Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3073/2022 02.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ iş № 2(1*2)-3*73/2*22 (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması) Bakı şəhəri *2 sentyabr 2*22-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-319*/2*22 nömrəli, 24.11.2*21-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə *2 sentyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" X11 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2*15ci il tarixli 6*43nkBANK/15 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 26 faiz olmaq 48 ay müddətinə 6279 ABŞ dollar kredit verilmişdir.
2. Maliyyə arayışına əsasən X1 "xxxx" X11 Səhmdar Cəmiyyətinə 6278.*2 ABŞ dolları məbləğində əsas, 356.11 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, 24.9* ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 6659.*3 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Kreditor "xxxx" X11 Səhmdar Cəmiyyəti bor clu Cavabdeh qarşı ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, borcludan 3845,74 ABŞ dolları əsas, 236,47 ABŞ dolları faiz, 14,12 min ABŞ dolları cərimə, cəmi 4*96,33ABŞ dolları borcun və ödənilmiş 2* manat dövlət rüsumu alınaraq "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
4. Tovuz Rayon Məhkəməsinin 3* noyabr 2*15-ci il tarixli 2(*62)-4457/2*15 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir.
5. Borclu məhkəməyə etiraz ərizəsi təqdim edərək onun barəsində çıxarılmış Tovuz Rayon Məhkəməsinin 3* noyabr 2*15-ci il tarixli 2(*62)-4457/2*15 saylı qərardadının ləğv edilərək işə iddia icratında baxılmasını xahiş etmişdir.
6. Tovuz Rayon Məhkəməsinin 28 yanvar 2*16-cı il tarixli 2(*62)-4457/2*15 nömrəli qərardadı ilə həmin məhkəməni n 3* noyabr 2*15-ci il tarixli 2(*62)-4457/2*15 nömrəli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatına keçirilmişdir 7. "xxxx" X11 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, məhkəmə əmrində yalnışlığın olduğunu bildirmiş, məhkəmə əmrinin ləğv edilməsi işə iddia icraatı qaydasında baxılması, Cavabdeh (bundan sonra cavabdeh) 6278,*2 ABŞ dolları əsas, 356,121 ABŞ dolları faiz, 24,9* ABŞ dolları cərimə olmaqla, cəmi 6659,*3 ABŞ dolları borc və ödənilmiş 3* manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kredit müqaviləsinə əsasən borcalan kreditdən təyinatına uyğun istifadə etməyi, eləcədə müəyyən olunmuş müddətdə borcu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə borcun ödənilməsi təklif olunsa da, lakin sonuncu bundan imtina etmişdir.
9. Tovuz Rayon Məhkəməsinin (hakim Ə.Məmmədov) 19 aprel 2*16-cı il tarixli 2(*62)-875/2*16 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" X11 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən yaranan 6278,*2 ABŞ dolları məbləğində əsas, 356,11 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, 24,9* ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6659,*3 ABŞ dolları ödəniş gününə məzənnə ilə manatla, üstəgəl ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3* manat Cavabdeh tutularaq "xxxx" X11 Səhmdar Cəmiyyətinə öd ənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almışdır. Bundan sonra cavabdeh aldığı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin müəyyən hissəsini qaytarmış, ancaq 6278.*2 ABŞ dolları məbləğində əsas kredit borcunu və 356.11 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış faizləri kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində qaytarmamışdır. Ona görə də iddiaçı cavabdehə 24.9* ABŞ dolları məbləğində cərimə üzrə borc hesablamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan tam təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 21, 425.1, 442, 443, 739.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icr aat
12. Tovuz Rayon Məhkəməsinin (hakim Ə.Məmmədov) 19 aprel 2*16-cı il tarixli 2(*62)-875/2*16 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
13. Cavabdeh Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, qətnamədən icra mərhələsində xəbəri olmuşdur. Bank əsas və faiz borcu əsassız olaraq artırmış, birinci instansiya məhkəməsi isə bu halın araşdırılması məqsədi ilə mühasibatlıq ekspertizası təyin etməmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, məhkəmə əmrinin çıxarılması barədə ərizədə texniki səhv olaraq borcalana 3848 ABŞ dolları verilməsi qeyd olunmuşdur. İşdə olan kredit müqaviləsindən, eləcədə ödəniş qrafikindən də görünür ki, kreditin məbləği 6279 dollardır. Ona görə də sonradan məhkəmə əmrinə etiraz verilmiş və iş iddia icraatına keçirilərkən iddia tələbinin həcmi artırılmış və tələb həmin hissədə təmin edilmişdir. Nümayəndə sonda. məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X4) 2(1*4)-319*/2*21 saylı 24 noyabr 2*21-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən s axlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
17. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 385.1, 425.1, 442, 443, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-319*/2*21 saylı 24 noyabr 2*21-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
19. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki. Məhkəmə kollegiyası qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş 28.*2.2*19-cu il tarixli 551 saylı fərmanı ilə müəyyən olunan normaları nəzərə almamışdır. Belə ki, həmin fərmanın 6.2-ci bənd inə əsasən fiziki şəxslərin vatı keçmiş kredit borclarının restruktruzasiya olunacağını nəzərə alaraq banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasının təmin edən tədbirlər görmələri göstərilmişdir. Həmin fərmanın 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış fazilərin və dəbbə pulunun silinməsi nəzərdə tutulmuşdur. Fərmanın yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq borcluların kredit borcu üzrə əsas borcuna əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz.
20. Kassator qeyd etmişdir ki, o 1* noyabr 2*21-ci il tarixdə işin təxirə salınması ilə bağlı teleqram vursa da bu nəzərə alınmadan işə baxılmışdır. Belə olan halda məhkəmə kollegiyasının işə onun işti rakı olmadan baxması MPM-in 9-cu maddəsinin tələblərinin pozulmasıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddfə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. B orclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
34. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
1. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
2. Belə ki, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almışdır. Bundan sonra cavabdeh aldığı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin müəyyən hissəsini qaytarmış, ancaq 6278.*2 ABŞ dolları məbləğində əsas kredit borcunu və 356.11 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış faizləri kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində qaytarmamışdır. Ona görə də iddiaçı cavabdehə 24.9* ABŞ dolları məbləğində cərimə üzrə borc hesablamışdır.
3. Məhkəmə kollegiyası hesab e dir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
4. MPM-nin 4*7.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
5. Məhkəmə kollegiyası hesab edir ki, apely asiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
6. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
7. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. G əncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-319*/2*22 nömrəli, 24.11.2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Mehparə Əhmədova İsmayıl Xəlilov