Məhkəmə qərarları › İş №2(102)-3074/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3074/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3074/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpağın zəbtdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(104)-3762/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi, İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri 5 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanunsuz olduğu üçün ləğv edilməsi, mərhum anası X2, qardaşının həyat yoldaşı X4 və qardaşı X1 ona miras qalan, Goranboy rayonu Baxçakürd kəndinin ərazisində yerləşən, ərazi hüdudları JN-0093 kod 50900058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə müəyyən edilmiş 1.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi və özünə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Goranboy Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı, iş № 2(045)-1002/2021) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri 5 saylı Notariat Ofisində bağlanmış ANİ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ə.Abdullayev, iş № 2(104)-3762/2021) Cavabdeh2 və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Goranboy Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli 2(045)-1002/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpağın zəbtdən azad edilməsi və ona qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(104)-3762/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi və ya işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 129.2.-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsi nə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdu r ki, İddiaçı kassasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. İşdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(104)-3762/2021 nömrəli qətnaməsinin surəti İddiaçı tərəfindən 20 yanvar 2022-ci il tarixdə poçt vasitəsilə qəbz imzalamaqla qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(104)-3762/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 29 mart 2022-ci il tarixdə poçt xidmətinə verilmiş və 31 mart 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. AR MPM-in 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Apellyasiya şikayətinin son verilmə günü 20.03.2022-ci il tarixi bayram gününə təsadüf etdiyindən, 28.03.2022-ci il tarixi müddətin qurtarma günü hesab edilirdi. Buna baxmayaraq kassasiya şikayəti 29.03.2022-ci il tarixə poçta təqdim edilmişdir. Hətta bundan əvvəl də poçt xidmətinə təqdim etmək imkanı olmuşdur. Bu halda işin kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətinin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilədi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəfindən təmin olunması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə bi rlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(104)-3762/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar