Məhkəmə qərarları › İş №2(102)-3104/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3104/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3104/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli 2(105)-568/2019 nömrəli qətnaməsindən İddiaçı-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 772,51 ABŞ dolları əsas və 720,05 ABŞ dolları faiz borcunun, cəmi 1492,56 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 11 mart 2014-cü il tarixli mikro-biznes krediti müqaviləsinə əsasən bank həmin cavabdehə 18 ay müddətinə, illik 30 % olmaqla 2500 ABŞ dolları kredit vermişdir. Hazırda Cavabdeh1 "Ödəniş cədvəlinə" əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh1 ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Həmçinin digər Cavabdeh2 (zamin) həmin kredit sazişinin 3-cü bəndinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 772,51 ABŞ dolları əsas və 720,05 ABŞ dolları faiz borcunun, cəmi 1492,56 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin (hakim İsgəndər H acıyev) 10 sentyabr 2018-ci il tarixli, 2(068)120/2018 saylı qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 772,51 ABŞ dolları əsas və 720,05 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1492,56 ABŞ ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 03.12.2019-cu il tarixli 2(105)-568/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilərək, iş üzrə Xızı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(068)-120/2018 saylı qətnaməsi qismən, əsas borcun tutulması hissəsində və zaminə münasibətdə dəyişdirilsin, əsas borc 762,02 ABŞ dolları müəyyən edilmiş, Cavabdeh2 zaminliyinə xitam verilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi həll edilmişdir. İddiaçı-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunmuşdur. Belə ki, Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış 11.03.2014-cü il tarixli kredit şərtləri müqaviləsində qeyd edilmişdir ki, “Müqavilə, tərəflərin imzaları ilə təsdiq edildiyi and an hüquqi qüvvəyə minir və əsas öhdəlik üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür.” Tərəflərin qəbul etdiyi “kredit şərtləri” müqaviləsindən göründüyü kimi zaminlər “Kredit Şərtləri” müqaviləsi qüvvədən düşənə qədər, yəni borc tam ödənilənə qədər məsuliyyət daşıyırlar. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh2 vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə baxışının hədləri apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslığının iddiaçının kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılması təşkil edir. Kassator kassasiya şikayətində yalnız qətnaməsinin zaminliyə xitam verilməsi hissəsi ilə razılaşmadığı barədə dəlillər irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçı kassasiya şikayətində iddianın təmin edilməmiş hissəsi, yəni zaminliyə xitam verilməsi hissəsindən narazı qalaraq kassasiya şikayəti verdiyindən, qətnamənin qanuniliyi həmin hissədə yoxlanılır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halla rından görünür ki, borclu Cavabdeh1, zamin Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 11 mart 2014-cü il tarixli mikro-biznes krediti müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə, illik 30 % olmaqla 2500 ABŞ dolları kredit vermiş, zamin isə kredit öhdəliyinin icrasına zamin durmuşdur. Cavabdeh1 ilə kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək banka borcunu tam ödəmədiyindən borclu və zaminə qarşı iddia qaldırılmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə kredit müqaviləsinin müddəti 11 sentyabr 2015-ci il tarixdə bitmiş, bank isə zaminə qarşı məhkəməyə iddia ilə 21 iyun 2018-ci il tarixdə, yəni sazişlə müəyyən edilmiş müddət bitdikdən 3 ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etm işdir ki, Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən qətnamə qətnaməsi qismən – zaminliyə xitam verilməsi hissəsində ləğv edilərək, iddia zaminə aid hissədə rədd edilməlidir. Belə ki, Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsul iyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci, 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməsi əsasları nəzərdə tutulmuşdur: -477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müdd ət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 3 tərəfli kredit müqaviləsindən görünür ki, kredit üzrə öhdəliklərin icrası müddəti 18 ay müəyyən edilmiş, həmin müqavilədə ayrıca zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. İddiaçı kassasiya şikayətində 11.03.2014-cü il tarixli kredit şərtləri müqaviləsinə(8.1) istinad edərək qeyd etmişdir ki, müqavilə, tərəflərin imzaları ilə t əsdiq edildiyi andan qüvvəyə minir və əsas öhdəlik üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin tam icra olunduğu andan qüvvədən düşür. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, əvvəla iddiaçının istinad etdiyi 11.03.2014-cü il tarixli kredit şərtləri müqaviləsi iş materiallarına əlavə edilməmişdir. İkincisi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (i mperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən normaların tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, istinad olunan bu şərt zaminliyin verilmə müddətinin müəyyən edilməsi kimi hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, bu əsasla zaminə qarşı iddianın rədd edilməsi barədə deyil, zaminliyə xitam verilməsi barədə qətnamə qəbul etməklə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir…. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli h əllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə prossesual hüquq normalarının tələbləri pozulduğuna görə Cavabdeh2 zaminliyinə xitam verilməsi hissəsində ləğv edilməli, həmin hissədə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən yeni qərar qəbul edilərək, bankın cavabdeh Cavabdeh2 qarşı iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli 2(105)-568/2019 nömrəliqətnaməsi qismən – zaminliyə xitam verilməsi hissəsində ləğv edilsin. İddiaçı-nin Cavabdeh2 qarşı iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar