Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3111/2020 02.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qərardadından “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, x nömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Qartal Tikinti Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qartal Tikinti Firmasının mülkiyyətində olan **-AA-*** dövlət nömrə nişanlı, “Mercedes S350” markalı minik nəqliyyat vasitəsinə vurduqları 9627,50 (doqq uz min altı yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində maddi zərərin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən “xxxx” ASC apelysaiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sərlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ilə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü m addələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmışdır. “xxxx” ASC qeyd edilən qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qərardadın ləğv olunmasını və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblər i barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 357.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətna mə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən1ay müddətində verilə bilər. Maddənin məzmunundan göründüyü kimi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və mara qlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə iştirak etməyən “xxxx” ASC məhkəmə aktından apelyasiya qaydasında şikayət vermiş, birinci instansiya məhkəməsi qətnamənin onun hansı maraqlarına toxunduğunu müzakirə etmədən, apelyasiya şikayətini baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 201 1-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 364-cü mad dəsinə əsasən, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu qətnamənin “xxxx” ASC-nin hansı hüquqlarına və qanunla qorunan maraqlarına toxunması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmədən apelyasiya şikayətinin apelyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apelyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin “xxxx” A SC tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Sumqayıt şəhər məhkəməsinə qaytarılmaası barədə gəldiyi nəticə ilə razılaşır. Odur ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli
Məhkəmə qərarları › İş №2(102)-3111/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3111/2020
02.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver