Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3118/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehlər XXX və XXX iştirakları ilə, iddiaçı XXX cavabdehlər XXX, XXX, XXX, XXX, XXX və XXX qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-2557/2019 nömrəli qətnaməsindən iddiaçı XXX (keçmiş XXX) və XXX tərəfindən veril miş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XXX cavabdehlər XXX, XXX, XXX, XXX, XXX və XXX qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh XXX iddiaçı XXX xeyrinə 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 21831,46 manat məbləğində əsas, 2993,79 manat məbləğində faiz, 23,34 manat cərimə borcu olmaqla, cəmi 24848,59 manat məbləğində borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın XXX mülkiyyətindəki ünvan 1. yardımçı sahədən ibarət olan ünvan 2 mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına XXX-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma XXX məxsus olan mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər XXX, XXX, XXX, XXX, XXX və XXX həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi, XXX və XXX arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(060)-174/2019 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbi qismən təmin edilmiş, iddiaçı XXX ilə cavabdeh XXX arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh XXX iddiaçı XXX xeyrinə kredit müqaviləsinə əsasən 21831,46 manat məbləğində əsas borc, 2993,79 manat məbləğində faiz borcu, 23,34 manat cərimə borcu olmaqla, cəmi 24848,59 manat məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunu və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan cavabdeh XXX məxsus XXXlı, 83,3 kv.m. ümumi, 53,1 kv.m. yaşayış, 30,2 kv.m. yardımçı sahədən ibarət olan XXX saylı evin 52 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışınd an əldə olunmuş pul vəsaiti hesabına cavabdeh XXX banka olan 21831,46 manat məbləğində əsas borc, 2993,79 manat məbləğində faiz borcu, 23,34 manat cərimə borcu olmaqla, cəmi 24848,59 manat məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçı XXX ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın cavabdeh XXXluna məxsus XXXlı, 83,3 kv.m. ümumi, 53,1 kv.m. yaşayış, 30,2 kv.m. yardımçı sahədən ibarət olan XXX saylı evin 52 nömrəli mənzilinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehlər XXXlunu, XXXnı, XXX XXXlunu, XXX və XXXın həm in mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-2557/2019 nömrəli qətnaməsi ilə cavabdeh XXXlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(060)-174/2019 nömrəli qətnaməsi əsas və faiz borcuna dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddianın həmin hissədə qismən təmin olunması, cavabdeh XXXlundan iddiaçı XXX xeyrinə kredit müqaviləsinə əsasən 7612,72 manat məbləğində əsas borcun tutulması, qətnamənin qalan hissədə - iddiaçı XXX ilə cavabdeh XXXlu arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh XXX lundan iddiaçı XXX-nin xeyrinə 23,34 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan cavabdeh XXX məxsus XXXlı, 83.3 kv.m. ümumi, 53.1 kv.m. yaşayış, 30.2 kv.m. yardımçı sahədən ibarət olan XXX saylı evin 52 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun XXX ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın cavabdeh XXXluna məxsus X XX, 83.3 kv.m. ümumi, 53.1 kv.m. yaşayış, 30.2 kv.m. yardımçı sahədən ibarət olan XXX saylı evin, 52 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər XXXlu, XXX, XXXlu, XXXlu, XXX və XXX qızının həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi hissəsində cavabdeh XXX apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatının apellyasiya şikayəti vermiş XXX özünə aid edilməsi, 5 manatının iddiaçı XXX-dən tutularaq ona verilməsi, iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat məbləğində pulun iddiaçı XXX-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı XXX (k eçmiş XXX) və vəkili XXX kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli 2(105)-2557/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKI VƏ İZAHATLARI: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmənin cavabdehin borcunun məbləğini müəyyən edərkən istinad etdiyi ekspert rəyi ilə borc düzgün hesablanmamışdır. Cavabdeh XXXlu və XXXlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə on un izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili, habelə digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilm əsini xahiş etsə də, kassasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, qətnamə yalnız əsas borcunun qismən tutulması və faiz borcunun tutulmaması hissəsində mübahisələndirilir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya baxışının hədlərini müəyyən edərkən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız əsas və faiz borcunun müəyyən edilməsi hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən XXX (hazırda XXX) və XXX arasında 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə iddiaçı cavabdehə 60 ay müddətinə, illik 25% ödəmək şərti ilə 35000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, cavabdeh XXX mülkiyyətində olan XXXlı, 83,3 kv.m. ümumi, 53,1 kv.m. yaşayış, 30,2 kv.m. yardımçı sahədən ibarət olan 8A saylı evin, 52 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı XXX cavabdeh XXXlunun 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 21831,46 manat məbləğində əsas, 2993,79 manat məbləğində faiz, 23,34 manat cərimə borcu olmaqla, cəmi 24848,59 manat məbləğində borcunun olmasını iddia etmiş, həmin borcun mövcudluğunu sübut etmək məqsədi ilə məhkəməyə 12 sentyabr 2018-ci il tarixli maliyyə arayışını təqdim etmiş və birinci instansiyası məhkəməsi həmin sənədi əsas götürməklə iddianı mübahisələndir ilən hissədə təmin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 08 noyabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 07 iyun 2019-cu il tarixə XXX banka olan borcu 7612,72 manat, o cümlədən əsas borc üzrə 7612,72 manat, faiz borcu üzrə 0,00 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini nəzərə alaraq, əsas borcu müəyyən etmiş, faiz borcunu isə cavabdehdən tutmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə ape llyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları əsasında keçirilmiş və alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün hə ll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı XXX (keçmiş XXX) və vəkili XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-2557/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3118/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3118/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver