Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3076/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlun və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, vəkili X3 və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)798/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)2202/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.İ.Hüseynli) İddiaçı Cav abdeh və digərlərinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh ilə “xxxx” ASC-ti arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli “kredit müqaviləsi üzrə hesablanmış və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən nəzərdə tutulmuş 5.400 manat kompensasiyanın cavabdeh dan tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)798/2020 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xə zər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh ilə “xxxx” ASC-ti arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən nəzərdə tutulmuş 5.400 manat kompensasiya məbləğinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, xx xxxx 2014-cü il tarixdə “KİA Cerato” markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı a vtomobili almaq üçün Cavabdeh nümayəndəsi xxxla razılağa gəlib və sonuncu ilə birlikdə “xxxx” ASC-nin Baş Ofisinə gediblər. xx xxxx 2014-cü ildə sözügedən avtomobili almaq üçün Cavabdeh banka olan 2 aylıq, yəni 1.170 manat borcunu ödəyib. Bundan başqa, xxxa 5.500 manat pul ödəyib. Banka olan 48 ay üçün hər ay 533 ABŞ dolları olmaqla, cəmi 25.584 ABŞ dolları pulu kredit cədvəlinin sonunadək ödəyib. Avtomobili alarkən cəmi 27.084 ABŞ dolları və 5500 manat pul vəsaitini kredit cədvəlinin sonunadək tam ödəyib. xx xxxxxx 2015-ci il tarixdə ölkədə devalvasiya baş verib və bütün bu müddət ərzində banka olan borc məbləğini o, ödəyib. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019- cu il tarixli Fərmanına əsasən kompensasiya hüququ yaranıb. Kredit məbləğini onun ödəməyinə baxmayaraq, kredit müqaviləsi Cavabdeh adına olduğu üçün sözügedən kompensasiya məbləği sonuncuya ödənilib. Hansı ki, xarici valyuta ilə olan kredit məbləğini o, ödəmişdir. Ödənilmiş kredit məbləğinə görə 5.400 manat kompensasiyanı alınmaq hüququ ona məxsusdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Əhməd Məhərrəmli kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh nümayəndəsi Ceyhun Ağayev məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə X2 və “xxxx” ASC-ti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəl mədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın əsassız olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfs irində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,Bank ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq sonuncunun mülkiyyətində olan “KİA Cerato” markalı, **-RK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. xx xxxx 2014-cü ildə mülkiyyətçi Cavabdeh adından xxx harada yerləşməsindən asılı olmayaraq avtomobili idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hüquqları İddiaçı etibar edib. İddiaçı 5.500 manat pulu Cavabdeh deyil, xxxa ödəyib və Cavabdeh Banka olan qalıq borcunu onun əvəzindən banka ödəməyi öhdəsinə götürüb. Çünki, İddiaçı avtomobilin dəyərinin bir hissəsini 5.500 manatı nağd olmaqla ödəyib, qalan hissəsini isə, yəni Cavabdeh sözügedən kredit müqaviləsi üzrə yaranmış borcunu banka ödəmək şərti ilə nisyə alıb. Göründüyü kimi Cavabdeh İddiaçı qarşısında hər hansı bir öhdəliyi olmayıb. Eyni zamanda, işdən görünür ki, xx xxxxxx 2016-cı il tarixdə mülkiyyətiçi Aynurə İsmiyeva harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hüquqları İddiaçı etibar edib. “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli k reditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən kompensasiya hesablanıb və müştərinin plastik kart hesabına xx xxx 2019-cu il tarixdə 5.442,41 manat vəsait mədaxil olunub və plastik kart məhz Cavabdeh tərəfindən “xxxx” ASC-nin “Gənclik” filialından götürülüb. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (Mülki Məcəllənin 14.2.7-ci maddəsi). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (Mülki Məcəllənin 1091.1-ci maddəsi). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1092.1-ci maddəsi). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsa slar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386-cı maddəsi). Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı qarşısında hər hansı bir müqavilədən və ya qanundan irəli gələn öhdəliyi mövcud olmayıb. Belə ki, sözügedən kredit müqaviləsinin tərəfi İddiaçı deyil, Cavabdeh olub. Ona görə də Bank tərəfindən 5.400 manat kompensasiya məbləği haqlı olaraq Cavabdeh ödənilib. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozm asını və düzgün tətbiq etməməsini, Cavabdeh hüquqi əsas olmadan onun hesabına 5.400 manat pul əldə etməsini və sair göstərsə də,tələbinin qanuni əsaslarının nədər ibarət olmasını kassasiya şikayətində göstərməmişdir. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı kasasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 359.1, 362.1-ci maddələrinin tələbləri baxımından da əsassızdır. Çünki həmin maddələrin mənasına görə İddiaçı sözügedən avtomobili etibarnaməyə əsasən idarə etdiyindən, o həmin etibarnamə üzrə Cavabdeh təmsil edib və onun həmin etibarnaməyə əsasən sözügedən kredit müqaviləsi üzrə Cavabdeh adından etdiyi hərəkətlər bilavasitə sonuncunun mülki hüquq və vəzifələrini yaradıb, dəyişdirib və onlara xitam verib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müza kirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəy işdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-798/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3076/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3076/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver