Məhkəmə qərarları › İş №2(102)-3101/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3101/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3101/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” ASC-nin vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)401/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(012)-4779/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.H.Nəcəfova) iddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış kredit borcuna görə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 9.326,94 ABŞ dolları, faiz borcuna görə 3.521,99 ABŞ dolları, hesablanmış cəriməyə görə 17.33 ABŞ dolları, cəmi 12.866,26 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 63.4 kv.metr olan 06 saylı fərdi yaşayış evinə yönəldi lməsi, ipoteka predmetinin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26.000 manat müəyyən edilməsi, kredit borcu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)401/2019 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 əsas və faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilərək, ondan ödəniş vaxtı milli manata məzənnədə 2.850,49 ABŞ dolları, cəmi 2.867,79 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib.İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış kredit borcuna görə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 9.326,94 ABŞ dolları, faiz borcuna görə 3.521,99 ABŞ dolları, hesablanmış cə riməyə görə 17.33 ABŞ dolları, cəmi 12.866,26 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 63.4 kv.metr olan 06 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, kredit borcu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, cavabehlərin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılmaları və həmin evin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş ed ib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi, eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin 26.000 manat müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Natiq Məmmədov kasasiya şikayətində göstərilə nlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “xxxx” ASC-nin vəkili Natiq Məmmədovun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. xx xxxxxx 2019-cu il tarixli Çıxarışa əsasən, İddiaçı İKB ASC adı dəyişdirilərək, “xxxx” ASC adlandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə qismən əsas, faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edərkən, birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcunun məbləğinin, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, qalan hissədə qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsasların müəyyən edilməməsinə isti nad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 11.500 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlərin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 63.4 kv.metr olan 06 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub və ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 26.000 manat müəyyən edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin tələblərinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavab dehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Hazırki halda kredit müqaviləsi üzrə öhdəliklərin Cavabdeh1 tərəfindən pozulması işin mübahisə olunmayan halıdır. Kasasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı təşkilat apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmaması, ipoteka predmetinin ilkin satış qiymətinin düzügün müəyyən edilməməsi hissəsindən şikayətçidir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclu Cavabdeh1 xx xxx 2017-ci il tarixə iddiaçı təşkilata olan əsas borcu 10.340,16 ABŞ dolları, faiz borcu 2.850,49 ABŞ dolları olmaqla, cəmi 13.190,65 ABŞ dolları təşkil edir. Eyni zamanda borclu Cavabdeh1 tərəfindən xx xxx 2017-ci il tarixdən sonra 10.771,50 ABŞ dolları ödəniş etdiyi müəyyən edilir. Lakin ekspertiza qarşısında qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx xxx 2017-ci il tarixədək göstərildiyindən 10.771,50 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. İddiaçı təşkilatın apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından isə görünür ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş əsas borcu yoxdur, faiz borcu üzrə qalıq məbləği isə 5.298,47 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin 36 ay müddətinə bağlanmasını, kreditin son qaytarılma müddətinin xx xxxxxx 2017-ci il tarixdə bitməsini, iddiaçı təşkilatın verdiyi maliyyə arayışında faiz borcunun xx xxxxxx 2019-cu il tarixədək hesablanmasını, ekspertin rəyində isə faiz borcunun xx xxx 2017-ci il tarixədək, yəni kreditin son qaytarılma müddətinədək hesablanmasını nəzərə alıb, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə tutulacaq faizin məbləğini haqlı olaraq 2.850,49 ABŞ dolları məbləğində müəyyən edib. Kasasiya instansiyası məhkəməsi sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə tutulacaq əsas, faiz borcunun məbləği ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin dəlillərinə əsasən bu hissədə qətnamənin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxd ur. İpoteka predmetinin ilkin satış qiymətinə gəlincə isə kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı təşkilatın kasasiya şikayətinin dəlilləri bu hissədə də əsaslı sayıla bilməz. Çünki işdən görünür ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 63.4 kv.metr olan 06 saylı fərdi yaşayış evinə dair ipoteka müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə bağlanıb. Ötən müddət ərzində həmin evin dəyərinin artması və ya azılması isə istisna olunmur. Ona görə də işə baxan məhkəmə tərəfindən düzgün olaraq müstəqil qiymətləndirici dəvət edilərək ipoteka predmeti yenidən qiymətləndirilib. İşə əlavə edilmiş “X6” MMC xx xxxxxxx 2019-cu il tarixli qiymətləndiricinin rəyindən görünür ki, sözügedən fərdi yaşayış evinin hazırki bazar qiymə ti 95.000 manat təşkil edir. Əvvəla, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpo teka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “İlkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra re al olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişd irilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-401/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar