Məhkəmə qərarları › İş №2(102)-3103/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3103/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3103/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, iddia qiymətinin beş min manatdan az olması, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı “kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-6385/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi, İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Yasamal Rayon İcra Şöbəsinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq 160000 ABŞ dollarının illik beş faizi olaraq üç illik müddət (2016-cı ilin avqust ayından 2019-cu ilin avqust ayına olan müddət) nəzərə alınmaqla 24000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manata məzənnəsinin və məcburi icra tədbiri olaraq borcun könüllü ödənilmədiyindən borcluların adına olan üzərinə həbs qoyulmuş 5 ədəd əmlakın "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilməsinə 2100 manat, hərracdan alınan avtomobilin hərrac xərcləri olan 1250 manat, avtomobilin açarları və idarəetmə aparatı (pultu) ona verilmədiyi üçün onların yenisinin hazırlanmasına 324 manat, borc əvəzi təqdim olunmuş iki ədəd xalçanın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə ödədiyi cəmi 800 manat olmaqla ümumilikdə 4474 manat pulun və 30 manat dövlət rüsumu əvəzinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 və Bakı Şəhər Yasamal Rayon İcra Şöbəsindən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməs i ilə (hakim O.Məmmədli, iş № 2(004)-169/2021) iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 90 (doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsinin İddiaçı aid edilməsi, qalan 20 (iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev, iş № 2(103)-6385/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Mə hkəməsinin 17.02.2021-ci il tarixli, 2(004)-169/2021 saylı qətnaməsinin iddianın təmin olunmayan “qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı 4474 manat xərcin tutulması” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərc kimi ödənilmiş 4474 (dörd min dörd yüz yetmiş dörd) manat pul tutularaq İddiaçı ödənilməsi, qətnamənin İddiaçı apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-6385/2021 nömrəli qətnaməsinin qismən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(004)-169/2021 saylı qətnaməsinin iddianın təmin olunmayan “qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı 4474 manat xərcin tutulması” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərc kimi ödənilmiş 4474 (dörd min dörd yüz yetmiş dörd) manat pul tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və komme rsiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüq uqu olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində ka ssasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən Cavabdeh1 ilə Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq 160000 ABŞ dollarının illik beş faizi olaraq üç illik müddət (2016-cı ilin avqust ayından 2019-cu ilin avqust ayına olan müddət) nəzərə alınmaqla 24000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manata məzənnəsinin və məcburi icra tədbiri olaraq borcun könüllü ödənilmədiyindən borcluların adına olan üzərinə həbs qoyulmuş 5 ədəd əmlakın "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilməsinə 2100 manat, hərracdan alınan avtomobilin hərrac xərcləri olan 1250 manat, avtomobilin açarları və idarəetmə aparatı (pultu) ona verilmədiyi üçün onların ye nisinin hazırlanmasına 324 manat, borc əvəzi təqdim olunmuş iki ədəd xalçanın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə ödədiyi cəmi 800 manat olmaqla ümumilikdə 4474 manat pulun pulun ödənilməsini tələb etmişdir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən xərclər ilə yanaşı tələb qismən təmin olunaraq 90 manatın, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə cavabdehlərdən müştərək qaydada əlavə olaraq 4474 manatın tutulması qət olunmuş, qalan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, həmin tələb isə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Ali Məhkəmənin Mülki kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(102 )-1886/2022 nömrəli qərardadı ilə qeyd olunan mülki iş üzrə kassasiya şikayəti mübahisələndirilən məbləğ 5000 manatdan az olduğundan geri qaytarılmışdır. Qeyd olunan qətnamədən təkrar eyni məzmunlu kassasiya şikayəti 23 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Hətta icraatın mümkün olması halında işin kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətinin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilədi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəfindən təmin olunması müəyyən edilmir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azər baycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-6385/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar