Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3101/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin axımının kəsilməsi üçün nəzərdə tutulmuş hərəkətlər yalnız iddia müddətində baş verdikdə iddia müddətinin axımının kəsilməsinə səbəb olur) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun vəkili Cabbarlı Rəşad Rafi q oğlunun və cavabdehin vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3078/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2011-ci il tarixli, **** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6 faiz olmaqla, 24 ay müddətinə 15.000 manat məbləğdə kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və 10 sentyabr 2019-cu il tarixə kreditora 7.356,21 manat əsas, 76,59 manat faiz borcu yaranmış, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra borcluya 3.214,85 manat faiz hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 12 sentyabr 2011-ci il tarixli, 219/06 nömrəli kredit müqaviləsi üzrə 7.356,21 manat əsas, 76,59 manat faiz, 3.214,85 manat kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekbar 2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz olmaqla, cəmi 10.647,65 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 11 mart 20 20-ci il tarixli, 2(021)-420/2020 nömrəli qətnaməsi ilə (hаkim Q.Əbilov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia, müqavilə tələbləri üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməklə verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3078/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 11 mart 2020-ci i l tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməklə, 12 sentyabr 2011-ci il tarixli, ***** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 7.356,21 manat əsas, 76,59 manat faiz, 3.214,85 manat kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekbar 2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz olmaqla, cəmi 10.647,65 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, 12 sentyabr 2011-ci il tarixli, 219/06 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 31 oktyabr 2018-ci il tarixdə 100 manat ödəniş etmişdir. Borclu həmin tarixdək ödəniş etməkl ə borcunu etiraf etmişdir. Belə olan halda borclu Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməli və yaranmış borcu kreditora ödəməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübu tlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun vəkili Cabbarlı Rəşad Rafiq oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca i cra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətlər 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə
375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.
2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) i sə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyas ı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi 12 sentyabr 2011-ci il tarixdə bağlanmışdır və müqavilə müddəti 24 ay müəyyən edilməklə 12.09.2013-cü il tarixdə birmişdir. Bu halda müqavilə üzrə kreditorun borcluya qarşı iddia müddətinin axımı 12.09.2013cü il tarixdən başlanmış və Mülki Məcəllənin 372.2-ci maddəsinin müəyyən etdiyi kimi üç il davam etməklə, 12.09.2016-cı il tarixdə bitmişdir. Birinci insta nsiya məhkəməsi hazırki iddianın bu müddət ötürülməklə verildiyi barədə nəticəyə gəlmiş və cavabdehin vəsatəti əsasında verilmiş tələb üzrə iddia müddəti tətbiq etmiş, bu əsasla iddianı təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsı isə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, təqdim edilmiş hesabdan çıxarışla cavabdehin 31 oktyabr 2018-ci il tarixdə 100 manat ödəniş etdiyi müəyyən olunur. Borclu həmin tarixdən ödəniş etməklə borcunun olmasını etiraf etdiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməli və yaranmış borcu kreditora ödəməlidir. Kassasiya kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 380-ci maddəsində i ddia müddətinin axımının kəsilməsi əsasları müəyyən edilmişdir. Həmin normanın mənasına görə iddia müddətinin axımının kəsilməsinə iki hüquqi fakt səbəb ola bilər: 1. müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi; 2. borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Lakin nəzərə alınmalıdır ki, bu hərəkətlər, qanunla müəyyən olunmuş iddia müddətləri intervalında baş verdikdə müddətin axımı kəsilə bilər. Borclunun bu cür hərək ətləri iddia müddətləri (iddianın müddətinin axımı) bitdikdən sonra həyata keçirilərsə, Mülki Məcəllənin 380-ci maddəsində müəyyən edilmiş hüquqi nəticəyə səbəb olmur. Apelyasiya instansiyası məhkəməsi sübutları araşdıraraq cavabdehin 31 oktyabr 2018-ci il tarixdə 100 manat ödəniş etdiyini müəyyən etmiş və bu halı iddianın axımının kəsilməsi kimi qiymətləndirmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddəti 12.09.2016-cı il tarixdə bitmişdi və məhkəmə kollegiyasının bu halı iddia müddətinin kəsilməsi kimi qiymətləndirməsi, Mülki Məcəllənun 380-ci maddəsində müəyyən edilmiş əsaslara uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq norması düzgün tətbiq olunmamışdır və bu hal qətnamənin ləğv edilməsi üçün əsaslardan biridir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 04)-3078/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.