Məhkəmə qərarları › İş №2(102)-3078/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3078/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3078/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi; müqavilə üzrə öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2517/2020 saylı iş üzrə 4 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. 2 oktyabr 2019-cu il tarixli 3M-755 reyestr nömrəli kredit müqaviləsinə əsasən qeyd edilən tarixdə İddiaçı ilə Cavabdeh arasında Quba regional “ASAN xidmət” mərkəzində qeyd olunan borc öhdəliyinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh depozit vasitəsilə 11.700 manat məbləğində borc pul vermiş, Cavabdeh aldığı borc pulu 2 aprel 2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11.700 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 11.300 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ildən bacısının əri olmuş Elmarın vasitəsilə tanımışdır. Belə ki, cavabdehlə aralarında sonuncudan torpaq sahəsi alacağına dair razılaşma olmuşdur. Cavabdeh bildirmişdir ki, bələdiyyədən aldığı Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin sənədlərini hazırladıqdan sonra həmin torpaq sahəsini ona satacaqdır. Cavabdeh həmin ərəfədə ondan borc pul istəmişdir. Hətta bildirmişdir ki, aldığı borcu qaytara bilməsə torpaq sahəsin i ona verəcəkdir. Beləliklə 2 oktyabr 2019-cu il tarixdə cavabdeh Cavabdeh ilə aralarında Quba reygional “ASAN xidmət” mərkəzində notariat ofisində kredit müqaviləsi rəsmiləşdirilmiş, həmin müqaviləyə əsasən o, cavabdehə 11.700 manat borc pul vermiş, cavabdeh həmin pulu qəbul edərək kredit müqaviləsinin şərtlərinə əsasən aldığı borc pulu 2 aprel 2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmuşdür. Bununla yanaşı cavabdeh ona özünə aid torpaq sahəsinin sənədlərini və həmin torpaq sahəsi üzərində sərəncam vermək üçün etibarnamə də vermişdir ki, borc aldığı pulu qaytarmadığı təqdirdə torpaq sahəsini öz adına rəsmiləşdirsin. Lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı pulu kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə tam şəkildə ona qaytarmamış, hazı rki günədək borc aldığı 11700 manat puldan ona cəmi 400 manat pul ödəmişdir. Hətta həmin ərəfədə torpaq sahəsinə dair onun adına verdiyi etibarnaməni də ləğv etdirmişdir. O, dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirməklə borcunu ödəməkdən yayınmışdır. Hal-hazırda da cavabdeh borclu qaldığı 11.300 manat pulu qaytarmaqdan yayınır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıdan borc aldığı puldan 3600 manatını ödədiyini və 8100 manat borclu qaldığını qeyd etmiş, iddianın qismən təmin olunmasını xahiş etmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin 9 iyun 2020-ci il tarixli 2(067)-1081/2020 saylı qətnaməsi ilə (hakim Xıdır Quliyev) iddianın təmin edilməsi, Cava bdeh 11.300 (on bir min üç yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tədqiqatı zamanı Cavabdeh İddiaçı borc aldığı 11700 manat puldan 3600 manatını qaytardığını və hazırda iddiaçıya 8100 manat pul borclu qaldığını göstərsə də, bunun əsasını təşkil edən hər hansı sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı Cavabdeh İddiaçı 02.10.2019-cu il tarixdən 02.04.2020-ci il tarixədək qaytarmaq şərtilə 11700 manat pulu notariusun bankda olan depozit hesabı vasitəsilə borc alması, cavabdehin borc aldığı 11700 manat puldan 400 manatını iddiaçıya qaytarsa da, sonradan üzərinə götürdüyü öhdəliyi icra etməyərək hal-hazıradək iddiaçıya borclu qaldığı 11300 manat pulu qaytarmadığı öz təsdiqini tapmış və beləliklə də məhkəmə tədqiqatı zamanı iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar tamamilə sübut edilmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 385.1, 442, 448.1, 448.2, 427.3, 739.1, 740-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

9. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Xaçmaz Rayon Məhkəməsinin 9 iyun 2020-ci il tarixli 2(067)-1081/2020 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının qismən-8100 manat həddində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2517/20 20 saylı mülki iş üzrə 4 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi hakim), Şəmsəddin Abasov və Telman Məmmədov) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 9 iyun 2020-ci il tarixli 2(067)-1081/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan götürdüyü məbləği geri qaytarmalı olduğu halda müqavilə öhdəliklərini kobud şəkildə pozaraq 11300 (on bir min üç yüz) manat məbləğində pulu qaytarmamaqla, iddiaçıya maddi ziyan vurduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğdə pulu cavabdehdən tələb etməkdə haqlı olması barədə aşa ğı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh iddiaçının tələbinin əksini təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.

12. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.1, 448.2, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 385.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarına, Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2016-cı il tarixl i qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə” dair 09.07.2009-cu il tarixli qərarına, N.Məmmədovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31.01.2006-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

13. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2517/2020 saylı iş üzrə 4 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “verdiyim iddia ərizəsin ə etiraz ərizəmdə məhkəmədən xahiş etmişdim ki, İddiaçı qohumu Elmar adlı şəxsi, habelə taksi sürücüsü İlqar adlı şəxsi məhkəmə iclasına dəvət edərək dindirsin, çünki həmin şəxslərin yanında 2200 manatı və bir ayın faizi olan 960 manatı Xaçmaz-Quba yolunun kənarındakı “Sonalı Göl” restoranında iddiaçı tərəfə - İddiaçı və onun yeznəsi Elmar adlı şəxsə vermişəm. Mənə məlum olmayan səbəbdən məhkəmə həmin şəxsləri dəvət edib dindirməkdən imtina etmişdir. Habelə, iddia ərizəsinə etirazımda göstərdiyim halları qətnamədə ümumiyyətlə göstərməmişdir. Xüsusi olaraq qeyd edirəm ki, nə İddiaçı nə də onun yeznəsi Elmarı tanımıram, onlarla heç bir yaxınlığım və heç bir qohumluğum yoxdur. Bu halda, guya faizsiz olaraq mənə borca 11700 manat pul verilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı hesab ed ilə bilməz. Apellyasiya şikayətində bütün bu hallara lazımınca diqqətlə yanaşılmasının, adları göstərilən şahidlərin dindirilməsinin vacibliyini göstərsəm də, işə baxmış apellyasiya məhkəməsi buna əhəmiyyət verməmiş, şahidlərimi dindirməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini təsdiqləməklə öz işini bitirmişdir. Halbuki obyektiv həqiqətə nail olmaq üçün məhkəmə bütün zəruri tədbirləri görməlidir”. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 372, 372.6, 372.7-ci maddələrinə istinad etmişdir.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqa vilə olmalıdır.

19. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəl iklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

23. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. Maddə

416. Kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§27).

32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§28).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§27). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2517/2020 saylı iş üzrə 4 noyabr 2020-ci il tarixli qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzr ə gəldiyi nəticədən görünür ki, Cavabdeh İddiaçı borc aldığı 11700 manat puldan 3600 manatını qaytardığını və hazırda iddiaçıya 8100 manat pul borclu qaldığını göstərsə də, bunun əsasını təşkil edən hər hansı sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı Cavabdeh İddiaçı 02.10.2019-cu il tarixdən 02.04.2020-ci il tarixədək qaytarmaq şərtilə 11700 manat pulu notariusun bankda olan depozit hesabı vasitəsilə borc alması, cavabdehin borc aldığı 11700 manat puldan 400 manatını iddiaçıya qaytarsa da, sonradan üzərinə götürdüyü öhdəliyi icra etməyərək hal-hazıradək iddiaçıya borclu qaldığı 11300 manat pulu qaytarmadığı öz təsdiqini tapmış və beləliklə də məhkəmə tədqiqatı zamanı iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar tamamilə sübut edilmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı 3600 manat pulu qaytarması iş materialları ilə təsdiq edilmir. Göründüyü kimi, cavabdeh borcun istinad edildiyi hissəsinin qaytarılması ilə bağlı sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§29).

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2517/2020 saylı iş üzrə 4 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar