Məhkəmə qərarları › İş №2(102)-3102/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3102/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3102/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı n Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı n nümayəndəsi X2, onun vəkili Mustafayev Muxtar Nağı oğlunun, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(107)171/2021 saylı qərardadından İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor ASC “Xalq” Bankı ilə borc alan Cavabdeh arasında bağlanmış 27.05.2014-cü il tarixli **********30514 N°-li kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % ödənilməsi şərtilə, 14.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərini təmin etmək məqsədilə “ASC “Xalq” Bankı ilə X6 arasında sonuncunun mülkiyyətində olan X. ünvanında yerləşən 63,7 m² ümumi, 43,3 m² yaşayış, 20,4 m² yardımçı sahədən ibarət, 3 otaqlı 11 nömrəli mənzilin ipotekaya qoyulması barədə 27.05.2014-cü il tarixli, **********30514/İM №-li ipoteka müqaviləsi bağlanmışdı r.

3. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə ASC “Xalq” Bankın nümayəndəsi iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və Qax Rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli, 2(024)-839/2017 №-li qətnaməsi ilə iddia qismən təmin edilərək, 27.05.2014-cü il tarixli, **********30514/İM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh N.B.Aydəmirova məxsus məxsus X. ünvanında yerləşən 63,7 kv.m. ümumi, 43,3 kv.m. yaşayış, 20,4 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 11 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması, 27.05.2014-cü il tarixli **********30514 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh İddiaçı qarşısında 14.000 manat məbləğində əsas borc, 27.05.2017-ci il tarixinə qədər kreditdən is tifadəyə görə hesablanmış 1.669,64 manat məbləğində adi faizlər üzrə borc məbləği, 27.05.2014-cü il tarixdən 11.07.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanmış 102,67 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 400 manat məbləğində penya, cəmi 16.172,31 manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən tutulması, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə alınması, mənzil satıldıqdan sonra orada yaşayan N.Aydəmirov, Z.Aydəmirova və A.Aydəmirova, onların ailə üzvləri və digər şəx slər bir ay ərzində mənzili tərk etmədiyi halda onların mənzildən çıxarılması qət edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 24.000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iddia tələbi «11.07.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulmasına dair» hissədə rədd edilmişdir.

4. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, icra sənədi tam icra olunmuş və icra məmurunun 03.09.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ic raat

5. İddiaçının nümayəndəsi 20.08.2019-cu il tarixli iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 27.05.2014-cü il tarixli, **********30514 №-li kredit müqaviləsi üzrə İddiaçı qarşısında kreditin verilməsi müddətinin bitdiyi 27.05.2017ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 24.08.2018-ci il tarixədək illik 6% dərəcəsi ilə hesablanmış 940,33 manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 24.08.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8.803,10 manat məbləğində penya, cəmi 9.743,43 manat pul vəsaitinin Cavabdeh İddiaçı nın xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə xərclərin cavabdehdən iddiaçının xeyr inə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli, 2(024)-839/2017 №-li qətnaməsi cavabdeh tərəfindən bir il sonra icra edilmiş, borc məbləği 11.09.2018-ci il tarixdə banka ödənilmişdir. Borc müqavilə müddəti bitdikdən uzun müddət sonra qaytarıldığına görə, bank həmin müddətdə qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Cavabdeh kredit ödənişlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq bankla kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, ödənilməsi gecikdirilməsi ilə illk 30 faiz dərəcəsi ilə hesablanan penya da ödəməli idi ki, əsas borcun tam şəkildə qaytarıldığı 24.08.2018-ci il tarixə bu məbləğ 8.803,1 0 manat təşkil etmişdir.

7. Qax Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən M.İ.Qarayev) iddia təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)-839 nömrəli, 14.10.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin 11.07.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 30 % (otuz faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh tutulması”na dair hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldikdən sonra 2018-ci il tarixdə qətnamədə göstərilən məbləğ cavabdehlər tərəfindən ödənilmiş, ASC “Xalq” Bankı tərəfindən Qax rayon İcra və Probasiya şöbəsindən həmin icra sənədi üzrə icraat xitam verilməsi barədə məktub ünvanlandıqdan sonra Qax rayon İcra və Probasiya şöbəsinin 03.09.2019-cu il tarixli qərarına əsasən icraata xitam verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) İddiaçı Bankın apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəti cə ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2(102)-3195/2020 saylı qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) İddiaçının kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-249/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

12. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməkə iddianın rədd edilməsi nəticəsinə gəlirdisə, həmin qətnamənin hazırki mübahisə üzrə preyudisial olubolmamasını araşdırmalı və MPM-ni n 82-ci maddəsinə uyğun olaraq, qətnaməyə bu kontekstdən qiymət verməklə mübahisəni həll etməli idi. Lakin həmin qətnamənin mübahisəyə münasibətdə preyudisiallığına qiymət verilmədən iddia rədd edilmişdir. Qeyd edilən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyət daşımaması müəyyən edilərsə, hazırki mübahisənin təmin və ya rədd əsasları da müstəqil əsaslar kimi qiymətləndirilməlidir.

13. Başqa tərəfdən, həmin qətnamənin eyni tərəf,eyni predmet və eyni əsas üzrə olmasını qəbul edirdisə, belə olan halda da birinci intansiya MPM-in 261.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi məsələsini müzakirə etməliydi.

14. Birinci instansiya məhkəməsi Qax Rayon Məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsinin hazırki iddia tələbinə hər hansı formada preyudisiall ığına qiymət vermədən, yalnız həmin qətnamənin mövcudluğuna əsaslanaraq iddianı təmin etməməklə səhv nəticəyə gəlmiş, apelyasiya instansiyası da apelyasiya şikayətində xüsusi vurğulanan bu dəlilə qiymət verməmiş, bunu diqqətdən qaçırmaqla, səhv nəticəni təkrarlamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(107)-171/2021 saylı qərardadı ilə (hakimlər V.İ.Məlikov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və E.Ş.Hüseynov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı nın Cavabdeh qarşı “27.05.2014-cü il tarixli **********30514 №-li kredit müqaviləsi üzrə İdd iaçı qarşısında kreditin verilməsi müddətinin bitdiyi 27.05.2017-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 24.08.2018- ci il tarixədək illik 6% dərəcəsi ilə hesablanmış 940,33 manat məbləğində əldən çıxmış fayda (zərər) və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 24.08.2018-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 8.803,10 manat məbləğində penya, cəmi 9.743,43 manat pul vəsaitinin Cavabdeh İddiaçı nın xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Qax Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(024)-514/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən istinad etdiyi normanı hazırkı işə münasibətdə düzgün tətbiq etməmi şdir. Qeyd edilən normanın düzgün tətbiqi üçün öncə iddianın tərəfləri, iddianın predmeti və iddianın əsasları kimi iddianın vacib elementlərinə qanunvericiliklə və hüquq nəzəriyyəsində necə anlayış verilməsinə diqqət yetirmək vacibdir. Apelyasiya instansiyası məhkəməsi hər iki iş üzrə cavabdeh tərəflərin fərqli olmasına diqqət yetirməmiş, bununla da kobud səhvə yol vermişdir. İddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş və Qax Rayon Məhkəməsinin 2(024)-839 nömrəli,14.10.2017-ci il tarixli qətnaməsinin çıxarılması üçün əsas olmuş iddia ilə hazırki iş üzrə iddianın predmetinə nəzər saldıqda da görünür ki, ilkin halda iddiaçı «Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini» xahiş etmişdir. Buna müvafiq olaraq işə baxmış Qax Rayon Məhkəməsi 2(024)-839 nömrəli, 14.10.2017-ci il tarixli qətnamə ilə 11.06.2008-ci il tarixli, **********08 saylı kredit müqaviləsi üzrə borc alanın (hazırki iş üzrə cavabdehin) kreditor qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə ipoteka qoyan X3 məxsus mənzilə tutma yönəldilməsini qət etmişdir. İddiaçının hazırkı iddiasının predmetinə nəzər saldıqda isə onun «Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması”nın təşkil etdiyi açıq-aşkar görünür. Apelyasiya instansiyası məhkəməsinin iddialarda predmetin eyniliyi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 07 iyun 1996-cı il tarixli, 02 saylı qərarı ilə də ziddiyyət t əşkil edir. Qeyd edilən qərarda göstərilir ki, iddialarda predmetin eyni olması dedikdə, iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbin bir məzmunda olması nəzərdə tutulur. Göründüyü kimi, bankın ilk iddia tələbi ilə sonrakı iddia tələbi eyni məzmunda olmamaqla yanası, eyni tərəflər arasında da deyil. Hər iki iddia tələbində həm tərəflər, həm əsaslar, həm də iddianın predmetləri tamamilə fərqlidir. Qeyd edilənləri və bankın həm kredit müqaviləsinə, həm də qüvvədə olan qanunvericiliyə görə hazırki məhkəmə işi üzrə borc məbləğinin borc alandan tələb etmək hüququnun mövcud olduğunu nəzərə alaraq hesab edilir ki, bankın hazırkı iddia tələbləri qanunauyğun və əsaslıdır. Lakin apelyasiya instansiyası məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, iddiaçı tərəfindən tələbinin əsaslılığını təsdi q edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, bankın iddiasını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, işə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası düzgün qənaətə gəlmiş, apelyasiya şikayətini qismən təmin etmiş, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, tam düzgün olaraq Qax Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(024)514/2019 nömrəli qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası gəldiyi əsasları düzgün tətbiq etmiş, hər hansı bir maddi və prosessual hüquq normalarını pozmamışdır. Kassa siya şikayəti verərən tərəf, yəni İddiaçı nın kassasiya şikayətində göstərdiyi əsaslar sadəcə olaraq mülahizələrə istinad edilməklə yazılmışdır. Eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə bağlı Azərbaycan Respublikası MPMnin 82.1 və 82.3-cü maddələri tətbiq edilməklə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X4 və vəkili Mustafayev Muxtar Nağı oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

21. Məhkəmə iclasında Cavabdeh vəkili Cavabdeh kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

22. Mə hkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 23. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsi Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq ol unması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа xitаm verir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 25.MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiy a şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Baxılan iş üzrə MPM-in 261.0.2-ci maddəsinə və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni nəticəyə gəlmişdir.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(107)171/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar