Məhkəmə qərarları › İş №2(102)-3083/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3083/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3083/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (negator tələb); Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr; Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmə dov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 may 2024-cü il tarixli 2(103)-208/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 24.01.2002-ci il tarixli Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və X2 notarial təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən 322,1 kv metr qeyriyaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətiçisi İddiaçı Cəbrail qızıdır.

2. Dövlət Əmlakının Özəlləşdirilməs i Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən 322,1 kv metr qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra mətndə-iddiaçı) xüsusi mülkiyyətindədir və xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsinin Cavabdeh (bundan sonra mətndə-cavabdeh) daimi istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan ərazidə yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanması məqsədi i lə cavabdehə həvalə edilməsi qərara alınmışdır. 4. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 265 saylı rəyinə görə ünvan 1 ünvanında yerləşmiş və hazırda sökülmüş qeyri-yaşayış sahəsinin 1 kv metrinin həmin vaxta icarə (kirayə) haqqının dəyəri 14 manat, ümumilikdə icarəyə (kirayə) haqqının dəyəri isə 4509 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sökülmüş xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv metr olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, lahiyədə nəzərdə tutulmuş qaydada üç tərəfə çıxışı olan 400 kv metr təmirli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, 2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondinsioner, dəyəri 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanılması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 322,1 kv metr qeyri-yaşayış sahəsi xx.xx.2001-ci il tarixli, 000387 nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin bir hissəsini aptek kimi özü işlətmiş, qalan hissəsini isə icarəyə verməklə gəlir əldə etmişdir. 322,1 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi tam təmirli vəziyyətdə olmuşdur. 2020-ci ilin mart ayında cavabdeh şirkət tərəfindən qeyri-yaşayış sahəsinin üzərində olan yaşayış evlərini sökərkən mülkiyyətində olan əmlaka ciddi ziyan vurmuşdur. Artıq qeyri-yaşayış sahəsinin qapı və pəncərələri sökülərək tam yararsız hala düşmüşdür. Cavabdeh şirkətin rəhbərlərindən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağı tələb etsə də, nəticəsi olmamışdır. 7. “X3 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, YD-122 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv metr olan qeyri-yaşayış sahəsinin qiymətləndirmə tarixinə hər 1 kv metr üçün icarə haqqının bazar dəyəri 10,54 manat, ümumilikdə isə 3400 manat məbləğində müəyyən edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 13 aprel 2022-ci il tarixli 2(005)58/2022 nömrəli (hakim K.F.Əmirxanova) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən sökülmüş iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv metr olan qeyriyaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil veri lməsi, 2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hər ay kirayə haqqı əvəzinə 3954,5 manat məbləğində pulun iddiaçıya cavabdeh tərəfindən ödənilməsi, qeyriyaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapının, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatorunun, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Aristonun, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondinsionerin, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducunun, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducunun, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyfin və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun İddiaçı verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, iddia tələbinin qalan hiss ədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 4 ünvanında yerləşən 322,1 kv metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Bununla belə cavabdeh həmin ərazidə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,92 ha torpaq sahəsi cavabdehin daimi istifadəsinə verilməsi qərara alınsa da, cavabdeh MMC ünvan 4 ünvanında yerləşən əmlaka dair iddiaçı ilə razılaşmadan, müqavilə bağlamadan, əmlakın dəyərini bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mül kiyyətində olan əmlakı dağıtmaqla işə başlamış və əmlakı yararsız vəziyyətə salmışdır. Cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Tərəflər arasında sökülmüş əmlakın əvəzində daha artıq sahəsi olan və inşa ediləcək hündürmərtəbəli binanın birinci mərtəbəsinin hansı hissəsində əmlakın verilməsinə dair razılaşma və ya müqavilə olmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi istifadədə olmuş, yəni təmirli və kommunal təminatlı olmuşdur. Odur ki, cavabdeh tərəfindən sökülmüş iddiaçıya məxsus qeyriyaşayış sahəsi 322,1 kv metr olduğundan və həmin sökülmüş əmlakın əvəzinə eyni həcmdə və mütənasib olan təmirli əmlakın verilməsi daha əd alətlidir.

9. Məhkəmə iddianın “2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin ödənilməsi” hissəsində qeyd etmişdir ki, ünvan 4 ünvanında yerləşmiş və hazırda sökülmüş qeyri-yaşayış sahəsinin 1 kv metrinin icarə (kirayə) haqqının dəyəri “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 265 saylı rəyində 4509 manat məbləğində və “X3 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, YD-122 nömrəli rəyində isə 3400 manat məbləğində müəyyən edilmişdir. Odur ki, rəylərdə göstərilən məbləğlərin orta məxrəclərinin hesablanmasını yəni, (4509 manat + 3400 manat): 2= 3954,5 manat məbləğində pulun 2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsini məqbul hesab edilir.

10. Məhkəmə göstərmişdir ki, iddia tələbi “qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondinsioner, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun cavabdehdən alınaraq ona verilməsi” hissəsində əsaslı olduğundan, iddia həmin hissədə tam təmin edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 178.1, 1096, 1097.1 və 1115-ci maddlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

13. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin 13 aprel 2022ci il tarixli, 2(005)-58/2022 saylı qətnamənin cavabdeh tərəfindən sökülmüş iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv metr olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” hissəs ində ləğv edərək həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh əvvəlcə mübahisələndirilən əmlakı sökmədiklərini bildirsə də, sonradan mübahisələndirilən binanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən söküldüyünü bildirmişdir. Cavabdehdən qərarının icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti Başçısının həmin ərazidəki torpaq sahəsində yenidən qurma işlərinin aparması məqsədi ilə vermiş olduğu Sərəncamı təqdim etmələrini xahiş etsə də, cavabdeh həmin sərəncamı təqdim etməmişdir. Göstərilən qərarın icrası ilə əlaqədar hüquqi və fiziki şəxslərə ərazidə yerləşən torpaq sahələrində mövcud olan yaşayış və ya qeyri-yaşayı ş sahələrinin sökülməsi ilə əlaqədar mülkiyətçilərə və ya faktiki sahiblərə mövcud sahədən 20-30 faiz artıq sahələrin verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh eyni binada olan qeyriyaşayış sahələrini sökərkən mülkiyyətçilərə faktiki sahənin 30 faizinədək əlavə sahələrin verilməsi ilə razılaşaraq müqavilələr bağlamışdır.

15. Cavabdeh birinci instansiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(005)58/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, kirayə haqqının tutulması və əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində dəqiq araşdırma aparmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, əşyalar iddiaçı şəxsin özü tərəfindən tikinti aparıldığı üçün daşınmışdır, belə ki, iddiaçı özü 166 yükdaşıma xidmətinə müraciət edərək əmlakların daşınmasını təmin etmişdir. Mübahisələndirilən əmlak əvvəllər köhnə tipli olmaqla aptek kimi işləyib və əldə etdikləri məlumata əsasən 700 manata icarəyə verilmiş, belə olan halda məhkəmə tərəfindən təyin olunan kirayə məbləği nə bazar qiymətlərinə, nə reallığa, nə də qanunuyğun deyildir. Kirayə haqqının məbləği, eləcədə cavabdehdə olmayan və iddiaçın özü tərəfindən daşınması təşkil edilən əşyalara görə cavabdeh məsuliyyət daşımamalıdır.

17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/42639/4469 nömrəli 27 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi və ona yaxın ərazilərdə yerləşən təmirli qeyri-yaşayış sahələrinin 1 kv metrnin hazırda mövcud olan orta bazar qiyməti tə qribən 5530,0 manat, təmirsiz qeyriyaşayış sahələrinin 1 kv metrinin orta bazar qiyməti təqribən 3842,0 manat məbləğində müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 322,1 kv metr qeyri-yaşayış sahəsinin və oxşar şəraitli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 4500,0 manat müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edimiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.

18. İddia tələbində göstərilən əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı kollegiya tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/42639/4469 nömrəli 27 noyabr 2023-cü il tarixli ekspert rəyində həmin suala cavab verilməmiş və ekspert tərəfindən əşyaların dəyəri ilə bağlı qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır.

19. Bu səbəbdən məhkəmə xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında göstərilmişdir ki, iş materiallarında həmin əşyalar barədə (markası, modeli, ölçüləri və sair) kifayət qədər məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-208/2024 saylı, 7 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), M.Ə. Rüstəmli, A.Ə.İsgəndərov) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(005)58/2022 nömrəli qətnaməsi qismən – ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv metr olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapının, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatorunun, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Aristonun, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondinsionerin, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducunun, ümumi dəyəri 160 0 manat olan 2 ədəd soyuducunun, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyfin və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun iddiaçıya verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması hissələrində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, cavabdeh tərəfindən sökülmüş iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv metr olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 322,1 kv metr və əlavə 20 faiz olmaqla, ümumilikdə 386,52 kv metr təmirli qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddia tələbinin qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat ola n 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondinsioner, dəyəri 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanılması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun cavabdehdən alınaraq ona verilməsi hissəsində rədd edilməsi, qətnamə qalan (2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hər ay kirayə haqqı əvəzinə 3954,5 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməsi) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Məhkəmənin mövqeyinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən 3954,5 manat məbləğində pulun tutulması müəyyən edilsə də, ekspertiza nəticəsində oxşar şəraitli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 4500,0 manat olduğu müəyyən edilmişdir. Belə olan halda cavabdehin kirayə məbləğinin real olmaması barədə dəlilləri əsassız olmaqla, məhkəmənin qənaəti qanuni və əsaslı hesab edilir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili əmlaklara bağlıdır, göstərilmişdir ki, əşyalar iddiaçı şəxsin özü tərəfindən tikinti aparıldığı üçün daşınmışdır.

22. Məhkəmə kollegiyası qeyd edib ki, əmlakların dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilsə də, tədqiqat aparılması üçün əmlaklar təqdim edilməmiş, həmçinin iddiaçı tərəfindən əmlaklara dair kifayət qədər ətraflı məlumat (əmlakların markası, modeli, ölçüləri və s.) təqdim edilmədiyindən tədqiqat aparılması mü mkün olmamışdır. Göründüyü kimi iddiaçının tələbi bu hissədə qeyri-müəyyən olmaqla, tələbinin əsasını təşkil edən halları sübut edə bilməmişdir. Ona görə də bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 152.5, 157.4, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, MPM-in 14.2, 77.1, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:

24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-208/2024 saylı qətnaməsinin tam ləğv edilməsi, yenidən baxılması üçün işin ap ellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, icra hakimiyyətinin müvafiq sərəncamı ilə həmin ərazidə olan köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi cavabdehə həvalə edilmişdir. Həmin sərəncam icra edilərkən iddiaçı özü öz əşyalarını təhvil almış və daşınmasını təşkil etmişdir. Bundan başqa ona qeyri-yaşayış sahəsi çıxarışda olan kvadrata uyğun yer ayrılsa da iddiaçı onu götürməkdən imtina edir. Əlavə tələblər irəli sürür. Məhkəmə də qətnamə qəbul edərkən işə tam ədalətli yanaşmamışdır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən vurulan zərərin işin hallarına uyğunluğunu qiymətləndirməli idi. Lakin məhkəmə bir tərəfin üstünlüyünü təmin edən, digər tərəfin mənafeyinə uy ğun olmayan qərar qəbul etmişdir. Belə ki, həm işgüzar adətlər müstəvisində, həm də məhkəmə təcrübəsində belə hal yoxdur ki, qeyri-yaşayış sahəsinin üzərinə əlavə faiz gəlinərək iddiaçıya qaytarılsın. Həmin hal yaşayış sahələri ilə bağlıdır, bu məhkəmə tərəfindən diqqətə alınmamışdır. Bundan başqa qeyri-yaşayış sahəsinin mövcud kvadratının üzərinə faiz gəlinməsi iddia tələbindən qanunsuz kənara çıxma sayılmalıdır. Məhkəmə həmçinin sübutlara düzgün qiymət verə bilməmiş, ədalətsiz mövqe ortaya qoymaqla prosessual normanın tələblərini pozmuşdur. Hazırki qətnamə məhkəmə təcrübəsinə ziddir. Belə ki, heç bir bu tipli işlər üzrə məhkəmə qətnamələrində qeyri-yaşayış sahəsinin üzərinə əlavə faiz gələrək iddianın təmin edilməsi halına rast gəlinməmişdir. Həmin hal yaşayış sahələri ilə bağlıdırki, bu sahədədə kifayət qədər normativ xarakterli aktlar və məhkəmə qərarları var. Qeyri-yaşayış sahəsinə üzərinə faiz gəlinməsi halı bu qətnamə üzrə ilkdir və bu öz özlüyündə məhkəmə təcrübəsinin pozulmasına gətirib çıxarır.

26. Cavabdeh kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.5 və 1115-ci maddələrinə və MPM-in 217, 218.3 və 380-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

28. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

29. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıx mış fayda) başa düşülür.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiyainstansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddiaya etirazda, apellyasiya məhkəməsində işə baxılan zaman göstərilən dəlillərlə eyni məzmunludur, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

47. Sökülmüş və ya məhv edilmiş qeyri-yaşayış sahəsinə görə ziyanın ödənilməsi əvəzinə digər qeyri yaşaış sahəsi verilərkən 20 faiz artıq sahənin verilməsinin yalnız yaşayış sahələrinə aid olması, qeyri-yaşayış sahələrinə bu halın şamil edilməməsi və qanunvericilikdə belə bir halın nəzərdə tutulmamasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vurulmuş ziyana görə kompensasiya tələb etmək, bu tələbin həcmini və növünü seçmək zərərçəkənin hüququdur, məhkəmə isə zərərin həcmini müəyyən edərkən yalnız zərərin hesablanması, onun kompensasiya edilməsi isə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, zərərçəkənin məhrum olduğu əmlakı deyil, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının məhrum olduğu əmlakın yerləşmiş olduğu məkan, (Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi-2), habelə qarşılıqlı razılıq əsasında deyil, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olması nəzərə alındıqda 322,1 kv metr qeyri-yaşayış sahəsinin əvəzinə 20 faiz əlavə olunmaqla 386,52 kv metr təmirli qeyri-yaşayış sahəsinin ziyanın ödənilməsi kimi qət olunması qanuni və əsaslı olmuşdur.

48. İcarə haqqının yüksək hesablanması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə isə işdən görünür ki, apellyasiya məhkəməsinin bu məsələnin həllindəki qənaəti mütəxəssis rəylərinə əsaslanmış, cavabbeh tərəf icarə haqqının daha aşağı olmasına dair hər hansı mötəbər süğut təqdim edə bilməmişdir.

49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələb lərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin də lillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)-208/2024 nömrəli iş üzrə 7 may 2024-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar