Məhkəmə qərarları › İş №2(102)-3109/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3109/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3109/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-606/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 xx.xx.2021-ci il tarixdə Cavabdeh məxsus etibarnamə olmadan idarə etdiyi X10 1840LS yük markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı, Schmitz markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobillə, Bakı şəhəri Xocasən yolunun 12-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus və etibarnamə əsasında X4 tərəfindən idarə olunan Mercedes Benz E200 CDİ minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sonuncu da, qarşıda eyni istiqamətdə olan X3 idarə etdiyi Toyota Rav-4 minik markalı, **UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. 2. xx.xx.2021-ci il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X5 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün İXP ******* nörməli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

3. «Skaz Autohouseun” MMC-nin xx.xx.2021-ci il tarixli təmir aktına əsasən hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə ümumilikdə 10218 manat məbləğində ziyan dəymişdir.

4. Dəymiş ziyandan 2683.50 manat məbləği sığortaçı "xxxx" ASC tərəfindən, 700 manatı isə cavabdehin atası tərəfindən, ümumilikdə isə 3383.50 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. İşin bu halı iş üzrə tərəflərin etirafedici izahatları ilə öz təsdiqini tapmışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaç ı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, törədilmiş avtoqəza nəticəsində ona məxsus «Mersedes Benz E200 CDİ» minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 10.218 manatın, qəzanın törədildiyi gündən indiyə qədər maşının təmir edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 manatın, vəkilə ödənilmiş 160 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 mart 2021-ci il tarixdə saat 15:40 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 12-cı kilometrində X5 etibarnamə olmadan idarə etdiyi Cavabdeh məxsus «X11 1840LS» yük markalı **-SH*** dövlət qeydiyyat nişanlı SCHMİTZ markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb yol hərəkəti qaydasını pozaraq qarşıda eyni istiqamətdə hərəkət edən onun mülkiyyətində olan X2 idarə etdiyi Mersedes Benz E200 CDİ minik markalı **MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbədən Mersedes Benz E200 CDİ miniki markalı avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi Toyota Rav-4 minik markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə avtomobillər əzilmişlər. Bu avtoqəza nəticəsində onun mülkiyyətində olan Mersedes Benz E200 CDİ minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil xeyli əzilmiş və ona külli miqdarda maddi zərər dəymişdir. “SKAZ Autohouse” Servisi tərəfindən verilmiş təmir aktına əsasən avtoqəza nəticəsində ona məxsus olan «Mersedes Benz E200 CDİ» minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər, ehtiyat hissələri və təmir xərcləri birlikdə 10218 manat təşkil edir. Hadisənin 29 mart 2021-ci il tarixdə baş verməsinə baxmayaraq cavabdeh indiyə qədər ona məxsus nəqliyyat vasitəsini təmir etdirməmiş və ya təmir xərclərini ödəməmişdir ki, bunun da nəticəsində o, 3000 manat əlavə zərərə düşmüşdür. Keyfiyyətli hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamışdır ki, bu da 160 manat təşkil etmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirib ki, iddia tələbi düzgün şəxsə qarşı qaldırılmamışdır. Belə ki, cavabdeh sözü gedən nəqliy yat vasitəsinin sahibi olsa da, yol-nəqliyyat hadisəsini həmin avtomaşını sürən törətmişdir. Bu səbəbdən də, iddia məhz sonuncuya qarşı qaldırılmalı idi. Hazırki tələb mülki hüquq, deliktdən irəli gələn haldan ibarət deyildir. Düzdür qəza baş verərkən cavabdehin mülkiyyətində olan avtomobilə dair sürücünün etibarnaməsi olmasa da, bu hal cavabdehin maddi deyil, yalnız inzibati qaydada məsuliyyət daşımasına əsas ola bilərdi. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi və ya iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 oktyabr 2021-ci il tarixli 2(004)-4967/2021 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 6834,50 manat məbləğində p ul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 50 faizi, yəni 15 manatın iddiaçıya aid edilməsi, qalan 50 faizi, yəni 15 manatının isə cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmçinin qəzanın törədildiyi gündən indiyə qədər maşının təmir edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 manatın tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən ona dəymiş olan zərərin nədən ibarət olmasını iddia ərizəsində əsaslandırmamış və buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-21.3, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1108.3, Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun cavabdeh kimi statusuna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ona cavab verməli olan şəxsə yönəlməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə onun cavabdeh olmasına dair heç bir sübut yoxdur. Cavabdeh qismində avtomobili etibarnaməsiz idarə etdiyinə görə X5 qoyulmalı idi. İddiaçı avtomobilə 10218 manat zərər dəydiyini, vaxtında təmir edilmədiyinə görə 3000 manat zərər dəydiyini iddia etmişdir. Sonradan avtomobili özü təmir etdirdiyini bildirmiş, lakin təmirə çəkdiyi xərclərin qəbzlərini təqdim etməmişdir. Digər tərəfdən, qeyd olunan hadisə inzibati xətalara aid olduğu halda işə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. İstintaq və təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli materialına əsasən X5 İXM-nin 527.1 və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmuş, onun barəsində isə heç bir inzibati təhbeh tədbiri görülməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9360 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə “Skaz Autohouse” servis tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınm aqla 1999-cu il buraxılışlı “Mercedes Benz E200 CDİ” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8751,0 manat təşkil etdiyi müəyyən olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-606/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) cavabdehdən tutulmalı olan maddi zərərin məbləğinə aid hissədə dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 5367,50 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dəymiş ziyandan 2683.50 manatı sığortaçı "xxxx" ASC, 700 manatı isə cavabdehin atası tərəfindən, ümumilikdə 3383.50 manat məbləğində pul vəsai ti iddiaçıya ödənilmişdir. cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vurulmuş ziyanın məbləği 5367,5 müəyyən edilməlidir, belə ki, ekspert rəyi ilə müəyyən edilmiş 8751 manatdan ödənilmiş 3383,50 manat (2638,50+700) çıxılmalı və qalan 5367,5 manat cavabdehdən tutulmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hadisənin inzibati xətalara aid olduğu halda baş vermiş yol-nəqliyyat hadisəsinin inzibati xəta hesab olunması həmin hadisə nəticəsində zərərçəkmişə vurulmuş zərərin mülki məhkəmə icraatı qaydasında tutulmasını istisna etmir və qeyd olunan əsasla hazırki işin icraatına xitam verilməsi yolverilməzdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1108.2-ci maddələrinə,MPM-nin 14.2, 77.1 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və Cavabdeh kimi statusuna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati hüquqpozmalara aid olan bir hüquq pozuntusunu mülki hüquq pozuntusu, yəni deliktlər müstəvisində həll edərək, eyni zamanda iddiaya cavab verməli olan şəxsi cavabdeh kimi tanımayaraq məsələni həll etmiş və nəticədə qanunsuz və əsassız qətnaməsı çıxarılmışdır. Belə ki, iddia tələbi ona cavab verməli olan şəxsə deyil, iddiaya cavab verməli olmayan şəxsə yönəlmişdir. Cavabdeh qismində Cavabdeh deyil, «X11 1840 LS” markalı 99SH453 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 qoyulmalı idi. Digər tərəfdən, qeyd olunan hadisə inzibati xətalara aid olduğu üçün və əməldə inzibati xəta tərkibinin bütün əlamətləri olduğu halda, eyni zamanda iş materiallarında olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin 05 aprel 2021-ci il tarixli NK1/247 saylı qərarı ilə X5 barəsində xəta barədə protokol olmasına baxmayaraq, cavabdeh qismində X1 deyil, məhkəmə tərəfindən Cavabdeh kimi tanınmış və inzibati xəta barədə işə mülki hüquq pozuntusu kimi baxılmışdır. Beləliklə, məhkəmə tərəfindən mülki və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə çıxarılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davran ışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə b ağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoy ulur.

27. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir.

35. Qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, yük sək təhlükə mənbəyinin sahibi olan cavabdeh nəqliyyat vasitəsinin onun sahibliyindən hüquqa zidd götürülməsini sübut edə bilməmişdir. Əksinə aşkar olaraq müəyyən olunur ki, o, nəqliyyat vasitəsini etibarnaməsiz olaraq istifadəyə vermişdir. Belə olan halda iddiaçı haqlı olaraq yüksək təhlükə mənbəyinin sahibi kimi iddiaçıya tələb yönəltmiş və o, tələbə cavab verməli olan şəxslərdən biridir. Digər şəxsə, yəni məhz hadisəni törətmiş şəxsə qarşı tələb yönəldilmədən birbaşa ona qarşı tələbin irəli sürülməsi mümkündür.

38. Cavabdehin digər dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, inzibati xətaya baxılarkən maddi zərərin ödənilməsinə dair tələbə baxılması və müvafiq olaraq dəymiş zərərin məbləğin tutulmasına dair sübutlar mövcud deyildir. İnzibati orqan tərəfindən yalnız baş vermiş inzibat i xətaya görə tərtib olumuş protokola baxmış və sürücünün etibarnamə olmadan nəqliyyat vasitəsini idarə edərkən pozuntuya yol verməsi müəyyən olunaraq o təqsirli hesab edilmişdir. Göstərilən qərarın mövcud olması zərər vurulmuş şəxsi dəymiş zərərin ödənilməyən hissəsini tələb etmək imkanından məhrum etmir.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddianın Cavabdeh qarşı qismən təmin edilməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına uyğun olmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-606/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar