Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3114/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4118/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov, iş № 2(027)-337/2019) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası təmin edilərək Quba rayon Notariat Kontoru tərəfindən Quba rayonunun N kəndində yerləşən X1 miras qal mış yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 və Cavabdeh3 adlarına xx xxxxxx 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onların əsasında verilmiş xx xxxxxx 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın, xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin və xx xxxxxx 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, İddiaçı tərəfindən X3 məxsus miras əmlakın faktiki qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlak olan Quba rayonu, İsnovqışlaq kəndində yerləşən evin Na məxsus ½ hissəsinə İddiaçı, Cavabdeh3 və Cavabdeh1 hər birinə 1/3 pay, yəni adıçəkilən vərəsələrin hər birinə ümumi evin 1/6 hissəsinə, həmin ünvanda yerləşən torpaq sahəsinin isə Na məxsus ¼ hissəsinə İddiaçı, Cavabdeh3 və Cavabdeh1 hər birinə 1/ 3 pay, yəni adıçəkilən vərəsələrin hər birinə ümumi torpaq sahəsinin 1/12 hissəsinə vərəsəlik paylarının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) Cavabdeh1 apelyasiya şikayəti təmin olunmamış, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Quba rayonunun İsnovqışlaq kəndinin sakini X2 xx xxxxxx 2006-cı il tarixdə baş vermiş ölümü ilə ona məxsus olan həmin kənddə yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə vərəsəlik açılmış və xx xxxxxx 2017-ci il tarixdə miras qoyanın vərəsələri, arvadı Cavabdeh1 və oğlu Cavabdeh3 adlarına miras əmlakdan ¼ hissədə pay almalarına dair qanun üzrə vərəsəlik h üququ haqqında şəhadətnamələr verilmişdir. xx xxxxxx 2017-ci il tarixdə miras əmlak olan fərdi yaşayış evinin ¼ hissəsinə və torpaq sahəsinin 5/16 hissəsinə Cavabdeh3, torpaq sahəsinin ¼ hissəsinə Cavabdeh4, fərdi yaşayış evinin ¾ hissəsinə və torpaq sahəsinin 7/16 hissəsinə Cavabdeh1 mülkiyyət hüququnu bildirən Dövlət Reyestrindən Çıxarış verilmişdir. xx xxxxxx 2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüququ əldə etdikləri miras əmlakı Cavabdeh2 bağışlamış və xx xxxxxx 2017-ci il tarixdə sonuncunun adına miras əmlak olan fərdi yaşayış evinə (133,9 kv.metr) və torpaq sahəsinə (0,13 ha) mülkiyyət hüququnu bildirən Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ilin oktyabr ayında İddiaçı Ca vabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik açılan zaman miras qalmış evdə cavabdehdən Cavabdeh1, Cavabdeh3 və onun yaşamalarını, digər vərəsələrin isə özlərinə məxsus evdə yaşamalarını, atasının vəfatından sonra anası Cavabdeh1 və qardaşı Cavabdeh3 razılığı əsasında həyətyanı torpaq sahəsində özünün 2013-cü ildə ev tikməsini və orada yaşamasını, evi torpaq sahəsi ilə qeydiyyata aldırmaq istədikdə atasından qalmış evin və torpaq sahəsinin bacısı Cavabdeh2 adına keçməsinin ona məlum olmasını, həmin əməliyyatların hamısının ondan gizlin aparılmasını və s. əsas göstərməklə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, onların əsasında verilmiş Reyestrdən Çıxarışların, bağışlama müqaviləsinin və onun əsasınd a verilmiş Reyestrdən Çıxarışın etibarsız hesab edilməsi, mirası qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kasasiya şikayəti verərək miras əmlakın onunla miras qoyan Məcnun Bayramovun birgə nikahda olduğu dövrdə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmasını, lakin vərəsələrin dairəsini müəyyən edərkən məhkəmənin səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Nun vəfatından sonra onun arvadı Cavabdeh1 və oğlu Cavabdeh3 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın bütün vərəsələri, o cümlədən oğlu İddiaçı mirası qəbul etmiş vərəsə olması nəzərə alınmamış və həmin şəhadətnamələr onun vərəsəlik hüquqlarının pozulması ilə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə ver dikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Apelyasiya instansiyası məhkəməsi miras əmlakın qanun üzrə vərəsələr arasında yuxarıda göstərilən normaların pozulması ilə bölünməsinə əsaslanaraq Mülki Məcəllənin 337-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin etibarsız sayılmasının qanuni olması barədə nəticəyə gəlmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, miras əmlak bütün vərə sələr nəzərə alınmaqla paylarına uyğun olaraq onların arasında düzgün bölünmüş, qətnamənin ləğv edilməsinə əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3114/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3114/2020
22.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver