Məhkəmə qərarları › İş №2(102)-3108/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3108/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3108/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-194/2025 nömrəli 29 avqust 2025 -ci il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 9 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv. metr olan, 173 saylı mənzilə çəkdiyi təmir-tikinti xərcləri ilə bağlı iddiaçıya dəymiş 90.000 ABŞ dolları miqdarında ziyanın Firuzə Heydərovanın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra, iddiaçı Firuzə Heydərovanın nümayəndəsi və vəkili Vək il1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv. metr olan, 173 saylı mənzilə çəkdiyi təmir-tikinti xərcləri ilə bağlı ona dəymiş 90.000 manat miqdarında ziyanın, habelə iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpasını təmin etmək məqsədilə 5.000 manat məbləğində hüquqi yardım xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bundan sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 50.000 manat məbləğində maddi zərərin, 10.000 manat dəyərində mənəvi zərərin, ödənilmiş 271 manat dövlət rüsumunun, ümumilikdə 60.271 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-76/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 68.212,2 manat məbləğində pulun və hüquqi yardıma görə ödənilmiş 2.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın isə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat pulun Cavabdeh, ödənilmiş dövlət rüsumlarının isə tərəflərə aid edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

5. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ayrı ayrılıqda apellyasiya şikayətləri vermişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-194/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Günay Axundova) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi tutulan məbləğin həcmi hissəsində dəyişdirilmiş, Cavabdeh mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 50.047,56 manat pul un tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir.

7. Qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

8. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-194/2025 nömrəli, 6 avqust 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti dövlət rüsumunun qanunla müəyyən edilmiş həddən az ödəni lməsi əsası ilə geri qaytarılmışdır.

10. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) dövlət rüsumunun kəsirini ödədikdən sonra qətnamədən təkrarən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti vermiş, kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə əlavə etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, o, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun məbləğini qanunvericiliyin tələblərinə uyğun şəkildə tam ödəməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödəmişdir. Hal-hazırda dövlət rüsumu tam ödənilmişdir və bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmışdır. Odur ki, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin üzrlü səbəblərə görə bura xılmasını nəzərə alaraq, müddətin bərpa edilməsini və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-194/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizə təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf ilk dəfə kassasiya şikayəti vermək üçün müəyyən edilmiş 2 ay müddətin yalnız son gününə 1 gün qalmış xx.xx.2025-ci il tarixində kassasiya şikayəti vermiş və dövlət rüsumu ilə bağlı yanlışlığa yol vermişdir. Həmçinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadla müəyyən edilmiş müddət ərzində də rüsumu öd əməklə şikayət verməmiş yalnız qərardad qanuni qüvvəsini aldıqdan 4 gün sonra müraciət etmişdir.

14. Həmçinin ərizəçi kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı mübahisələndirməməklə faktiki olaraq müddətin ötürüləcəyini nəzərə almalı idi. Bu halda ərizəçi müddətin ötürülməsinin üzrlü səbəbdən baş verdiyini sübut etməlidir. Lakin cavabdehin vəkili və nümayəndəsi öz ərizəsində prosessual müddətin buraxılmasının üzrlü sayılmasına əsas verə biləcək konkret halları qeyd etməmiş, sadəcə olaraq dövlət rüsumunun çatışmayan məbləğini ödənilməklə yenidən kassasiya şikayəti verməsini göstərmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili prosessual müddətin bərpası üçün hər hansı bir sübut təqdim etməmiş sadəcə olaraq müddətin ötürülməsini formal mülahizələrl ə əsaslandırmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 133.1 və 408.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qərardaddan cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 16 may 2025-ci il tarixli qətnaməsindən vaxtında kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə 140 manat məbləğində dövlət rüsumun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Cavabdeh tərəfindən dövlət rüsumun 271 manat məbləğində ödənilməsi barədə məlumatı Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 2(103)2708/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından əldə etmişdir. Həmin 271 manatın 50% - 140 manat təşkil edir. Bu səbəbdən 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə dövlət rüsumun məbləğinin az miqdarda ödənilməsi səbəbindən kassasiya şikayəti geri qaytarılmışdır. Sonradan əlavə olaraq 40 manat dövlət rüsumu ödənilmiş və yenidən kassasiya şikayəti verilmişdir. Lakin artıq kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından müddətin bərpası barədə ərizə əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpa edilməsi barədə əri zə təmin edilməmişdir. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsi təqdim olunan sübutlara düzgün qiymət verməmiş, işin həqiqi hallarına uyğun olaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Cavabdeh həyat yoldaşı X1 xx.xx.2025-ci il tarixində vəfat etməsi və özünün səhhətinin ağırlaşması üzrlü səbəb hesab edilir. Buna baxmayaraq, kassasiya şikayəti vaxtında verilmişdir. Lakin dövlət rüsumun məbləğində yanlışlığa yol verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

19. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

20. Maddə 10-1.2. Məhkəmə və proses iştir akçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

21. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhk əmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

26. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

27. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

28. Maddə 408.1.4. Kassasiya şikayəti bu kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

29. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 417.1.4. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən qərardad tam mübahisələndirildiyindən, həmçinin qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunması xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası iş materiallarını kassasiya şikayətini dəlillərinə əsasən araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya insatnsiyası məhkəməsinin 29 avqust 2025-ci il tarixli qərardadı ləğv edilərək, iş yeni apellyasiya məhkəməsinin 16 may 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) ərizəsi təmin olunaraq prosessual müddət bərpa edilməli, iş üzrə sonrakı prosessual hərəkətlər icra edilməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olsa da, Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət verilməsi müddətidir. Məhkəmə aktının yuxa rı instansiya məhkəmələrində mübahisələndirilməsi hüququ hüdudsuz deyil və bu hüquq qanunla nəzərdə tutulmuş yuxarıda göstərilən tədbirlərlə məhdudlaşdırıla bilər ki, hazırkı işdə də bu hal prosessual müddətin ötməsi ilə bağlı olmuşdur. Eyni zamanda mülki prosessual qanunvericilik ötürülmüş müddətin bərpası imkanını da nəzərdə tutmuşdur ki, bu da müvafiq vəsatətin verilməsi yolu həyata keçirilir.

38. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin 16 may 2025-ci il tarixli qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən həmin qətnamədən kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 ay müddətində, yəni xx.xx.2025-ci il tarixdə verilərə k elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 6 avqust 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti dövlət rüsumunun qanunla müəyyən edilmiş həddən az ödənilməsi əsası ilə geri qaytarılmışdır. Qərardad xx.xx.2025-ci il tarixdə Cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir.

39. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 dövlət rüsumunun kəsirini ödəməklə qətnamədən təkrarən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti vermiş, kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə əlavə etmişdir. Ərizədə müddətin ötürülməsinin əsası kimi müraciət olunan vaxtda dövlət rüsumunun tam ödənilməsi, bu səbəbdən kassasiya şikay ətinin verilməsi üçün müəyyən olunmuş müddətin buraxılması qeyd olunmuş, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin üzrlü səbəblərə görə buraxılmasını nəzərə alaraq, müddətin bərpa edilməsi xahiş olunmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi 29 avqust 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəni təmin edilməmiş, lakin eyni zamanda MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayətini qaytarmalı olduğu halda bunu etməmişdir.

41. Belə ki, Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayəti kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, Məcəllənin 408.1.4-cü maddəsinə əsasən isə müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

42. Həmin Məcəllənin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

43. Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdeh tərəf ilk dəfə kassasiya şikayəti vermək üçün müəyyən edilmiş 2 ay müddətin yalnız son gününə 1 gün qalmış xx.x x.2025-ci il tarixində kassasiya şikayəti vermiş və dövlət rüsumu ilə bağlı yanlışlığa yol vermiş, həmçinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadla müəyyən edilmiş müddət ərzində də rüsumu ödəməklə şikayət verməmiş yalnız qərardad qanuni qüvvəsini aldıqdan 4 gün sonra müraciət etmişdir. Həmçinin ərizəçi kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı mübahisələndirməməklə faktiki olaraq müddətin ötürüləcəyini nəzərə almalı idi. Bu halda ərizəçi müddətin ötürülməsinin üzrlü səbəbdən baş verdiyini sübut etməlidir. Lakin cavabdehin vəkili və nümayəndəsi öz ərizəsində prosessual müddətin buraxılmasının üzrlü sayılmasına əsas verə biləcək konkret halları qeyd etməmiş, sadəcə olaraq dövlət rüsumunun çatışmayan məbləğini ödənilməklə yenidən kassasiya şikayəti verməsini göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili prosessual müddətin bərpası üçün hər hansı bir sübut təqdim etməmiş sadəcə olaraq müddətin ötürülməsini formal mülahizələrlə əsaslandırmışdır.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyasının bu mövqeyi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

46. Qanunvericiliyin apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən şikayət verilməsi üçün 2 ay müddət müəyyən etməsi şikayət verən şəxsin həmin müddətlər daxilində istənilən gün, hətta müddətin sonuncu günü saat iyirmi dördə qədər şikayət verməsinə imkan yaradı r.

47. O da nəzərə alınmalıdır ki, prosessual hərəkətlər Mülki Prosessual Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. (Mülki Prosessual Məcəllə, maddə 128.1)

48. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən şikayət verilməsi üçün nəzərdə tutulan 2 aylıq müddət qanunla müəyyən edilən müddətdir.

49. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətini birinci dəfə qanunla müəyyən edilmiş 2 ay müddət ərzində vermiş, dövlət rüsumunun az ödənilməsi ilə bağlı nöqsan aradan qaldırıldıqdan sonra, MPM-nin 408.5-ci maddəsinə uyğun olaraq yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadla, cavabdehin müəyyən edilmiş müddət ərzində də rüsumu ödəməklə şikayət verməməsi, yalnız qərardad qanuni qüvvəsini aldıqdan 4 gün sonra müraciət etməsini qeyd etməsi, lakin kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəni təmin edilmədiyi halda, kassasiya şikayətini geri qaytarmaması, şikayətin məhkəmə tərəfindən qəbul edilməsi anlamına gəlir ki, bu halda yaranmış ziddiyyət üzürlü hal kimi müraciət edən şəxsin xeyrinə həll edilməlidir.

51. Prosessual qanunvericilik (MPM 133.1) məhkəməyə qanunla müəyyən edilmiş müddətin buraxılma səbəblərinin üzrlü saymaq səlahiyyəti versə də, həmin üzrlü halların dairəsini müəyyən etməmiş, bunu məhkəmənin öhdəsinə buraxmışdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən qətnamədən kassasiya şikayəti ilk dəfə qanunla müəyyən edilmiş 2 ay müddətində, yəni xx.xx.2025-ci il tarixdə verilərək elektron kabinetə yerləşdirildiyindən, həmçinin dövlət rüsumunun kəsirinin ödənilməsindən sonra kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə apellyasiya məhkəməsi tərəfindən təmin edilmədiyi halda, kassasiya şikayətinin geri qaytarılmaması, ağlabatan mühakimə əsasında cavabdehi (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti vermək imkanından məhrum edən hal kimi qiymətləndirilə bilər, bu baxımdan həmin halın üzrlü sayılmaması məqsədə müvafiq hesab edilməlidir. Belə olan təqdirdə, məhkəmə kollegiyası işi yeni apellyasiya baxışına gönd ərmədən, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında belə qənaətə gəlir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) müddətin bərpası barədə ərizəsi təmin edilməlidir.

53. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə ape llyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) vəsatəti təmin edilməli, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa olunmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-194/2025 nömrəli 29 avqust 2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-194/2025 nömrəli 16 may 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunsun və prosessual müddət bərpa edilsin. İş üzrə sonrakı prosessual hərəkətlər icra edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar