Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3101/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk iddiası, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyət hüququnun müdafiəsi, ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.» t ələbinə dair ilk iddiası, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1244/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22 may 1998-ci il tarixli MH seriyalı, 145133 saylı qeydiyyat vəsiqəsi və 213483 saylı texniki pasporta əsasən Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 17 ünvanda (bundan sonra m übahisəli yaşayış evi) yerləşən 1 yaşayış otağı mülkiyyət hüququ üzrə 22 may 1998-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti başısının 02 noyabr 2020-ci il tarixli, 239 saylı sərəncamından, torpaq sahəsinin icarəyə verilməsinə dair 19 yanvar 2021-ci il tarixli 1636 saylı müqavilədən, obyektin tikintisinə 10 fevral 2022-ci il tarixli Tİ-18/22 saylı icazədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 nömrəli və xx.xx.2008-ci il tarixli sərəncamları ilə Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yaşayış evlərinin tikintisi məqsədi ilə "xxxx" MTK-ya icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq sahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmi ləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. 3. "xxxx" MMC tərəfindən həmin sərəncamın tələblərinə uyğun olaraq, qeyd edilən torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmış, ilkin iddia üzrə iddiaçı istisna olmaqla, bütün sakinlərlə (80-ə yaxın) müqavilələr bağlanmış, müqavilə bağlanan sakinlərin evləri sökülmüş, yerində yeni tikiləcək binanın özülü qazılmışdır. Həmçinin, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi ev 17, 6 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı ilə də danışıqlar aparılmış, lakin onunla razılıq əldə olunmamışdır.
4. İddiaçıya məxsus ev ilkin mərhələdə binanın tik ilməsinə mane olmasa da, binanın özülü qazılan zaman onun evinə bitişik boş torpaq sahəsi qrunt sularının təsiri ilə sürüşmüş və sürüşən zaman qeyd olunan ev tamamilə qəzalı vəziyyətə düşmüşdür (hazırda tamamilə məhv olmuşdur).
5. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 13 yanvar 2022-ci il tarixli 37/Q-00122 saylı məktubuna əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu 360-cı məhəllədə Abay döngəsi 17 ünvanda "xxxx" MMC tərəfindən söküntü işlərinin aparılması nəticəsində ona aid mənzilin qəzalı vəziyyətə düşməsi barədə FHN-ə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti mütəxəssislər tərəfindən yerində araşdırılmış və aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Nəsimi RİH-ə 05 yanvar 2022-ci il tarixli xx/xx-00034 nömrəli tele fonaqram ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi, daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun evinin yerləşdiyi ərazidə (cavabdeh tərəfindən uçurulmamışdan öncəki formada, ölçüdə və yerləşdiyi yerində) əvvəlki vəziyyətdə tikərək ona təhvil verilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlər Cavabdeh1 MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada dəymiş ziyana görə 40.000 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən tu tularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evində uzun illərdən bəri yaşayır. Həmin bir mərtəbəli fərdi yaşayış evi və ətraf əraziləri onların dədə-baba mülkləridir. 2021-ci ildən etibarən yaşadığı məhəllədəki evləri sökməyə başlayan Cavabdeh1 Şirkətinin rəhbərliyi, ona heç bir məlumat vermədən və onunla heç bir razılığa gəlmədən, yaşadığı evi və həyətyanı sahəni sökməyə başlamışdır. Evi hər an uçmaq təhlüksəsi ilə üz-üzədir və onun həyatı təhlükə altındadır. Cavabdeh1 MMC onun mübahisəli fərdi yaşayış evinə bitişik ərazidə söküntü apardığı üçün evi qəzalı vəziyyətə düşmüş və faktiki olaraq ona maddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün 25.000 manat pul tələb olunur. 8. "xx xx" MMC iddiaçıya qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi; iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evi tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 kv.m-dən ibarət olan evin boşaldılaraq cavabdeh şirkətə təhvil verilməsinə və həmin evin cavabdeh şirkət tərəfindən sökülməsi; cavabdeh şirkət tərəfindən ünvan 4 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 kv.m-dən ibarət olan evin əvəzinə yeni tikiləcək binada 61 kv.m ölçüdə təmirli mənzilin 2 il müddətinə iddiaçıya təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin cavabdeh şirkətə təhvil verildiyi günd ən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək cavabdeh şirkət tərəfindən iddiaçıya hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə 1,1845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Şirkət tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək mü vəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. Cavabdeh şirkət Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2020-ci il tarixli 239 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdeh şirkət tərəfindən həmin sərəncamın tələblərinə uyğun olaraq, qeyd edilən torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmış, ilkin iddia üzrə iddiaçı istisna olmaqla, bütün sakinlərlə (80-ə yaxın) müqavilələr bağlanmış, müqavilə bağlanan sakinləri n evləri sökülmüş, yerində yeni tikiləcək binanın özülü qazılmışdır. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, iddiaçı ilə də danışıqlar apamağa səy göstərilmiş, lakin cavabdeh qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı ilkin mərhələdə binanın tikilməsinə mane olmasa da, binanın özülü qazılan zaman onun evinə bitişik boş torpaq sahəsi qrunt sularının təsiri ilə sürüşmüş və sürüşən zaman qeyd olunan ev tamamilə qəzalı vəziyyətə düşmüşdür. Binanın özülü tamamilə doldurulmadan həmin mənzilin bərpa edilməsi qeyri-mümkündür, mümkün olduğu təqdirdə isə 80-ə yaxın sakinin mülkiyyət hüququnu itirməsi deməkdir. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 4 ünvanda yerləşə n, 50,8 kv.m-dən ibarət olan yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 61 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 manat kirayə haqqı təklif olunur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı qəzalı vəziyyətdə olan evlərin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur.
10. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Azərbay can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022-ci li tarixli, 10/2392 saylı rəyində qeyd olunmuşdur ki, ünvan 6 ünvanda yaşayış evləri tamamilə söküldüyündən İddiaçı məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşübdüşməməsini və hər hansı bir ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamışdır. ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin sökülməsi, cavabdeh "xxxx" MMC tərəfindən tədqiq olunan ünvanda aparılan tikinti işləri ilə (çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur) qazılmışdır) əlaqədar olduğu müəyyən olunmuşdur. ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin (iddiaçının təqdim etdiyi texniki pasport və Nəsimi RİH-dən təqdim olunan xx.xx.2003-cü il tarixli 347 nömrəli sərəncam nəzərə alınmaqla) yaşayış sahəsi 14,0 kv.m, ümumi sahəsi isə 50,8 kv.m təşkil edir. "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 04 noyabr 2022-ci il tarixli, 2(006)-1315/2022 saylı qətnaməsi ilə (sədrlik edən Ceyhun Tağıyev) ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, cavabdeh şirkət tərəfindən ünvan 7 ünvanında mövcud olmuş 50,8 kv.metr sahədən ibarət fərdi yaşayış evinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin iddiaçıya təhvil verilməsi, həmin fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni 10 aprel 2022-ci il tar ixdən etibarən yeni mənzil ilə təmin edilənədək, cavabdeh şirkət tərəfindən iddiaçıya hər ay 400 manat kirayə haqqı ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin qarşılıqlı iddia üzrə cavabdeh şirkətdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahusəli evə yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsinin Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yen i tikiləcək binanın özülünün qazılması və yeni tikiləcək binanın qazılmış özülünün ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə yaxın hissəsindən qrunt sularının axması nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin fərdi yaşayış evinin 2 hissədən və ayrıca sanitar qovşaqdan ibarət olması müəyyən edilmişdir. Fərdi yaşayış evinin hissələrinə ayrı-ayrılıqda baxış keçirilərkən, yeni tikiləcək binanın özülünün qazılması nəticəsində fərdi yaşayış evinə məxsus otaqların divarlarının və tavanın çatlaması, fərdi yaşayış evinin həmin hissəsində yaşayışın mümkün olmaması müşahidə olunmuşdur.
13. Məhkəmə bildirmişdir ki, yuxarıda qeyd edilən ərazidə tikinti işləri "xxxx" MMC tərəfindən aparılır və iş üzrə Cavabdeh1 MMC cavabdeh kimi göstərilsə də, bu MMCnin konkret hansı hal üzrə cavabdehlik daşıması müəyyən edilməmişdir. Buna görə də, məhkəmə ərazidə tikinti işləri aparan "xxxx" MMC-nin ilk iddianın dəlilləri üzrə hərəkətlərinə hüquqi qiymət verilməsini zəruri saymış və bildirmişdir ki, cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilərək məhkəmənin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, e-MTT(006)-3/2022 saylı qərardadı icra edilməməklə fərdi yaşayış evi uçmuş və iddiaçı faktiki olaraq evsiz qalmışdır. Lakin evin qəsdən və qərəzli şəkildə uçurulması iş materialları ilə müəyyən edilməsə də, məhkəmə fakt üzrə xüsusi qərardad çıxarmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan ev uçaraq məhv olmuşdur. Ekspert rəyindən göründüyü kimi iddiaçının mülkiyyətində olan yaşayış evinin uçmasına səbəb ərazidə aparılan tikinti işləri ilə bağlı (çox mərtəbəli yaşayış e vinin tikintisi üçün kotlavan (dərin özül) üçün çuxur qazılmışdır) olmuşdur.
15. Məhkəmə ilk iddianın təmin edilə bilməməsi nəticəsinə gəlmiş və bu qənaətini ilk iddianın əsassız olması səbəbi ilə deyil, hazırki mövcud vəziyyətdə ilk iddia üzrə iddiaçıya məxsus əmlakın əvvəlki vəziyyətdə bərpa edilməsinin qeyri-mümkünlüyü ilə əsaslandırmışdır. Belə ki, əvvəla cavabdeh şirkət tərəfindən qazılmış özülü doldurulmadan iddiaçıya məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir. Özülün qazılması isə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 noyabr 2020-ci il tarixli 239 saylı sərəncamından irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı aparılmışdır, yəni qeyd olunan torpaq sahəsi cavabdeh şirkətə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. Bundan ə lavə, əmlak tamamilə uçurulmuş vəziyyətdədir, həm də cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yaxınlığındakı bütün mənzillərin hamısı yeni tikintialtı sahələrə çevrilmiş, sökülərək sakinlərin köçürülməsi təmin edilmişdir. Həmçinin ev tam uçmamışdan əvvəl baxış zamanı da müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan yaşayış sahəsi qəzalı vəziyyətlə olmaqla Bakı şəhərinin müasir vəziyyətinə cavab verməyərək görkəminə uyğun olmamışdır.
16. Lakin bununla belə məhkəmə göstərilən qənaətə gələrkən ilk iddiaçının mülkiyyət hüquqlarının qanunla qorunmasını və mülkiyyətinin tamamilə uçmasına baxmayaraq, ilk iddia üzrə cavabdehin bunun qarşılığında ilk iddiaçını yeni yaşayış sahəsi ilə təmin etməyə hazır olduğunu da nəzərə almış, hesab etmişdir ki, qanunvericilikdə istismar müddəti b itmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün cavabdeh şirkətə ayrıldığından, yuxarıda göstərilən işlərin həyata keçirilməsini MMC öz üzərinə götürdüyündən və tələb irəli sürülərkən cavabdehin əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. vacib şərtlərlə bağlı bütün hüquqları qorunduğundan (riayət olunduğundan) qarşılıqlı iddia tələbi ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi isə 50,8 kv.m təşkil edən evinin əvəzinə 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin iddiaçıya təhvil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona kirayə haqqı ödəni lməli olmasına dair hissələri də təmin edilməlidir.
17. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahəyə bərabər olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar.
18. Lakin qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan yaşayış sahəsinin istifadəçisi iddiaçı kirayə haqlarını qarşılıqlı iddia üzrə iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsinə daha geniş və yeni təmirli mənzili qəbul etməkdən imtina etmişdir. Sonradan isə həmin əmlak qarşılıqlı iddia üzrə iddiaçının ərazidə aparılan tikinti işləri ilə əlaqədar uçmuşdur.
19. Məhkəmə müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamı, habelə digər sənədlər təşkil edir və mübahisə edilən yaşayış sahəsinin uçmamışdan öncə yerləşdiyi ərazidə mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də qanuna uyğun həyata keçirilmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin istifadəsində olmuş yaşayış sahəsinin aparılan tikinti işləri səbəbindən uçurulmuş vəziyyətə düşməsinə baxmayaraq, qarşılıqlı iddia tələbi qaldırılarkən cavabdehin evdən çıxarılmasına dair tələbin qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməzdi.
21. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalı idi.
22. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdləri n hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir.
23. Məhkəmə əlavə olaraq onu da vurğulamışdır ki, vətəndaşların istismar müddəti uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olmuş yaşayış sahəsindən köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların, hazırki iş üzrə cavabdehin daha geniş və rahat mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29, 43- cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.4, 10-cu, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü və 65-ci bəndinə, MPM-nin 14.2, 77.1, 76, 13.7, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İlkin iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehlər onunla heç bir razılığa gəlmədən yaşadığı evi və həyətyanı sahəni sökmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin kobud qanun pozuntularına yol verərək məhkəmənin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MTT(006)- 3/2022 saylı qərardadı icra etməməsinə görə cavabdeh barədə xüsusi qərardad çıxarsa da, iddia tələbini təmin etməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1244/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyevin (sədrlik ed ən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımovdan) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməyərək və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin ilk iddianın əsassız olması səbəbi ilə deyil, hazırkı mövcud vəziyyətdə iddiaçıya məxsus əmlakın əvvəlki vəziyyətdə bərpa edilməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olaraq gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 459.5-ci maddəsinə uyğun olaraq ha zırkı vəziyyətdə iddiaçıya məxsus fərdi yaşayış evinin yenidən bərpası tənasübsüz surətdə böyük xərc tələb etdiyindən və digər bir çox mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağından mümkün deyil. Buna görə də məhkəmə ilkin iddia tələbini düzgün olaraq təmin etməmişdir.
30. Məhkəmə kollegiyası qarşılıqlı iddianın qismən təmin edilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, bu hissədə qətnamə maddi hüquq normasının düzgün tətbiq edilməməsi, qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsi ilə qəbul olunmuşdur. Belə ki, Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul ə vəzi verilə bilər.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qarşılıqlı iddia tələbini qismən təmin edərkən iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı cavabdehin təqsiri nəticəsində ona məxsus fərdi yaşayış evindən məhrum olmuş, buna görə cavabdehə qarşı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğuna baxmayaraq, qarşılıqlı iddianın qismən təmin edilməsi onu bu hüquqdan məhrum edir.
32. Kollegiya hesab etmişdir ki, ilkin vəziyyətin bərpası mümkün olmadığından, iddiaçıya cavabdeh tərəfindən pul verilə bildiyindən, qarşılıqlı iddianın qismən təmin edilməsi ilə iddiaçının gələcəkdə cavabdehə qarşı zərərdən irəli gələn pul tələbi məhdudlaşdırıla bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konsti tusiyasının 12.1, 13.1, 13.3, 29.4, 43.2, Mülki Məcəllənin 5.3, 6.3, 16.1, 152.1, 152.6, 459.1, 459.5, 560.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh "xxxx" MMC (Vəkil2) kassasiya şikayəti verərək, qarşılıqlı iddia təmin edilməyən hissədə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə tərəflər arasında hər hansı müqavilə münasibətləri mövcud deyildir. Həmçinin apellyasiya instansiyası məhkəməsi nəzərdən qaçırmışdır ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya sökülmüş evin əvəzinə daha böyük ölçüdə və da ha keyfiyyətli əmlak verilməsi (zərərin əvəzinin naturada ödənilməsi) imkanı mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmiş, bununla da, mübahisənin düzgün həlli üçün son dərəcə əhəmiyyətli olan mühüm halları araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
37. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin a li məqsədidir.
38. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
40. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
41. Maddə 43, İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 5.3. Mülki hüquq münasi bətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
43. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
44. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
46. Maddə 152.6. Hüquqdan sui-isti fadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
49. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
50. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi ve rilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının qismən ləğvi xahiş edildiyinə görə məhkə mə aktı qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı olduğu üçün haqlı olaraq qarşılılqlı iddia tələbini mülkiyyət hüququnun müdafiəsini, habelə mülkiyyət hüqununun məhdudlaşdırılmasının şərtlərini tənzimləyən normalar və zərərin ödəniməsi barədə hüquq normaları əsasında təhlil etmiş və iddianı rədd etmişdir.
64. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci madd ələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
65. Nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).
66. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 67. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
68. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların mə zmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
69. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Baxılan işdə məhkəmə kollegiyası haqlı olaraq iddiaçının mülkiyyətində olan evin cavabdehin təqsiri üzündən uçması səbəbindən pozulmuş hüququnun kompensasiya ödənilmə yolu ilə səmərəli bərpa olunması mövqeyindən çıxış etməklə, qarşılıqlı iddianı rədd etmişdir.
70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalar a əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
71. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-1244/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.