Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3110/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-03/2019 saylı, qətnaməsi ilə (hakim N.İ.Abıyev) İddiaçı 1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilib, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015ci il tarixli, İS1837-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7.916,33 manat əsas borc və 2.442,41 manat faiz borcu olmaqla, cəmi 10.358,74 manat, 7.061,54 ABŞ dolları əsas borc və 1.727,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8.789,46 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, tutmanın Sumqayıt şəhəri, 17-ci mikrora yonda istifadədə olan 0,135 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 4-cü mərtəbəsində yerləşən 49,52 kv.m ümumi, 30,05 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 66 nömrəli mənzilə yönəldilməsi, Sumqayıt şəhəri, XXX nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 4-cü mərtəbəsində yerləşən 49,52 kv.m ümumi, 30,05 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 66 nömrəli mənzilin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onun satışından əldə edilən pul vəsaiti hesabına 10.358 manat 74 qəpik və 8.789 ABŞ dolları 46 sent ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavab deh1, Cavabdeh2 və Cavabdeh3 mənzili könüllü tərk etmədikləri halda ən geci 1 ay müddətində mənzildən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsini n MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən, məruzəçi), G.Tağızadə və E.Rəhimov, 2(105)4416/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-03/2019 saylı qətnaməsi Cavabdeh3 aid htssədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İS-1837-15 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 10.000 manat və 9.500 ABŞ dolları kreditlər verilmişdir. Kreditlərin qaytarılmasının təminatı kimi Sumqayıt şəhəri, XXX olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış 49.52 kv.m ümumi sahəyə malik olan 2 otaqlı yaşayış evi xx xxxxxxx 2015-ci il tarixli, 0264/15 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 ASC-nin Sumqayıt filialına ipotekaya qoyulmuşdur. Cavabdeh1 və Cavabdeh5 dəfələrlə xəbərdarlıq edilərək, kredit müqaviləsi üzrə ödənişlərin vaxtında aparılması və kredit müqaviləsində götürülən öhdəliklərin yerinə yetirilməsi barədə bildiriş verilmişdir. Bildiriş verilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsinin öhdəliklərini pozaraq bu gün üçün iki kreditdə 196 gün gecikdə edərək öhdəlikləri pozmuşdur. Cavabdehlərə öhdəliklərin yerinə yetirilməsi məqsədilə tələbin ipotekaya qoyulmuş əmlaka yönəldiləcəyi bildirilmişdir. Ona görə də, Cavabdeh1 və İddiaçı1 ASC arasında bağlanmış xx x xxxxxx 2015-ci il tarixli, İS-1837-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və H.B. Cabbarov AZN krediti üzrə əsas borc olaraq 7.917 manat, faiz borcu olaraq 1.725 manat, cərimələr üzrə 1.680 manat, cəmi 11.322 manat, ABŞ dolları krediti üzrə isə əsas borc olaraq 8.398 ABŞ dolları, faiz borcu olaraq 1.455 ABŞ dolları, cərimələr üzrə 1.783 ABŞ dolları, cəmi 11.636 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə ödənilmiş 31 manat məbləğində xidmət haqqının İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti cavabdeh ipoteka qoyan Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, XXX yaşayış evinə yönəldilməsi, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyest r kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 49.52 kv.m ümumi sahəyə malik olan 2 otaqlı yaşayış evi xx xxxxxxx 2015-ci il tarixli, 0264-15 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 ASC-nin Sumqayıt filialına ipotekaya qoyulmuş və qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 35.000 manat qiymətləndirilməsi, mənzildə qeydiyyatda olanlar mənzil satıldıqdan sonra 1 ay müddətinə mənzili könüllü tərk etmədikləri halda məcburi qaydada mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı1 ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və İddiaçı1 ASC arasında bağlanmış xx xx xxxxx 2015-ci il tarixli, İS-1837-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 AZN krediti üzrə əsas borc olaraq 7.917 manat, faiz borcu olaraq 2.467 manat, cəmi 10.384 manat, ABŞ dolları krediti üzrə isə əsas borc olaraq 8.398 ABŞ dolları, faiz borcu olaraq 1.930 ABŞ dolları, cəmi 10.328 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə ödənilmiş 31 manat məbləğində xidmət haqqının İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti cavabdeh ipoteka qoyan Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, XXXa olan yaşayış evinə yönəldilməsi, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın övlət reyestrində 77 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmış 5 mərtə bəli binanın 4-cü mərtəbəsində yerləşən 49.52 kv.m ümumi sahəyə malik olan 2 otaqlı yaşayış evi xx xxxxxxx 2015-ci il tarixli 0264-15 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı1 ASC-nin Sumqayıt filialına ipotekaya qoyulmuş və qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 35.000 manat qiymətləndirilməsi, mənzildə qeydiyyatda olanlar mənzil satıldıqdan sonra 1 ay müddətinə mənzili könüllü tərk etmədikləri halda məcburi qaydada mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh bildiriri ki, ondan tələb olunan borc məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşdüyündən bank onun borcunu restrukturizasiya etməli və güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli idi. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar e dilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsi nin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Kassatorun yeganə dəlili ondan ibarətdir ki, ondan tələb olunan borc məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin x arici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollaradək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası aparılmalıdır. Eyni zamanda Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Kredit müqaviləsi üzrə mövcud borc məbləğləri 10.358,74 manat və 8.789,46 ABŞ dolları təşkil edir. Ona görə də, qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ Fərman ilə müəyyən edilmiş məbləğdən artıqdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3110/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3110/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver