Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-309/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(075)-498/2019 nömrəli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilmiş, x2 x1-nin xeyrinə 3015.00 ma nat əsas, 63.00 manat faiz və 50.00 manat cərimə borcu olmaqla, cəmi 3128.00 manat borcun və 30 manat dövlət rüsumu tutulması, borc məbləğinin girov predmeti olan 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 2 dəst komplekt və 6 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızılzinyət əşyalarının açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait hesabına x1-yə olan borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsiqət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(103)-2567/2019 saylı mülki iş) hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(075)498/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 x1-nin xeyrinə 27 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 3015 manat əsas, 1278.47 manat faiz və 862.29 manat dəbbə pulu olmaqla, cəmi 5155.76 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin girov predmetləri 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 2 dəst komplekt və 6 ədəd üzüyə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılması və borcun əvəzinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 27 aprel 2018-ci il tarixli, 003/18-365 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavil ə əsasında x1 tərəfindən cavabdeh x2na aylıq 5%-lə 2 ay müddətinə güzəştli dövrlə 3 ay müddətinə 3015 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, x2 götürdüyü 3015 manat krediti ona hesablanmış faizlərlə birlikdə hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İşdə olan 27 aprel 2018-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, x2 ona məxsus 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 2 dəst komplekt və 6 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarını x1nin xeyrinə girov qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 298.1, 298.2, 385.1, 443.1, 448.1, 448.2, 462.1, 465.21 və 467-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinmə lidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbl əğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Müəyyən edilmişdir ki, iddiaçı x1 ilə cavabdeh x2 arasında bağlanmış 27 aprel 2018-ci il tarixli, 003/18-365 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə aylıq 5%-lə 2 ay müddətinə güzəştli dö vrlə 3 ay müddətinə 3015 manat məbləğində kredit verilmiş, müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdeh x2 ilə bağlanmış girov müqaviləsinə əsasən ona məxsus müxtəlif adlı 2939 ABŞ dolları qiymətləndirilmiş qiymətli metallar x1-nin xeyrinə girovla yüklü edilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı x1-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 862.29 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab etmişdir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Göründüyü kimi iddiaçı x1 tərəfindən x2na kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh x2, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də x1 qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh x2 tələb etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin etməklə, cavabdeh x2 x1 xeyrinə 3015.00 manat əsas, 63.00 manat faiz və 50.00 manat cərimə borcu olmaqla, cəmi 3128.00 manat borc və 30 manat dövlət rüsumunun tutulması, borc məbləği girov predmeti olan 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 2 dəst komplekt və 6 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılaraq satışdan əldə olunan vəsait hesabına x1-yə olan borcun ödənilməsi barə də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-309/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-309/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver