Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3092/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1935/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 26% ödəmək şərti ilə 1.627,81 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2 015- ci il tarixli, 1xx/xx/136329/15/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.627,81 ABŞ dolları əsas borcun, 1.175,45 ABŞ dolları məbləğində faiz borcunun, 1.161,04 ABŞ dolları məbləğində cərimə borcunun, 485.76 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, ümumilikdə isə 4.450,06 ABŞ dolları pulun və ödənilmiş 95.67 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan QSC “Bank Standard” KB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbinin işin hallarına uyğun əsasladırmaqla qeyd etmişdir ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka borcu qalmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və yazılı bildi riş göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunu qaytarmamışdır.
5. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək rədd edilməsini xahiş etmiş, iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-7043/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim: Aygün Həsənova) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Belə olan halda müəyyən edilir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixədək məhkəməyə verilə bilərdi. Lakin “kredit müqaviləsi üzrə yaranmış borcu n ödənilməsi tələbi barədə” iddia ərizəsi ilk dəfə məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Bununla da, iddiaçı, iddia müddətini ötürmüşdür. İşin baxılması zamanı cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizə verdiyindən iddia rədd edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 377.2, 399, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkə məsi işə baxarkən iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsi ilk dəfə elektron qaydada xx.xx.2019-cu il tarixdə göndərilmiş, lakin birinci instansiya məhkəməsi iddia ərizəsini elektron qaydada gec, yəni xx.xx.2019-cu il tarixdə qəbul etmişdir. Lakin məhkəmə bunu nəzərə almamış, iddia müddətini əsassız tətbiq etmişdir.
11. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi izahatında qeyd etmişdir ki, Bankın cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi Xətai Rayon Məhkəməsinə ilk dəfə elektron qaydada xx.xx.2019-cu il tarixdə göndərilmiş, lakin Rayon Məhkəməsi iddia əriz əsini elektron qaydada yalnız 4 gün sonra qəbul etmişdir. Həmin iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(011)-9667/2019 saylı qərardadla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına” əsasən geri qaytarılmışdır. Lakin iş üzrə cavabdeh həmin Fərmanın tətbiqi ilə bağlı Banka yaxınlaşmamışdır. Qeyd edilən bu hallar Bankın təqsiri üzündən baş vermədiyindən iddia müddətinin tətbiqi üçün əsas ola bilməz.
12. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək. “iddia müddətinin tətbiqi barədə” ərizəsinin məz muna, habelə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verərərk bildirmişdir ki, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə müəyyən ödənişlər etmiş, lakin sonradan Bank ləğv edildiyindən o, ödənişləri dayandırmışdır. Əgər Bankın ləğvedici olan Fond həmin Banka olan borcların qaytarılmasında maraqlı idisə, onda ona müraciət edərək borcun ödənilməsini tələb etməli idi, lakin Fond bunu etməmiş və borc məbləğinin artmasını gözləmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1935/2023 nömrəli iş üzrə 17 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsi Elektron Məhkəmə İnformasiya Sisteminə yükləndiyi tarixdən, hazırki halda xx.xx.2019-cu il tarixdən məhkəməyə verilmiş sayılır. Lakin bu zaman nəzərə alınmalıdır ki, Bankın ilk dəfə cavabdehə qarşı irəli sürdüyü iddiasının geri qaytarılması iddia müddətinin axımını dayandırmamış, müddətin axımını kəsməmiş və müddəti bərpa etməmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verilməsini səhv müəyyən etsə də, hazırki iddia ərizəsini cavabdehin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəyə əsasən rədd etməkdə faktlar nöqteyinəzərindən haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apelyasiyanın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən 2019-cu ildə iddia ərizəsinin göndərilməsini sübut edən sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı:
23. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razıdır.
37. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında irəli sürdüyü mövqeyə uyğun olaraq cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra etmədiyini və onun kredit müqaviləsi üzrə borcunun yaranmasını, yəni iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməklə iddia müddətini tətbiq etmişdir. Bu zaman məhkəmə iddia müddətinin axımının əvvəlini düzgün müəyyən etmiş və iddia verilən tarixədək 3 illik iddia müddəti keçdiyindən Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən iddiadan imtina edilməli olması barədə nəticəyə gəlmişdir.
38. İddiaçının ilk dəfə xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia irəli sürməsi, iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə m əhkəmənin icraata qəbul edilməsi və daha sonra bu iddianın geri qaytarılması iddia müddətinin axımını dayandırmamışdır. Buna baxmayaraq iddiaçı hazırki iddianı xx.xx.2022-ci il tarixdə qaldırmaqla cavabdehə qarşı olan tələb hüququ üzrə iddia müddətini ötürmüşdür.
39. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
40. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1935/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.