Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3103/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 xoğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və sair” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-131/2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 xoğlu, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank “xxxx” ASC iddia ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin Gənclik filialı ilə cavabdehlər Cavabdeh1 xoğlu və Cavabdeh2 arasında bağlanmış 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 15.09.2017-ci il tarixinə olan 47172,87 manat əsas borc, 3127,36 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun, ümumilikdə 50300,23 manat və 60,40 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 xoğlundan və Cavabdeh2 iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutu lması, cavabdehlər Cavabdeh1 xoğlu və Cavabdeh2 ilə bağlanan 18.03.2014-cü il tarixli, 452/ZBGF/l saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 xoğluna məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 xoğlundan və Cavabdeh2 tutulması, cavabdehlərin ipotekaya qoyduğu fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə bağlı fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş et mişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Gənclik filialı ilə cavabdehlər Cavabdeh1 xoğlu və Cavabdeh2 arasında bağlanmış 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 xoğlu və Cavabdeh2 18.03.2014-cü il tarixdə “xxxx” ASC-nin Gənclik filialı və satıcı X6 ilə 452/ZBGF/l saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Əraz i İdarəsi tərəfindən verilmiş 14.01.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən 4 otaqlı, ümumi sahəsi 310,1 kv.metr, o cümlədən yaşayış sahəsi 141,6 kv.metr olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 14.01.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən satıcıya məxsus olmuşdur. Fərdi yaşayış evinin satış qiyməti 80000 manat olmuş, evin dəyərinin 30000 manatı Alıcı-İpotekaya qoyanın özü tərəfindən, 50000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kr edit müqaviləsinə əsasən Alıcıİpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcı-İpoteka qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya vermişdir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 410 manat 21 qəpik məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablan mış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 15.09.2017-ci il tarixinə hesablanmış və ödənilməmiş borcunun məbləği 47172,87 manat əsas borc, 3127,36 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında b ildirişin qeydə alınması üçün ödənilmiş rüsum, ümumilikdə 50300,23 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə X3 Palatasının qərarına əsasən “xxxx” açıq səhmdar cəmiyyətinin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank “xxxx” ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC-nin xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxxx” ASC-nə təhkim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elman Məmmədov) 07 dekabr 2017-ci il tarixli, 2(060)-14834/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-nin Gənclik filialı ilə cavabdeh lər Cavabdeh1 xoğlu və Cavabdeh2 arasında bağlanmış 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsi üzrə 47172,87 manat əsas borc, 3127,36 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun, ümumilikdə 50300,23 manat və 60,40 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 xoğlundan və Cavabdeh2 birgə qaydada iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışında n əldə olunacaq pul vəsaiti hesabına ümumilikdə 50300,23 manat kredit borcunun və 60,40 manat dövlət rüsumunun iddiaçı Bank “xxxx” ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Məmmədovsədrlik edən və məruzəçi, Zaur Məmmədov və Aqil Abbasov) 12.12.2019-cu il tarixli 2(105)131/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 xoğlunun apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(060)-14834/2017 nömrəli qətnaməsi Cavabdeh1 xoğlunun apelyasiya şikayəti üzrə qismən, faiz borcuna aid hissədə dəyişiklik edilmiş, cavabdehlər Cavabdeh1 xoğlu və Cavabdeh2 Bank “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 2980,32 (iki min doqquz yüz səksən manat 32 qəpik) manat fa iz borcunun tutulması, ipoteka predmeti olan Cavabdeh1 xoğluna məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi həll edilmişdir. Cavabdehlər Cavabdeh1 xoğlu, Cavabdeh2 və onların vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2019-cu il tarixli qətnaməsinin faiz borcu və evin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kasasiya şikayətinin dəlilləri: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mühasibatlıq ekspertiza sı düzgün aparılmamış, kredit borcu üzrə ödənilmiş məbləğin böyük hissəsi faizə silinmiş, beləliklə də həm əsas, həm də faiz borcu şişirdilmişdir. Məhkəmə zamanı keçirilmiş qiymətləndirmə nəticəsində evinin qiyməti torpaq sahəsi də daxil olmaqla cəmi 90.000 manat qiymətləndirilmiş və məhkəmə də bunu qəbul etmişdir. Qiymətləndirmə barədə sənədlərdən görünür ki, qiymətləndirici həm evin, həm də evin yerləşdiyi torpaq sahəsinin birlikdə qiymətləndirilməsi zamanı səhvə yol vermişdir. Qiymətləndirici onun 310,1 kv.metr sahəsi olan evinin hər km.metrini 210 manatdan hesablamaqla yuvarlaq olaraq evin qiymətinin 90.000 manat olmasını müəyyən etmişdir. Son qiymət olaraq da 90.000 manat müəyyən etmişdir. Məhkəmə də qətnaməsində göstərmişdir ki, 0,10 ha torpaq sahəsi üzərində olan sahəsi 310,1 kv.met r olan yaşayış evinin qiyməti 90.000 manat müəyyən edilmişdir və məhkəmə də bu hesabata əsasən evin ilkin satış qiymətini 90.000 manat müəyyən etmişdir. Lakin bu zaman məhkəmə diqqət yetirməmişdir ki, evin dəyərini 90.000 manat müəyyən edən qiymətləndirici, 0,10 ha torpaq sahəsinin dəyərini ümumi dəyərə əlavə etməmişdir. Hansı ki, Saray qəsəbəsində onun evi yerləşən ərazidə torpaq sahəsinin bir sotu 8000-10000 civarında dəyişir. Hesabatda da bu qeyd edilmişdir, amma yekun dəyərə əlavə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qiymətləndirmə hesabatını tam, obyektiv və hərtərəfli araşdırmamış, bu səhvi aşkar etməmiş və hesabatın nəticə hissəsini əsas götürərək evinin və torpaq sahəsinin ümumi dəyərini elə 90.000 manat müəyyən etmişdir. Bu isə prosessual cəhətdən düzgün olmamışdır. Proses sual məsələlər: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdehin kasasiya şikayətinin dəlilləri ipotekanın satış qiyməti və faiz borcunun məbləğinin düzgün müəyyən edilməməsi barədə olduğundan kasasiya baxışının hədlərini həmin hissələrin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Gənclik filialı ilə bağlanmış 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xoğluna və Cavabdeh2 252 ay müddətinə illik faiz dərəcəsi 8 faiz olmaqla, 50000 manat məbləğində kredit verilmişdir. Kreditor-İpoteka saxlayan “xxxx” açıq səhmdar cəmiyyətinin Gənclik filialı ilə Alıcı-İpoteka qoyan Cavabdeh1 xoğlu, satıcı X6 və birgə borc alan Cavabdeh2 arasında bağlanmış 18.03.2014cü il tarixli, 452/ZBGF/1 saylı yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X1 rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsi, 97 ünvanında mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini Cavabdeh1 xoğlunun mülkiyyətinə vermiş, evin satış qiyməti 80.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 30.000 manatı Cavabdeh1 xoğlu tərəfindən, 50.000 manatı isə “xxxx” açıq səhmdar cəmiyyəti tərəfindən 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xoğluna verilmiş kre dit vəsaiti hesabına ödənilmiş, mənzil 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi “xxxx” açıq səhmdar cəmiyyətinə ipotekaya verilmişdir. 22 iyul 2016-cı il tarixdə X3 Palatasının qərarına əsasən “xxxx” açıq səhmdar cəmiyyətinin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank “xxxx” ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC-nin xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxxx” ASC-nə təhkim edilmişdir. Bank 18.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xoğlunun 15 sentyabr 2017ci il tarixə yaranmış əsas kredit borcu 47172,87 manat, faiz borcu 3127,36 manat, cəmi borcu 50300,23 manat borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 05 mart 2019-cu il tarixli, 17117 saylı rəyindən görünür ki, Cavabdeh1 xoğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış və 18 mart 2014-cü il tarixli 452/ZBGF saylı kredit müqaviləsinin əsas götürülməklə Cavabdeh1 xoğlunun 15 sentyabr 2017-ci il tarixinə Bank “xxxx” açıq səhmdar cəmiyyətinə olan borcu ümumilikdə 50.153.19 manat məbləğində, o cümlədən əsas borc üzrə 47172,87 manat, faiz borcu üzrə 2980,32 manat müəyyən edilir. “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin 07 noyabr 2019-cu il tarixli, M168/19 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 xoğluna məxsus ünvan 2 ünva nında yerləşən ümumi sahəsi 310,1 kv.metr olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 90.000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, bank 18.03.2014-cü il tarixli, 452/ZBGF saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xoğlu və Cavabdeh2 3127,36 manat faiz borcu tələb etsə də, məhkəmə ekspertiza rəyi ilə həmin məbləğ 2980,32 manat müəyyən edilmişdir. Buna görə də, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcu hissəsində dəyişmiş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən qətnamədə ipoteka yönəldilən əmlakın ilkin satış qiyməti göstərilmədiyindən, apelyasiya məhkəməsi müvafiq qiymətləndirmə rəyi almaqla həmin əmlakın ilki n satış qiymətini 90.000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən həmin müqavilələrdən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya məhkəməsi tərəfindən alınmış müstəqil qiy mətləndirmə rəyinə əsasən Cavabdeh1 xoğluna məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 90.000 manat müəyyən edilmişdir. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və qeyd edir ki, həm kredit üzrə hesablanmış faizlərin məbləğ, həm də ipotekanın satış qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Həmin hesablamanın və qiymətin düzgün olmaması barədə kassator məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqa yisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmçinin qiymətləndirmə ekspertizası rəyinin tədqiqat hissəsindən görünür ki, ipoteka predmetinə qoyulmuş 90.000 manat məbləğin 65.121 manat hissəsi sahəsi 310,1 kv.m təşkil edən yaşayış evinə, qalan hissə isə 0,10 ha torpaq sahəsinə qoyulmuşdur. Çünki həmin ərazidə torpaq sahəsinin 1 sotunun qiyməti 2000-3000 arasında dəyişmişdir. Məhkəmə kollegiyası kasasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edi r ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bun a görə də kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-131/2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3103/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3103/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver