Məhkəmə qərarları › İş №2(102)-3074/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3074/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3074/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka qoyulmuş avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmi vəsait hesabına borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1156/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qə rardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka qoyulmuş avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadı ilə (hakim G.İmanova, iş № 2(034)-412/2016) qiyabi qətnamənin ləğv edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardaddan Cavabdeh şikayət verərək, onun ləğv edilməsini, ərizəsinin isə təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya inst ansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-1156/2021) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka qoyulmuş avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və o, qəbul olunmamış hesab olunaraq, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 03 dekabr 2020-ci il tarixdə işə baxılarkən Cavabdeh, habelə onun nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onların iştirakı ilə elan edilmişdir. İşdə olan 20.11.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh X1 məhkəmə aktlarından şikayət vermək səlahiyyəti vermişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni 13.12.2020-ci il tarixədək davam edir. Cavabdeh həmin qərardaddan 25.12.2020-ci il tarixdə şikayət vermiş (rabitə orqanına təqdim etmiş), müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələ lərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın cavabdeh tərəfindən 18 dekabr 2020-ci ildə əldə edilməsinə əsaslanmaqla ondan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 10 günlük şikayət etmə müddətinin axımı qərardadın rəsmi qaydada alınması ilə deyil, məhkəmə iclasında elan edilməsilə başlayır. Birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 05 fevral 2021cu il tarixli, 2(105)-1156/2021 saylı qərardadından şikayət verərək Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadından verdiyi şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2021-ci il tarixli qərardadının ləğv edilməsi və Zəngilan Rayon Məhkəməsinin 21.06.2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə verdiyi ərizənin təmin edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. 266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada ver ildikdən sonra 10 gün müddətində verilir 268.2. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsi qərardaddan şikayə t verilməsi üçün 10 gün müddət müəyyən etmişdir. Həmin maddənin tələbinə görə şikayətvermə müddəti hesablanarkən müddətin başlanğıcı 2 qaydada müəyyən olunur: 1) şikayət vermək hüququ olan şəxsə qərardadın rəsmi qaydada verildiyi vaxtdan; 2) şikayət vermək hüququ olan şəxsə qərardadın elan edildiyi vaxtdan. Qərardad şikayət vermək hüququna malik olan şəxsin iştirakı olmadan elan edildikdə İ qaydada, qərardad şikayət vermək hüququna malik olan şəxsin yanında elan edildikdə isə İİ qayda tətbiq edilir. Nəzərə alınmalıdır ki, qərardadlardan şikayət vermə müddəti hesablanarkən hər bir halda qərardadın rəsmi verilməsi faktı mövcud olmalıdır. Əgər şikayətvermə müddətinin axımı qərardadın elan edilməsi faktı ilə başlanarsa, şikayətvermə hüququ səmərəli olmayacaq. Şikayət vermək hüququ olan şəxsə, ona şifahi elan edilən qərardadın məzmunu, xüsusilə onun əsaslandırılmasının məlum olması aşkar olaraq qeyrimümkündür. Belə vəziyyətdə isə aşkar olaraq şikayət verən şəxs şikayətinin əsaslandırılmasından mərhum olmuş olur. Şikayətvermə hüququ şikayətvermə müddətinin daxilində etibarlıdır. Ona görə də şikayətvermə müddətinin hesablanmasında qərardadın elan edilməsi faktına əsaslanma, şikayət vermək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilir. Şikayətvermək hüququ məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olduğundan son nəticədə məhkəmə müdafiəsi hüququ pozulmuş sayılır. Məhkəmə müdafiəsi hüququ isə əsas insan hüquqlarından biri olduğundan və Konstitusiyanın 60-cı maddəsi bu hüquqa təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano (Miragall Escolano) və başqal arı İspaniyaya qarşı” iş üzrə 38366/97 nömrəli, 25.01.2000-ci il tarixli qərarında qeyd etmişdir: “Məhkəməyə müraciət və şikayət etmək hüququ, maraqlı şəxslərin onların üzərinə vəzifə qoyan və ya onların qanuni hüquqlarına və maraqlarına ziyan yetirə bilən məhkəmə qərarı barədə həqiqətən məlumatlı olduqları andan həyata keçirilməlidir. Əks təqdirdə, məhkəmələr çıxarılmış qərarlar barədə xəbər verməni yubatmaqla şikayətvermə müddətini əhəmiyyətli dərəcədə azalda, hətta istənilən şikayəti qeyri-mümkün edə bilərlər. Çıxarılmış qərar barədə xəbər vermə - məhkəmə ilə tərəflərin arasında əlaqə vasitəsi olmaqla zərurət olduqda tərəflərin şikayət verə bilməsi üçün məhkəmə qərarı barədə, o cümlədən onun motivi kimi çıxış edən əsaslar barədə məlumatlandırmaya xidmət edir”. Bununla bağlı qeyd edilməl idir ki, qərardad şikayət vermək hüququna malik olan şəxsin yanında elan edilsə də, qərardadın motivi kimi çıxış edən əsaslar barədə məlumatlı olması üçün qərardadın surəti ona rəsmi qaydada təqdim edilməli, yalnız bundan sonra şikayətvermə müddəti başlanmış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1156/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qərardadı ləğv olunsun və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar