Məhkəmə qərarları › İş №2(102)-3116/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3116/2019

18.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3116/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdehin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondu cavabdeh Cavabdehə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, iş 2(003)-1942/2018) iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun cavabdeh Cavabdehə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov(sədrlik edən və məruzəçi), T.Səməd ov və İ.Şirinov, iş № 2(103)-11848/2018) iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, cavabdehdən 18.06.2009-cu il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 6639 (altı min altı yüz otuz doqquz) ABŞ dolları əsas, 2821 (iki min səkkiz yüz iyirmi bir) ABŞ dolları faiz borcu, illik 5 % hesablanmış 1790 ( min yeddi yüz doxsan) ABŞ dolları faiz borcu cəmi 11250 (on bir iki yüz əlli) ABŞ dollarının Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, qətnamənin, Ləğv prosesində olan İd diaçı açıq səhmdar cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kol legiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunm ası vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC (kreditor) ilə cavabdeh (borcalan) arasında bağlanmış 04 №-li 18 iyun 2009-cu il tarixli kredit müqaviləsinə əsasən kreditor borcalana 12 ay müddətinə illik 12%-lə, 8200 ABŞ dolları kredit verməyi, borcalan kreditin əsas məbləğini və hesablanmış faizləri müqaviləyə əlavə edilmiş ödəniş qrafiklərində göstərilən müd dətlərdə və qaydada qaytamağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (kreditor) ilə cavabdeh (borcalan) arasında bağlanmış (borcalan) arasında bağlanmış 04 №-li 18 iyun 2009-cu tarixli kredit müqaviləsinə 18 iyun 2010-cu il tarixli 01 №-li əlavəyə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla müqavilə müddəti 18 iyun 2011-ci il tarixə qədər uzadılmışdır. İddiaçı ASC (kreditor) ilə cavabdeh (borcalan) arasında bağlanmış 04 №-li 18 iyun 2009-cu tarixli kredit müqaviləsinə 27 sentyabr 2011-ci il tarixli 02 №-li əlavəyə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla müqavilə müddəti 27 sentyabr 2012-ci il tarixə qədər uzadılmışdır. İddiaçı ASC (kreditor) ilə cavabdeh (borcalan) arasında bağlanmış 05 №-li 08 yanvar 2010-cu tarixli kredit müqaviləsinə əsasən, kreditor borcalana 15 ay müddətinə illik 25 %-lə, 8950 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcalan kreditin əsas məbləğini və hesablanmış faizləri müqaviləyə əlavə edilmiş ödəniş qraflkində göstərilən müddətlərdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (kreditor) ilə cavabdeh (borcalan) arasında bağlanmış 05 №-li 08 yanvar 2010-cu tarixli kredit müqaviləsinə 19 aprel 2011-ci il tarixli 01 saylı əlavəyə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla müqavilə müddəti 19 iyul 2012-ci il tarixə qədər uzadılmışdır. Apelyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, 18 iyun 2009-cu il tarixli 04 saylı kredit müqaviləsinin müddəti 27 sentyabr 2012-ci ildə bitmişdir. Həmin müqavilə üzrə 27 yanvar 2015-ci il tarixdə X5 tərəfin dən 50 ABŞ dolları, 01 iyun 2015-ci il tarixdə isə X2 tərəfindən 50 ABŞ dolları cavabdehin hesabına ödəniş edilmişdir. İddiaçı isə məhkəməyə 05 aprel 2018-ci ildə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Bu hallar iş materialları, o cümlədən şikayətə əlavə edilmiş xəzinə məxaric orderləri, eləcə də cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur və işin mübahisəsiz halına çevrilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 374.1, 375, 375.2, 376, 377.1, 377.2, 739.1, 739.2-ci maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apel yasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətn amənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar