Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-311/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının Cavabdeh qarşı pul dair iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaqoyanın reqress tələb hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1019/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (044)-3924/2015 saylı qətnaməsi ilə “xxxx” ASC-nin cavabdehlər Cavabdeh və qızına qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 20.000 manat əsas, 28.098.33 manat faiz, 200 manat cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin alınması üçün ödənilmiş 30 manat, cəmi 48328 manat 33 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manatın tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan qızına məxsus qəsəbəsində istifadədə olan 0.0551 ha torpaq sahəsində yerləşən 27 nömrəli 9 mərtəbəli binada 58.2 kv.m ümumi, 43.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mə nzilə yönəldilməsi, cavabdehin borcunun həmin əmlak hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(044)-589/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh qızının “xxxx” ASC-nin mülkiyyətində olan qəsəbəsində istifadədə olan 0.0551 ha torpaq sahəsində yerləşən 27 nömrəli 9 mərtəbəli binada 58.2 kv.m ümumi, 43.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh tərəfindən həmin mənzilin boşaldılması və mənzilin “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı qızının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48.328 manat məbləğində borcun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı ərizəsini onunla əsaslandırmışdır ki, onun xx xxxxx 2009-cu il tarixdə 1883 saylı kredit müqaviləsi ilə “xxxx” ASC-dən aldığı 20.000 manata görə şirin sözləri əsasında ünvan 27 nömrəli binada yerləşən 19 nömrəli üç otaqlı mənzilini girov qoymuşdur. Bankla onun arasında həmin mənzilə dair xx xxxxx 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Krediti ödəmək vaxtı çatanda ona məlum olmuşdur ki, Cavabdeh həmin banka böyük miqdarda borcu olduğundan aldığı 20.000 manat kredit borcu ilə əlavə edilmişdir. X3 bu dəfə krediti ödəmək üçün maddi imkanının olmamasını öna gör ə bilməmişdir ki, bankın direktoru x adlı şəxs onu aldatmış, onun banka borcu olması barədə məlumatlandırmamış həqiqəti gizlətmişdir. O, mənzilini itirməmək üçün özgə kreditini imkanı daxilində ödəməyə başladı. Çünki Gəncə şəhəri Nizami rayon məhkəməsi xx xxxxxxx 2015-ci il tarixli qətnamə ilə x5 20.000 manat əsas borc, 28328 manat faiz borcu tutmuşdu. X1 dan heç nə ala bilməyib, onu məhkəməyə vermişdir. x6 48328 manat borcuna görə real qiyməti 50.000 manatdan az olmayan 3 otaqlı mənzilinə olan hüquqlarına xitam verildi. O, mənzilini qaytarmaq üçün məcburiyyətdən cavabdehin borcundan 3000 manatdan artıq ödəmiş və hər ay təxminən 200 manat civarında pul ödəyir. Cavabdeh iddaya etiraz edərək, qeyd olunan kredit müqaviləsinə imza etsə də, kassa məxaric orderinə imza etməmiş, kredit məbləğini bankdan götürməmişdir. Buna görə də, idianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə xx xxxxx 2009-cu il tarixli kassa məxaric orderindəki imzanın Cavabdeh məxsus olub-olmamasını yoxlamaq üçün məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 8125 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxx 2009-cu il tarixli kassa məxaric orderində operada göstərilən məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) xx xxxx 2019-cu il tarixli, 2(044)-996/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmçinin qətnamə ilə məhkəmə xərcləri məsələsi də həll edilmişdir. M əhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 8125 saylı ekspert rəyini sübut kimi qəbul edərək hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn hər hansı mülki hüquq və vəzifələr müəyyənləşdirilmədiyindən, Cavabdeh müqavilənin tərəfi olmadığından, həmin müqavilə üzrə də hər hansı öhdəliyin daşıyıcısı olmayaraq, mülki cavabdehlik və mülki məsuliyyət daşımalı olmadığından iddiaçı da tələbini ona qarşı yönəltməkdə haqlı olmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qızı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qət naməsinin ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Cavabdeh banka borcunun onun tərəfindən ödənilməsi faktına qətiyyən əhəmiyyət verməmişdir. Digər tərəfdən, 20.000 manat miqdarında kredit müqaviləsinin həqiqətən bağlanılıbbağlanılmaması məhkəmədə müəyyən edilməmişdir. Ekspertiza rəyi yalnız sübutlardan biridir və qanuna görə onun başqa sübutlar qarşısında üstünlüyü yoxdur. İddiasının bir rəy əsasında rədd edilməsi işə birtərəfli yanaşıldığını göstərir Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı tərəfindən kollegiyaya təqdim edilmiş, bank qəbzlərindən görünür ki, iddiaçı qızı həqiqətəndə “xxxx” ASC-yə aybaay borcu ödəmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Loğman Süleymanov v ə Əlizamin Abdullayev) 2(104)-1019/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(044)996/2019 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia tələbində göstərmişdir ki, cavabdeh onun evini girov qoyaraq borc pul götürmüşdür. Lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, məxaric orderindəki imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfin dən icra olunmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi məhkəmə ekspertizasının rəyini əsas tutaraq iddianı təmin etməmişdir. İddiaçının özünün təqdim etdiyi sübutlar ziddiyyət təşkil etməklə yanaşı, cavabdeh tərəfə qarşı sübutları mötəbər deyildir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçının tələbini təsdiq edən sübutlar birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 387.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1019/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi nin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmənin çıxardığı qətnamələrdə qanunsuzluq onda olmuşdur ki, əvvəla, məhkəmələr cavabdehin banka olan borcunun iddiaçı tərəfindən ödənilməsi faktına qətiyyən əhəmiyyət verməmişlər. Digər tərəfdən, 20.000 manat miqdarında kredit müqaviləsinin həqiqətən bağlanılıb-bağlanmaması məhkəmədə müəyyən edilməmişdir. Əgər cavabdeh bankdan kredit almamışsa, onun mənzilinin hansı əsasla və kimin kreditinə görə banka girov qoyulması araşdırılmayıb. Həmin məsələ müəyyən edilmədən iş üzrə qanuni qətnamə çıxarılması mü mkün deyil. İmza barədə ekspertiza rəyi yalnız sübutlardan biridir, qanuna görə, onun başqa sübutlar qarşısında üstünlüyü yoxdur. Bu iş üzrə Cavabdeh əvəzindən qoyulmuş imzanın kimə məxsus olması istintaq yolu ilə bilinməlidir. Əgər bilinməyibsə, işin icraatı cinayət işi başa çatana kimi dayandırılmalıdır. Apellyasiya məhkəməsi qanunla üzərinə qoyulan vəzifəni yeninə yetirmədən sübut yoxdur kimi tamamilə boş sözlə qanunsuz qətnamə çıxartdı. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin apellyasiya məhkəməsi nin həqiqəti müəyyən etmək istəyi və təşəbbüsü olmamış, qanunla üzərinə qoyulan vəzifə borcuna əməl etməyib, qanunsuz qətnaməni dəyişdirilmədən saxlamışdır. Halbuki “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinə görə, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə etməlidirlər. Beləliklə, işin bütün həqiqi hallarını araşdırıb, tərəflərin qarşılıqlı münasibətini, 20.000 manat miqdarında kreditin həqiqətən götürülüb- götürülməməsini, kredit müqaviləsinin özgə əmlakını ələ keçirmək üçün saxta, yaxud həqiqi vasitə olub-olmamasını, ipoteka müqaviləsinin həqiqətən kredit müqaviləsindən irəli gələn müqav ilə olmasını, yaxud cinayət (dələduzluq) faktı olmasını müəyyən etmədən iddianın təmin edilməsi və ya edilməməsi haqqında hər hansı qətnamə çıxarmaq qanunsuzdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı qızı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlm əyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 311.1 Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi bo rclu da edə bilər. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. -475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsu b olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə məhkəmələr iddianın qanuni əsasını müəyyənləşdirə bilməmiş, mübahisəyə Mülki Məcəlləni 1096 və 1097-ci maddələrini düzgün tətbiq etməmişdirlər. Belə ki, iddiaçının iddia tələbi cavabdehin öz kredit öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçının mənzilinə tutma yönəldilməsi, həmin mənzilin hər raca çıxarılmaqla, ipotekasaxlayan xxxxASC-nin mülkiyyətinə keçməsi nəticəsində cavabdehin borcunun bir hissəsi həmin əmlak hesabına ödənilməsi və mənzildən çıxarılmaması üçün cavabdehin banka olan borclarının onun tərəfindən ödənilməkdə davam etməsi səbəbindən cavabdehdən ona dəymiş maddi zərəri reqress qaydada tələb etməkdən ibarətdir. Bu iddianın qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəllənin 311-ci və 431-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin maddi hüquq normalarına əsasən cavabdeh tərəfindən kredit öhdəliyi vaxtında icra edilmədiyinə görə ipotekaqoyan kimi iddiaçının əmlakına tutma yönəldiyindən və cavabdehin borcunun bir hissəsi həmin əmlak hesabına ödənildiyindən, həmçinin apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi cavabdehin borcuna görə iddiaçı tərəfindən banka aybaay ödənişlər aparıldığından iddiaçının cavabdehdən bunun nəticəsində ona dəymiş maddi zərəri reqress qaydada tələb etmək hüququ vardır. Buna görə də, apellyasiya məhkəməsi iddiaçının bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını yoxlamalı, yoxlama zamanı işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə etməli və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən həmin sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin məhkəmə xətşünaslıq ekspertizası rəyinə istinad etməklə, cavabdehin “xxxx” ASC ilə bağladığı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə krediti vəsaitini bankdan almaması və cavabdehin həmin müqavilə üzrə öhdəliyinin olmaması barədə gəldiyi qənaət Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə zidd olmuşdur. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(044)589/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh qızının “xxxx” ASC-nin mülkiyyətində olan qəsəbəsində istifadədə olan 0.0551 ha torpaq sahəsində yerləşən 27 nömrəli 9 mərtəbəli binada 58.2 kv.m ümumi, 43.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh tərəfindən həmin mənzilin boşaldılması və mənzilin “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (044)-3924/2015 saylı qətnaməsi ilə “xxxx” ASC-nin cavabd ehlər Cavabdeh və qızına qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 20.000 manat əsas, 28.098.33 manat faiz, 200 manat cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin alınması üçün ödənilmiş 30 manat, cəmi 48328 manat 33 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manatın tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan qızına məxsus qəsəbəsində istifadədə olan 0.0551 ha torpaq sahəsində yerləşən 27 nömrəli 9 mərtəbəli binada 58.2 kv.m ümumi, 43.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 19 nömrəli mənzilə yönəldilməsi, cavabdehin borcunun həmin əmlak hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Resp ublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi artıq qanuni qüv vəyə minmiş məhkəmə aktı ilə cavabdehdən tutulması qət edilən kredit məbləğinin cavabdeh tərəfindən alınmaması, cavabdehin həmin kredit müqaviləsi üzrə hər hansı öhdəliyinin olmaması barədə qənaətə gəlməklə, hazırkı iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqeyi, eyni zamanda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il və xx xxxx 2018-ci il tarixli qüvvəyə minmiş qətnamələrini aşkar şəkildə nəzərə almayaraq, Konstitusiyanın və Mülki Prosessual Məcəllənin normalarının tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi i stinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bir sözlə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1019/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1019/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.