Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3092/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-xxx/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin (hakim S.Mayılov) xx.xx.2018-ci il tarixli 2(045)-xxx/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 50R000000260 saylı kredit razılaşması üzrə 12014.09 ABŞ dolları məbləğində kredit borcu, 3352.67 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17366.76 ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Əliyeva, R.Muradov, Cavabdeh4) xx.xx.2018-ci il tarixli 2(104)-xxx/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gora nboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-xxx/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9, X6, X10 və X5 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 22R000011036 saylı kredit razılaşması üzrə 41473.21 ABŞ dolları məbləğində əsas borc, 20432.86 ABŞ dolları məbləğində faiz borcu və 16839.71 ABŞ dolları cərimə olmaqla, cəmi 78745.78 ABŞ do lları məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Əkbərov Xəqani Məhəmmədəli oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə məlum qətnaməni qət edərkən ödənilmiş məbləği düzgün hesablanmış, faiz borcu və cərimə borcu həddindən artıq hesablanmışdır. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin edib cavabdehin borc məbləğini dəqiq müəyyən etməmiş, bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-xxx/2018 saylı qətna məsinin ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Əkbərov Xəqani Məhəmmədəli oğlu, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, Cavabdeh1 tərəfindən ona hesablanmış faiz və cərimə üzrə borcun düzgün hesablanmamasını sübut edilə bilmədiyinə, zaminlər isə Cavabdeh1lə birgə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə və bu fakt iş materialları ilə təsdiq olunduğuna görə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olmasına, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olmasına və Azərbaycan Respublikası MPM-in 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalı olmasına görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğrudur, cavabdehin apelyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh faiz və cərimə borcunun artıq hesablandığını bildirsə də, işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarına bu barədə hər hansı sübut təqdim etməmişdir. Kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı əsaslandırıla bilməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verm əli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1 -ci maddəsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, əgər bu məcəllədə və Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyə ti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)xxx/2018 nömrəli qətnaməsi d əyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3092/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3092/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver