tarixlərində “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar qəbul edilmişdir..

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5376/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia tələbi təmin edilmiş, 8600 manat əsas borc və 4300 manat gecikdirməyə görə faiz borcu olmaqla cəmi 12900 (on iki min doqquz yüz) manatın, 2000 ABŞ dolları və 1000 ABŞ dolları gecikdirməyə görə faiz borcu olmaqla, cəmi 3000 (üç min) ABŞ dollarının (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə 3000 manat məbləğində borc pul verməsi iş üzrə şahid kimi ifadə vermiş X2 və X1 ifadələri ilə öz təsdiqini tapır. Belə ki, hər iki şəxs ifadələrində 3000 manat pulun onların iştirakı ilə iddiaçı tərəfindən cavabdehə verildiyini təsdiq etmişl ər. Eyni zamanda Cavabdeh1 iddiaçının şikayəti ilə bağlı Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsində aparılmış araşdırma zamanı ifadəsində iddiaçıdan iki dəfə 2000 manat, sonradan isə 2000 ABŞ dolları aldığını və 600 manat pulun isə həyat yoldaşı Cavabdeh2 verildiyini bildirmişdir. Məhkəmə iclasında da verdiyi ifadəsində cavabdeh iddiaçıdan borc pul aldığını və həmin pulu qaytardığını bildirmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 3000 manat pulun verilməsi öz təsdiqini tapdığından həmin pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh pulun iddiaçıya qaytarılması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

7. Bundan başqa şahid ifadələri ilə iddiaçı tərəfindən boyunbağı düzəldilməsi məq sədi ilə 100 qram qızılın cavabdehə verilməsi təsdiq edilir. Cavabdeh özü də məhkəmə iclasında iddiaçıdan qızıl məmulatı aldığını etiraf etmişdir. Lakin, cavabdeh tərəfindən düzəldilməli olan boyunbağı hazır edilərək iddiaçıya verilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş məktubda həmin dövr üçün qızılın 1 qramının qiymətinin 50-70 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə iddiaçı cavabdehlərə verilmiş 100 qram qızıl məmulatının əvəzi olaraq 5000 manatı tələb etməkdə haqlıdır.

8. Eyni zamanda cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsində aparılmış araşdırma zamanı ifadəsində iddiaçıdan 2000 ABŞ dolları aldığını, 600 manatın isə həyat yoldaşı, digər Cavabdeh2 verildiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğlər də cavabdehdən iddi açının xeyrinə tutulmalıdır.

9. İddiaçı cavabdehlərin ona borclu olduqları ümumilikdə 8600 manat və 2000 ABŞ dollarının təxminən 10 il ərzində cavabdeh tərəfindən qaytarılmadığını əsas götürərək həmin məbləğlərə illik beş faiz hesablanaraq cavabdehlərdən tutulmasını tələb etmişdir. Göründüyü kimi 8600 manatın beş faizi 430 manata bərabərdir ki, bu da 10 il ərzində 4300 manat, 2000 ABŞ dollarının beş faizi 100 ABŞ dollarına bərabərdir ki, bu da 10 il ərzində 1000 ABŞ dolları təşkil edir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 752-ci, Mülki Prossesual Məcəllənin 77.1, 77.3, 78.1, 82.4, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1230/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Məmmədov və G.Tağızadə) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5376/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, iddia tələbi ödənişin gecikməsinə görə 4300 manatın, cəmi 12930 manatın, 2000 ABŞ dolları əsas pulun və ödənişin gecikməsinə görə 1000 ABŞ dolları olmaqla, cəmi 3000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə müştərək qaydada cavabdehlərdən tutulmasına dair hissədə ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnam ənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsində və polis idarələrində verdiyi izahatlarında iddiaçıdan əri Cavabdeh2lə birlikdə müxtəlif vaxtlarda 2000 manat, 2000 manat, 600 manat və 100 qrama qədər qızıl aldığını etiraf etmiş, lakin həmin pulları qaytardığını, iddiaçıya 5250 ABŞ dolları məbləğində borcu olduğunu bildirmişdir.

14. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh iddiaçıan borc aldığını etiraf etsə də borcu qaytarmasına dair hər hansı bir sübut təqdim etməmişdir.

15. İddia ərizəsindən görünür ki, iddiaçı da cavabdehlərə 5000 manat dəyərində qızıl verdiyini bildirmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci inst ansiya məhkəməsi iddianın 8600 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə düzgün nəticəyə gəlmişdir. Lakin iddia tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı iddiasını həmin hissədə əsaslandıra bilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəll ə

26. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

27. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

28. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

29. Borc müqaviləsinə görə, iştirakçıla rdan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Mülki Prossesual Məcəllə

30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur. (maddə 88)

33. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

34. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.(maddə 106.3)

35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

36. Kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur.

39. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1230/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar