Məhkəmə qərarları › İş №2(102)-3088/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3088/2022

26.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3088/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin 18.04.2022-ci il tarixli məktubuna əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07.05.2021-ci il tarixli qətnaməsi ilə (hakim E. Mustafayev) İddiaçı cavabdeh X1 və q. qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” (qarşılıqlı iddia: qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.) tələbinə dair ilk və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2021-ci il tarixli, 2(103)9768/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim V. İbayev), birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək, qarşılıqlı iddia qismən təmin edilmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti 19.04.2022-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsi 18.04.2022-ci il tarixli, 2(103)-9768/2021 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək qətnamədə buraxılmış yanlışlıqların düzəldilməsi ilə əlaqədar mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apelyasiya Məhkə məsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş üzrə kassasiya şikayətinin icraata qəbul olunması haqqında 19.04.2022-ci il tarixli qərardad ləğv olunmalı və iş kassasiya baxışından çıxarılmaqla Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2021-ci il tarixli, 2(103)9768/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(102)-3088/2022 saylı qərardadı ləğv edilsin. Bakı Apelyasiya M əhkəməsi Mülki Kollegiyasının 20.12.2021-ci il tarixli, 2(103)9768/2021 saylı qətnaməsindən yanlışlıqların düzəldilməsi barədə ərizəyə münasibət bildirilməsi üçün mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar