Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3098/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bağırova x2 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 09 iyul 2013-cü il tarixli qətnaməsi ilə (hakim A.Abbasov, iş № 2(060)-2520/2013) iddia təmin edilmiş, Cavabdeh 12000 (on iki min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov, iş № 2(105)4293/2019) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2520/2013 saylı, 09 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələl ər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hall arına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 05 oktyabr 2011-ci il tarixli borc müqaviləsinə görə, İddiaçı Cavabdeh 12000 manat məbləğində borc pul vermişdir. Cavabdeh da 12000 manat borc pulu İddiaçı aldığını bildirərək həmin borcu 05 mart 2012-ci il tarixinə qədər qaytarmağı öz öhdəsinə götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 425.1, 448.1, 529.3-cü maddələr ini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...mənim iddiaçıya heç bir borcum qalmamışdır. Bu barədə iddiaçı icra məmuruna yazılı ərizə vermişdir. ” Kasassiya şikayətinin digər dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi olduğuna görə bu müqavilə cavabdehin öhdəliyinin yaranması üçün əsasdır. Borc müqaviləsi üzrə də aldığını pul şəklində qaytarması cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşıyır. Məhkəmə cavabdehin iddiaçıdan əslində 12000 manat deyil, 5000 manat borc alması, həmin puldan 1000 manat ödəməsi barədə izahatını hər hansı sübutla təsdiq edilmədiyi üçün qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəd də göstərməlidir. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə göstərilən dəlillərlə bağlı haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qanunvericilik öhdəliyə icra nəticəsində o zaman xitam verilməsini nəzərdə tutur ki, borc sənədi borcluda olsun. Hazırki iş üzrə isə borc sənədi kreditorda, yəni iddiaçıdadır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, kassasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur, həmin dəlillər eyni zamanda apelyasiya şikayətinin dəlilləri olmuş və məhkəmə tərəfindən həmin dəlillər tam araşdırılmış və işdə olan digər sübutlarla birlikdə düzgün qiymətləndirilmişdir.. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsas ən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3098/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3098/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver