Məhkəmə qərarları › İş №2(102)-3077/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3077/2022

06.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3077/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3077/2022 (Açar sözlər: istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn yeni tikiləcək hündürmərtəbəli binada iki ədəd tam təmirli mənzillərə keçirilməsi, həmin mənzillərə köçürülmə) Bakı şəhəri, 06 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qar şı “istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn öncəki mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binada iki ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması, həmin mənzillərə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-889/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) və Cavabdeh2 (bundan sonra “cavabdeh”) qardaşdırlar. 2. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

3. Cavabdehlə "xxxx" MMC (bundan so nra "xxxx") arasında bağlanmış 13 fevral 2021-ci il tarixli müqaviləyə görə, həmin MMC ərazidə yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan cavabdehə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, söküntüsü nəzərdə tutulmuş cavabdehin mülkiyyətində olan 4 otaqlı, 136 kv.m mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş ümumi sahəsinə 20 faiz əlavə etməklə təmirli 1 otaqlı 65,0 kv.m mənzili və 2 otaqlı 80 kv.m mənzili sahibinə verməyi öz öhdəsinə götürmüşdür.

4. Cavabdeh notarial qaydada tərtib və təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, **********197 saylı ərizə ilə ona məxsus olan və hazırda yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, ev 121-in MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli bi nanın inşasına heç bir etirazı olmadığını, gələcəkdə heç bir iddiasının olmayacağını və bu tikili ilə bağlı bütün iddiaların məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə və MMC-yə qarşı iddia ərizəsi (sonradan tələbini iki dəyişməklə) ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn 13 fevral 2021-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən 136,0 m2 olan mənzilin əvəzinə, yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 (cəmi 145,0 m2 ) olan 2 ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması və həmin mənzillərə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı ev iddiaçının atasının mülkiyyətində olmuşdur. Sonradan onların razılığı əsasında iddiaçını qardaşı olan cavabdehin adına özəlləşdirilmiş və cavabdehin adına Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən 05 mart 1992-ci il tarixli FM seriyalı 011728 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzilin ümumi sahəsi qeydiyyat vəsiqəsində 68,0 m2 göstərilmişdir.

7. Sənədləşmə qardaşı cavabdehin adına getsə də, iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla sökülənə qədər orada yaşamışdır. İddiaçı bu gün də həmin mənzildə pasport qeydiyyatındadır. Bu barədə 59 saylı MKİS-in 16 sentyabr 2021-ci il tarixli ar ayışı da var.

8. MMC tərəfindən həmin sahə alınanda artıq iddiaçının mülkiyyət hüquqları mövcud idi və bağlanmış əvəzləşdirmə müqaviləsi ilə iddiaçının istifadə hüquqları 136,0 m2 olan mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 olan (cəmi 145,0 m2 ) 2 ədəd tam təmirli mənzillərə tanınmışdır.

9. MMC tərəfindən ölçmə işləri aparılması məqsədi ilə ünvana baxış keçirilən zaman mübahisəli mənzilin sahəsinin təxminən 240,0 m2 olmasına baxmayaraq, 136,0 m2 kimi göstərilmiş, bundan sonra MMC-nin rəhbərliyi ilə cavabdeh arasında 13 fevral 2021-ci il tarixli əvəzləşmə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən MMC faktiki ümumi sahəsi 136,0 m2 olan mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 m2 və 65,0 m2 olan (cə mi 145,0 m2 ) 2 ədəd tam təmirli mənzillərin verilməsi, o cümlədən mənzillər cavabdehə təhvil verilənədək hər ay 500 manat kirayə haqqının ödənilməsi barədə öhdəlik götürmüşdür. Ən əsası, cavabdeh 51 saylı notariat ofisində verdiyi ərizə ilə qeydiyyatda olduqları və yaşadıqları evin MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazının və gələcəkdə də heç bir iddiasının olmayacağı, bu tikili ilə bağlı bütün iddialarının məsuliyyətini öz üzərinə götürmüşdür. Lakin cavabdeh bu məsuliyyətdən yayınaraq tikiləcək binadan iddiaçıya yaşayış yeri vermək fikrində deyil.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 560.2 və 560.3.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, iddia tələbi əsassızdır. İddiaç ının özünə məxsus evi var və uzun illərdir ki, özünə məxsus olan evdə yaşayır. İddiaçının həyat yoldaşı ilə münasibətləri pozulub, boşanarkən, 5-10 günlük müvəqqəti olaraq gəlib bu evdə qalmış, sonradan çıxıb getmişdir. İddiaçının onun evindən istifadə hüququ yoxdur. 10-15 gün müvəqqəti yaşamaq, iddiaçıya onun mülkiyyətində olan mənzildən istifadə hüququnun tanınması və köçürülməsi üçün əsas deyil.

12. MMC iddiaya yazılı etiraz göndərərək göstərmişdir ki, MMC tərəfindən Cəlil Məmmədquluzadə küçəsində çoxmərtəbəli yaşayış binası inşa ediləcəkdir. Bu səbəblə həmin ərazidə yaşayan mənzil sahibləri MMC tərəfindən müvafiq müqavilələr bağlanmaqla köçürülmüşlər. Bakı şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən 121 saylı fərdi yaşayış evi xx.xx.1992-ci il tarixli Texniki İnventarlaşdırma və Mülkiyy ət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 011728 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh2 məxsus olmuşdur. xx.xx.2021-ci il tarixdə MMC ilə mülkiyyətçi Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən yuxarıda sözügedən mənzilin (fərdi yaşayış evinin) əvəzinə biri 80 m2, digəri 65 m2 olan 2 ədəd mənzillə əvəz edilmiş, Cavabdeh2 mülkiyyətində olan həmin mənzilin MMC tərəfindən sökülməsinə və yerində yeni yaşayış binasının tikilməsinə razılıq vermişdir. Həmçinin, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək sözügedən mənzilin « MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazının olmamasını qeyd etmiş və həmin tikili ilə bağlı bütün iddiaların məsuliyyətini öz üzərinə götürmüşdü r.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4450/2021 saylı, 15 oktyabr 2021-ci il qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Tağıyev)

14. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən müəyyən edib ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 121 saylı ev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 8 nömrəli, xx.xx.2001-ci il tarixli protokolundan çıxarışa, forma 2 arayışına, X1, X5, X2, X3, X4, X6, X7 razılıq ərizələrinə əsasən xx.xx.2002-ci il tarixdə cavabdehin adına ilkin qeydiyyatdan keçmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehin mülkiyyətində olan, hazırda sökülmüş fərdi yaşayış evindən istifadə hüququnun olmasına) dair sü butları məhkəməyə təqdim etməmişdir. Şəxsin yaşayış sahəsinə qeydiyyata alınması isə özlüyündə onun həmin mənzilə istifadə hüququnun yaranması anlamını ifadə etmir.

16. Birinci instansiya məhkəməsi vurğulayıb ki, müqavilə onu imzalamağa hüququ olan şəxslər tərəfindən imzalanmış, üçüncü şəxslərin hüquqları pozulmamışdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2022 saylı 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmi, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev)

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edib ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.

22. Apellyasiya instansiy ası məhkəməsi iddiaçının təmsilçisinin bildirdiyinə görə mübahisəli fərdi yaşayış evinin artıq söküldüyünü nəzərə alaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Belə olan halda iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi artıq mövcud olmadığına görə həmin əmlaka istifadə hüququnun müəyyən edilməsi ilə bağlı hüquqi mübahisə öz əhəmiyyətini itirmiş olur.

23. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən sahəsi 136 kv.m. olan 121 saylı fərdi yaşayış evinin yerində gələcəkdə inşa ediləcək çox mərtəbəli binada cavabdehə verilməsi nəzərdə tutulan mənzillərə hazırda istifadə hüququnun tanınmasını və həmin mənzillərə köçürülməsini tələb etməkdə haqlı olmamışdır, çünki hazırda mövcud olmayan mənzillərə dair qeyd edilən iddianın qaldırılması əsassızdır. Bundan əlavə mövcud qanunvericiliyə əsasən yeni daşınmaz əmlaklara məhdud əşya hüququnun yaranması üçün ayrıca müstəqil əsasların olması tələb edilir.

24. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına da istinad etmişdir. Həmin Qərarda qeyd edilib ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhk əmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146.1, 152.1, 178.1, 203, 228.1, 228.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovan ın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda qeydiyy atdadır. Həmin yaşayış sahəsi barədə cavabdeh tərəfindən sərəncamverici müqavilə bağlanmış, ev özgəninkiləşdirilmişdir. Lakin bununla bağlı iddiaçıdan heç bir razılıq alınmamışdır. Bu hallar məhkəmələr tərəfindən nəzərə alınmayaraq mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. Mənzilə dair mülkiyyət hüququnun cavabdehə keçməsi iddiaçının istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman yaşayış sahəsi sökülməmişdi. Müqavilə ilə mübahisə predmeti olan mənzil sökülsə də, cavabdehin mülkiyyət hüququ yeni tikiləcək olan yaşayış sahəsinə saxlanılmış, yəni, mülkiyyətçinin mülkiyyət hüququ itirilmədən yeni yaşayış sahələrinə keçmişdir.

28. İddiaçı kassasiya instansiyasına izahat da ünvanlayaraq göstərmişdir ki, onun yaşadığı mənzil ü çün cəmi 9 kv.m artıq sahə verilib. Səbəbi isə cavabdehin MMCdən əlavə pul alması, həmin pulla özünə ev tikdirib təmir etməsi olmuşdur. b)

29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəm ə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

35. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə hazırda mövcud olmayan mənzillərə dair qeyd edilən iddianın qaldırılması əsassızdır. Bundan əlavə mövcud qanunvericiliyə əsasən yeni daşınmaz əmlaklara məhdud əşya hüququnun yaranması üçün də ayrıca müstəqil əsasların olması tələb edilir.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 23-24-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlvə şərhə zərurət görmür.

35. Məhkəmə kollegiyası kassasiya şikayətini dəlilləri ilə bağlı bildiri ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olub və apellyasiya məhkəməsi həmin dəlillərə qiymət verib.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-889/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar