Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3077/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) 07.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-561/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BF/25065/72/29 saylı güzəştli kredit müqaviləsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1 il güzəşt müddəti olmaqla Bank tərəfindən cavabdehə 60 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə illik 1% olmaqla 8630,64 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh kredit borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Bank tərəfindən cava bdehə qeydiyyatda olduğu ünvan 1 ünvanına borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu (bildiriş) göndərilmiş, xx.xx.2022-ci il tarixdə bildiriş ünvan üzrə çatdırılmışdır (xx.xx.2022-ci il tarixli poçt qaiməsində “Qasımova” soyadı qeyd edilməklə imzalanmışdır). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 6575,28 manat əsas, 25,94 manat faiz borcu olmaqla, cəmi 6601,22 manat kredit borcunun və 87 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki ha llarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh bankla arasında bağlanmış müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, tələbdə göstərilən məbləğlərdə borcu yaranmışdır.
5. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, mülki iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, bank tərəfindən kredit müqaviləsini ləğv etməyə dair bildiriş ünvan 2 ünvanında “Qasımov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Əslində həmin ünvanda, ümumiyyətlə küçədə “Qasımov” soyadlı şəxs yaşamır. Qeyd olunan bildiriş cavabdehə çatdırılmamışdır, bildirişin çatdırılmasına dair işə əlavə olunmuş “Məleykə Ekspress”in qaiməsi saxtadır. Bununla da, pretenziya qaydasına əməl olunmamışdır. Cavabdeh nə səbəbdən məhkəməyə verilməsindən məlumatlı olmamışdı r.
6. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(125)-2190/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin olunmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və bank qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır.
8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 448.1, 448.2, 445.2.1, 449.1, 449.4, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ed ilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, Bank tərəfindən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə əməl edilməmiş, məhkəməyə müraciət edilməzdən əvvəl ona kredit müqaviləsini ləğvetməyə dair bildiriş və ya təklif göndərilməmişdir. İddiaçı “Qasımova” soyadlı şəxs tərəfindən bildirişin guya qəbul edildiyini bildirsə də, həmin ünvanda belə soyadlı şəxs yaşamır. Bununla da, pretenziya qaydasına əməl olunmamış, cavabdehin həmin təklifdən məlumatı olmamışdır. Məlumatı olsaydı pretenziyaya rəsmi münasibətini bildirərdi. Hazırkı halda isə hüququnu həyata keçirə bilmir. Məhkəmə həqiqətə nail olmaq üçün ən azından sorğu edib həmin ünvanda yaşayanların dairəsini müəyyən edə bilərdi. Lakin qeyd olunan normanı dü zgün şərh etməmiş, nəticədə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Cavabdeh MPM-in 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etsə də, məhkəmə etiraza münasibət bildirməmişdir. Həmçinin, bankın təqdim etdiyi qaimədəki yazının və imzanın kim tərəfindən icra olunmasını dəqiqləşdirmək üçün məhkəməxətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etsə də, məhkəmə bu vəsatətə də münasibət bildirməmiş, bununla da MPM-in 97.1-ci maddəsinin tələblərini pozmuş və nəticə iş üzrə natamam araşdırma aparmışdır.
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh tərəfindən məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət məhkəmənin hazırlıq iclasında deyil, iş materialların dan da göründüyü kimi qətnamə çıxarıldıqdan sonra verilmişdir. İddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi isə məhkəmə tərəfindən əsassız sayılaraq rədd edilmişdir. Bank tərəfindən cavabdehə kredit müqaviləsini ləğvetməyə dair bildiriş cavabdehin Banka məlum olan sonuncu yaşayış yeri üzrə (MAPS arayışında da eyni ünvandır) bildiriş göndərilmişdir. Yəni, iddiaçı qanunvericiliyin tələbinə müvafiq qaydada tərəfə bildiriş göndərmişdir. Eyni zamanda, mülki işə mahiyyəti üzrə baxılmış, qətnamə qəbul edilmişdir. Hazırda pretenziyanın hüquqi əhəmiyyəti yoxdur.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-561/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayram ov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiya məhkəməsi, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehə göndərilmiş bildirişin alınmasına dair xəbərnamədən də müəyyən edilir ki, cavabdehə banka məlum olan axırıncı yaşayış yeri üzrə qanunvericiliyin tələbinə uyğun olaraq bildiriş göndərilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti apellya siya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirləsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. mə hkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
31. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-561/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.