Məhkəmə qərarları › İş №2(102)-3117/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3117/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3117/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-197/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-197/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi 2023-cü il 07 aprel tarixdə cavabdehin vəkili X4 məxsus elektron məhkəmə informasiya sistemindəki şəxsi elektron kabinetə yerləşdirilmişdir.

2. Cavabdehin Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti yoxdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-197/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi cavabdeh tərəfindən qəbzə imza etməklə xx.xx.2023-cü ildə qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92.900 manat pulun son qaytarma tarixinin xx.xx.2018-ci il olduğunu nəzərə alaraq gecikdirmə müddəti üçün 9.290 manat, ümumilikdə 102.190 manat, iddia üçün ödənilmiş 31 manat dövlət rüsumu və mənəvi ziyanın əvəzi olaraq 6.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Şahid vasitəsilə tanış olmuşdur. Belə ki, cavabdeh özünün daşınmaz əmlak alqı-satqısı, əmlak özəlləşdirilməsi işləri üzrə mütəxəssis, həm də təcrübəli əmlak meneceri olduğunu bildirmiş, o da cavabdehə inanaraq istifadə və sahibliyində olan obyektin ilkin sənədlərini göstərərək, məsləhət verməsini xahiş etmişdir. Cavabdeh isə sənədləri ondan götürmüş və son nəticədə özəl sənədin alınması məqsədilə iddiaçıdan 3 dəfəyə 5.750 manat almışdır. Bundan sonra cavabdeh xx.xx.2 018 və xx.xx.2018-ci il tarixli şəxsi imzası ilə verdiyi qəbzlərdə təsdiq etdiyi kimi qaytarmaq şərti ilə ümumilikdə 92.900 manat pul almışdır. Bununla bağlı görüşləri və telefon danışıqları da olmuşdur. Lakin cavabdeh öhdəliyini pozaraq, müqavilədə nəzərdə tutulmuş müddətdə borcu qaytarmamış, bununla bağlı bir neçə dəfə ona müraciət edilsə də, nəticəsi olmamışdır.

6. İddiaçı tələbinə təsdiq edən sübutlar qismində iddia ərizəsinə cavabdehin imzaladığı iddia olunan, kompüterdə tərtib olunmuş iki qəbz təqdim etmişdir. xx.xx.2018-ci il tarixli qəbzdə cavabdehin iddiaçıdan götürdüyü 67.500 manat və onun 1 ildən yuxarı gecikdirməsinə görə dəymiş 22.500 manat olmaqla, cəmi 90.000 manatı xx.xx.2018-ci il tarixdə qaytarmaq barədə öhdəlik və məsuliyyət götürdüyü qeyd olunmuşdur. 7. xx.xx.2018-ci il tarixli qəbzdə cavabdehin xx.xx.2018-ci il tarixli qəbzdə yazılmış borcu qaytara bilmədiyindən sonradan aldığı pullarla birlikdə cəmi 92.900 manat borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd olunmuşdur.

8. Cavabdeh iddianı qəbul etmədiyi və təqdim olunan qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirdiyi üçün qəbzlərdəki imzanın cavabdehə məxsusluğunun yoxlanılması məqsədilə ekspertiza təyin edilmişdir.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəydə qeyd edilmişdir ki, 04 may 2018-ci il tarixli sənəddə “Cavabdeh” yazıları önündəki imza və 6-cı vərəqində cavabdeh və iddiaçının adlarından olan 11 sentyabr 2018-ci il tarixli sənəddə “Cavabdeh” yazıları önündəki imza cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

10. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-1564/2021 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia təmin olunmamışdır.

11. Birinci instansiya məhkəməsi 25 sentyabr 2020-ci il tarixli ekspert rəyini əsas götürərək, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 427, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 777.1, 777.2, 777.4, 779, 1092-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 88, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 1

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh öhdəliyini yerinə yetirməmiş, iddiaçıdan aldığı pul vəsaitlərini geri qaytarmamışdır. Məhkəmə mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmiş, iş üzrə verilmiş rəyi digər sübutlarla, yəni şahid ifadələri ilə habelə cavabdehin səs yazıları ilə birlikdə müqayisəli araşdırmamış və hüquqi cəhətdən qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsinin cavabdehin ona borclu olduğunu təsdiq etdiyi səs yazısını dinləməkdən imtina etmə səbəbi ona aydın olmamışdır. Cavabdehi qəbzləri imza etməsini birinci instansiya məhkəməsində ifadə vermiş şahid gözləri ilə görmüş dür.

15. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdehə pulu müxtəlif vaxtlarda verdiyini, yəni 1-ci dəfə 25.000, təxminən 15-20 gün sonra 15.000, 1520 gün sonra 8.000, bir neçə ay sonra 14.500, 1 ay sonra 14.500, 1 ay sonra 2.300, 15-20 gün sonra 2.000, 15-20 gün sonra 1.600 manat verdiyini bildirmişdir.

16. Apellyasiya baxışında təyin edilmiş təkrar məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4\1284 saylı, 11 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 5-ci vərəqində iddiaçı və cavabdeh adlarından olan borcla bağlı sənədin sonundakı “xx.xx.2018” rəqəmləri- ehtimal ki cavabdeh tərəfindən icra olunmuşdur.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ( bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-763/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı cavabdehin ondan pul alması və ona borclu olması barədə heç bir tutarlı sübut təqdim etməmişdir. İddiaçının məhkəmə kollegiyasının iclasında iddia ərizəsindən fərqli olaraq cavabdehə ayrı-ayrı vaxtlarda verdiyini bildirdiyi məbləğl ər isə tələb etdiyi məbləğlə üstüstə düşmür, eyni zamanda iddiaçının hissə-hissə verdiyini nəzərdə tutduğu həmin pullar cavabdeh tərəfindən alınsa da, sonuncunun həmin pulları qaytarmadığı halda, yenidən ona pul verilməsi inandırıcı görünmür. Ona görə də, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

21. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin rədd edərkən xx.xx.2020ci il tarixli ekspert rəyinə istinad etsə də, keçirilmi ş üç ekspertizadan iki ekspert rəyi birmənalı olaraq borc öhdəliyini müəyyən edən sənədlərdə olan imzaların cavabdehə məxsus olduğunu müəyyən edir. İşdə olan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli cavabdehə 69.500 manat pulun verilməsinin tarixləri göstərilən bu qəbzlərin mətni tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarını yaradır. İşə baxmış məhkəmələr isə həmin qəbzləri əhəmiyyətli hüquqi faktın mövcudluğunun əsası kimi nəzərə almamışdır. İddiaçının məhkəmə iclasında sadaladığı məbləğlər qəbzdə göstərilənlərlə eynilik təşkil etdiyi halda, qətnamədə şübhəli hal kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Belə ki, cavabdehə pulların hansı miqdarda, hansı tarixlərdə verilməsi cavabdeh tərəfindən imzalanmış və tarix qeydləri qəbzlərdə göstərilmişdir. Eyni z amanda, Şahid da birinci instansiyada verdiyi ifadəsində cavabdehin iddiaçıdan pul aldığı və iddiada qeyd edilən məbləğ çərçivəsində qaytarmaq öhdəliyi olduğunu bildirmişdir. Şahidin apellyasiya baxıçında dinlənilməsi barədə vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Ekspert rəyləri arasında kifayət qədər ziddiyyətlər olsa da bu ziddiyyətlərin aradan qaldırılması üçün yeni ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3734/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X2 (məruzəçi), X1 və X9) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-763/2021 nömrəli mülki iş üzrə 22 dekab r 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

23. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, baxılan iş üzrə apellyasiya icraatı zamanı iddiaçı və ya onun vəkili tərəfindən bir neçə ərizə (vəsatət) təqdim edilmişdir: 1) kompleks və ya təkrar məhkəmə ekspertizasının keçirilməsi (i.v. 152, 165, 167, iddiaçı bu vəsatətini işdə olan iki ekspert rəyi arasında ziddiyyətin olması ilə əsaslandırmışdır); 2) Şahid Şəkərli oğlunun yenidən dindirilməsi (i.v. 165, bu vəsatət qeyd olunan şahidin cavabdehin qəbzləri imzalamasını şəxsən görməsi ilə əsaslandırılmışdır); 3) cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən səs yazısının işə əlavə olunması (i.v.165, iddiaçı apellyasiya şikayətində də bu sübutun birinci insta nsiya məhkəməsi tərəfindən qəbul edilmədiyini bildirmişdir). Apellyasiya instansiyası məhkəməsi 22 dekabr 2021-ci il tarixli sonuncu məhkəmə iclasında 1-ci və 2-ci vəsatəti təmin etməmiş, bununla bağlı mövqeyini ümumiyyətlə əsaslandırmamış, protokolda “Vəsatət təmin edilməsin” barədə qeyd etməklə kifayətlənmişdir. Halbuki məhkəmə tərəfindən ayrıca məhkəmə aktı qəbul edilmədən protokola qeyd edilməklə qəbul edilən qərardad da qərardadın bir növü olduğu üçün əsaslandırılmalı, həmin qərardadın elan olunması barədə məhkəmə iclasında iştirak edən, habelə məhkəmə iclas protokolları ilə tanış olan şəxslərə vəsatətin nəyə görə təmin edilmədiyi aydın olmalıdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iddiaçının 3-cü vəsatətini ümumiyyətlə tərəflərlə müzakirə etməmiş, həmin vəsatət üzrə hə r hansı qərardad qəbul etməmişdir. Halbuki eyni məzmunlu xahiş iddiaçının apellyasiya şikayətinin də dəlillərindən birini təşkil etmişdir.

24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, yuxarıda ifadə edilmiş mövqe tərəflərin apellyasiya baxışına yeni sübutları hər hansı məhdudiyyət olmadan təqdim etmək imkanı kimi başa düşülməməlidir. Sadəcə olaraq istinad olunan prosessual qanunvericilik normalarına əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutu gecikmiş hesab etdiyinə görə qəbul etməkdən imtina edirsə, bununla bağlı mövqeyini də aydın ifadə etməli, sübut təqdim edən şəxslə həmin sübutun daha əvvəl hansı səbəbdən təqdim olunmadığını müzakirə etməlidir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sadalanan prosessual pozuntular nəticəsində apellyasiy a instansiyası məhkəməsi tərəfindən MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsinə riayət edilməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə bağlı Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

26. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386.1, 777.1, 777.2, 779.1, 882.1, 882.2, 1091.1, 1091.2,1092.1-ci, MPM-in 14.1, 14.2, 47.1, 77.1, 88, 184.4, 220.4, 407.2, 416-cı maddələrinə, E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsin də ikinci icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-197/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X8) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(067)-1564/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh 67500 (altmış yeddi min beş yüz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat, cəmi 67531 (altmış yeddi min beş yüz otuz bir) manat pulun tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 390 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

28. Cavabdeh qət namədən kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(105)- 197/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, məhkəmə kompleks xətt ekspertizası və fonoskopik ekspertizasının təyin edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-197/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X8) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli 2(105)-197/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 07 aprel tarixdə cavabdehin vəkili X4 məxsus elektron məhkəmə informasiya sistemindəki şəxsi elektron kabinetə yerləşdirilmişdir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdehin vəkili tərəfindən prosessual qanunvericiliklə nəzərdə tutulmuş elektron qaydada kassasiya şikayəti 2023-cü il 09 iyun tarixdə məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür.

31. Məhkəmə kollegiyası öz mövqeyini MPM-in 10-1.3, 10-1.5, 135.6, 402.2, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və kassasiya şikayətinin müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müddətin keçməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli kassasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. xx.xx.2023-cü ildə məhkəmə qətnaməsinin elektron məhkəmə sisteminə yerləşdirilməsinə baxmayaraq, qətnamə həmin tarixdə göndərilib və cavabdeh məktubu xx.xx.2023-cü il tarixdə alıb. Cavabdehin elektron məhkəmə kabineti və asan imzası olmadığına görə, kassasiya şikayətinin müddəti məhkəmənin qətnaməni elektron sistemə yerləşdirdiyi vaxtdan deyil, qətnamənin cavabdehə məktubla verildiyi vaxtdan hesablanmalıdır. Belə olan halda müddət xx.xx.2023-cü il tarixdə bitir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinə etirazda cavabdehin kassasiya şikayətinin təmin olunmasını zidd olduğunu, cavabdehin məqsədinin yalnız vaxtın uzadılmasına nail olmaqdan ibarət olduğunu qeyd etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

35. Maddə 10-1.3 Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsil ə həyata keçirilir.

36. Maddə 10-1.5 Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

37. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

38. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

39. Maddə 408.1.4. Kassasiya şikay əti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütöv lükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılmasını göstərir və qeyd edir ki, qətnamə xx.xx.2023-cü il tarixdə vəkilin elektron kabinetinə yerləşdirilmiş olsa da, tərəfə şəxsən bundan sonra verilmiş, müddət şəxsən tərəfin aldığı vaxtdan hesablanmalıdır.

47. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixli qətnamə tərəflərin iştirakı ilə elan olunmuş, xx.xx.2023-cü il tarixdə vəkilin elektron kabinetinə ye rləşdirilmiş, kassasiya şikayəti isə, yuxarıda qeyd olunduğu kimi, qətnamənin elektron kabinetinə yerləşdirilməsindən sonra qanunla müəyyən olunmuş 2 aylıq müddət ötürülməklə, xx.xx.2023-cü il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun elektron kabinetinə yerləşdirilməsindən 2 gündən sonra elektron sistemə yüklənmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətnamənin xx.xx.2023-cü il tarixdə cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilməsini əsas gətirərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi qənaətinə gəlmişdir.

49. Qeyd edilməlidir ki, artıq məhkəmə aktının elekton sistem vasitəsi ilə çatdırılması təmin olunmuşdursa, bu halda müddətin axımı başlanır, bundan sonra həmin aktın fiziki olaraq alınması vax tından müddətin yeni qəbul olunma vaxtına görə hesablanması istisna olunur.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan ir əli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

51. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessua l müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

53. Bu səbəbdən kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-197/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar