Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3116/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC –nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(1*2)-3116/2*22 Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı şəhəri 16 avqust 2*22-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiy a Məhkəməsinin 1* dekabr 2*21-ci il tarixli, 2(1*4)-1466/2*21 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 19.12.2*12-ci tarixli, 882/12PB/BŞ-PK nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 36 faizlə 36 ay müddətinə 5** ABŞ dolları kredit verilmişdir.
2. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış *1.*5.2*15-ci il tarixli, *1915B saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 2* faizlə 8* ay müddətinə 315*8 ABŞ dolları kredit verilmişdir. 3. 19.12.2*12-ci tarixli 882/12PB/BŞ-PK saylı və *1.*5.2*15-ci il tarixl i *19-15B saylı sonrakı ipoteka müqavilələrinin surətindən görünür ki, borc üzrə öhdəliklərin təmini kimi Cavabdeh2 Bərdə şəhəri, Bakıxanov küçəsində yerləşən mülkiyyətindəki *,*5 ha torpaq sahəsində yerləşən 67,1 kv.metr yaşayış, 29,1 kv.metr yardımçı, 96,2 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 28*** manat məbləğində qiymətləndirilmişdir.
4. Bərdə şəhəri, Bakıxanov küçəsində *,*5 ha torpaq sahəsində yerləşən 67,1 kv.m. yaşayış, 29,1 kv.m. yardımçı, 96,2 kv.m. ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində RX *975856 nömrəli, 12.12.2*12-ci tarixli çıxarışla Cavabdeh2 adına qeydə alınmışd ır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 19.12.2*12-ci tarixli 882/12PB/BŞ-PK saylı kredit müqaviləsinə əsasən 498,13 ABŞ dolları əsas, 249,3* ABŞ dolları faiz, 186 ABŞ dolları dəbbə, cəmi bu müqavilə üzrə 933,43 ABŞ dolları, *1.*5.2*15-ci il tarixli *19-15B saylı kredit müqaviləsinə əsasən 3*725,47 ABŞ dolları əsas, 7573,35 ABŞ dolları hesablanmış faiz, 7261,55 ABŞ dolları dəbbə pulu, cəmi bu müqavilə üzrə 4556*,37 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 5** manat və 3* manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 25*** manat qiymətləndirilməsi, borcun əvəzi bu qiymətlə Bərdə şəhəri, Bakıxanov k üçəsində, Cavabdeh2 mülkiyyətindəki *,*5 ha torpaq sahəsində yerləşən 67,1 kv.metr yaşayış, 29,1 kv.metr yardımçı, 96,2 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bərdə şəhəri, Bakıxanov küçəsində Cavabdeh2 mülkiyyətindəki *,*5 ha torpaq sahəsində yerləşən 67,1 kv.metr yaşayış, 29,1 kv.metr yardımçı, 96,2 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən orada yaşayan Cavabdeh2 və Cavabdeh3 çıxarılması, fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesab lanmış faizləri banka ödəməmiş, nəticədə 19.12.2*12-ci il tarixli, 882/12PB/BŞ-PK saylı kredit müqaviləsi üzrə 498,13 ABŞ dolları əsas, 249,3* ABŞ dolları faiz, 186 ABŞ dolları dəbbə pulu, *1.*5.2*15-ci il tarixli, *19-15B saylı kredit müqaviləsi üzrə isə 3*725,47 ABŞ dolları əsas, 7573,35 ABŞ dolları faiz,7261,55 ABŞ dolları dəbbə pulu borcu qalmışdır.Tələb edilməsinə baxmayaraq cavabdehlər öhdəliklərini icra etməmişlər.
7. Ağdam Rayon Məhkəməsinin (hakim M.Niftəliyev) 2(*13)-2*4/2*2* nömrəli mülki iş üzrə 19 noyabr 2*2*-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 19.12.2*12-ci tarixli 882/12PB/BŞ-PK saylı kredit müqaviləsi üzrə 498,13 ABŞ dolları əsas, 249,3* ABŞ dolları faiz, 1* ABŞ dolları dəbbə, *1.*5.2*1 5-ci il tarixli *19-15B saylı kredit müqaviləsi üzrə 3*725,47 ABŞ dolları əsas, 22*5,67 ABŞ dolları faiz, 1** ABŞ dolları dəbbə, ümumilikdə cəmi 33788 (otuz üç min yeddi yüz səksən səkkiz) ABŞ dolları 57 (əlli yeddi) sent, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzində 5* manat və 3* manat ödənilmiş dövlət rüsumunun əvəzində tutularaq "xxxx" BOKT ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakıxanov küçəsində *,*5 ha torpaq sahəsində yerləşən 67,1 kv.metr yaşayış, 29,1 kv.metr yardımçı, 96,2 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılıb və satışdan əldə ediləcək vəsait hesabına borcun ödəniməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38*** manat müəyyən edilməsi, Bərdə şəhəri, Bakıxanov küçəsində Cavabdeh2 mülkiyyətindəki *,*5 ha torpaq sahəsində yerləşən 67,1 kv.metr yaşayış, 29,1 kv.metr yardımçı, 96,2 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən orada yaşayan Cavabdeh2 və Cavabdeh3 çıxarılması, fərdi yaşayış evinin boşaldılması, aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2** (iki yüz) manat tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın 19.12.2*12-ci tarixli 882/12PB/BŞ-PK saylı kredit müqaviləsi üzrə dəbbə borc tələbinin qalan 176 ABŞ dolları, *1.*5.2*15-ci il tarixli *19-15B saylı kredit müqaviləsi üzrə faiz borcu tələbinin qalan 5367,68 ABŞ dolları, həmin müqavilə üzrə dəbbə borc tələbinin qalan 7161,55 ABŞ dolları, hüquqi yardım üçün çəkilmiş xərclərə görə qalan 45* manat, ipoteka predmet inin 25*** manat qiymətlədirilməsi tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə dəbbə pulu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh1 müqavilənin tələblərinə uyğun olaraq 19.12.2*2*-ci il tarixli, 882/12PB/BŞ-PK nömrəli müqavilə üzrə 186 ABŞ dolları dəbbə pulu, *1.*5.2*15-ci il tarixli, *19-15 B saylı müqavilə üzrə 7261,55 ABŞ dolları dəbbə pulu hesablanmasına baxmayaraq məhkəmə cavabdehin banka əvvəllər etdiyi ödənişləri nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən dəbbə pul u azaldılaraq 19.12.2*12-ci il tarixli, 882/12PB/BŞ-PK saylı müqavilə üzrə 1* ABŞ dolları, *1.*5.2*15-ci il tarixli, *19-15B saylı müqavilə üzrə 1** ABŞ dolları məbləğində hesablanmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 439.1,439.2, 439.7,47*.1, 472.1, 472.2, 472.3,385.1,319.1, 442, 443.1,295, 297,467, 462.1,462.3-cü maddələrinə, «İpoteka haqqında» Qanunun 59.3.1, 59.3.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1,439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 14 may 2*15-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. O, bank qarşısında öhdəliyini vaxtlı-vaxtında yerinə yetirsə də, maddi vəziyyətinin pisləşməsi səbəbindən sonradan ödənişlərdə gecikmələr yaranmışdır. Həmçinin ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində da şınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür. Bundan başqa cavabdehin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Ona görə Ağdam Rayon Məhkəməsinin 2(*13)2*4/2*2* saylı mülki iş üzrə 19 noyabr 2*2*-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) *5 mart 2*21-ci il tarixli, 2(1*4)-1466/2*21 nömrəli qərardadı ilə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabd eh2 məxsus olan Bərdə şəhəri, Bakıxanov küçəsində yerləşən mülkiyyətindəki *,*5 ha torpaq sahəsində yerləşən 67,1 kv.metr yaşayış, 29,1 kv.metr yardımçı, 96,2 kv.metr ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hazırki satış qiyməti kimi likvid qiymətinin müəyyən edilməsi barədə qərardad qəbul edilmiş və həmin qərardada əsasən "xxxx" MMC tərəfindən verilən 26 noyabr 2*21-ci il tarixli rəydən görünür ki, qeyd edilən fərdi yaşayış evinin bazar qiyməti 4*.*** (qırx min) manat, likvid qiyməti 35.*** (otuz beş min) manat məbləğində müəyyən edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev)1* dekabr 2*21-ci il tarixli, 2(1*4)-1466/2*21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, A ğdam Rayon Məhkəməsinin 2(*13)-2*4/2*2* saylı mülki iş üzrə 19 noyabr 2*2*-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 3** (üç yüz) manat məbləğində pulun Cavabdeh1 tutulub, "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi evin qiymətləndirilməsini aparmış və ipoteka predmetinin bazar dəyərini daha yuxarı məbləğdə, yəni 38.*** (otuz səkkiz min) manat məbləğində müəyyən etmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, ipoteka predmetinin bazar dəyərinin düzgün müəyyən edilmədiyi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx"MMC-nin 26 noyabr 2*21-ci il taixli, 443/PB/21 saylı qiymətləndirici rəyinə əlavə olunan ekspertiza xərclərinə dair hesab fakturadan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 3** (üç yüz) manat məbləğini təşkil edir.
16. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 119 və 124-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 3** (üç yüz) manat məbləğində pul X1 tutulub, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Kassas iya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, cavabdeh bank qarşısında öhdəliyini vaxtlı-vaxtında yerinə yetirsə də, maddi vəziyyətinin pisləşməsi səbəbindən sonradan ödənişlərdə gecikmələr yaranmışdır.İpoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Həmçinin işə baxan apellyasiya instansiyası məhkəməsi yalnız evin likvid dəyərinin müəyyən edilməsi hissəsində araşdırma aparmış, cavabdehin digər şikayətinə m ünasibət bildirməmiş, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaql a icra edilməsi) başa düşülür
22. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
23. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafi q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Qanun
25. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
26. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
27. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikd ə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
40. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 1* dekabr 2*21-ci il tarixli, 2(1*4)-1466/2*21 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova İsmayıl Xəlilov