Məhkəmə qərarları › İş №2(102)-3120/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3120/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3120/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:müqavilə üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-593/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1461/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqısı müqaviləsinə xitam verilmiş, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-280/2021 nömrəli qətnaməsinə əsasən "xxxx" MMC-dən 11653,31 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 3. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarix li MXK-593 saylı məktuba əsasən X” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 180 ay müddətinə, 26670 manat kredit rəsmiləşdirilmişdir. Müvafiq kredit müqaviləsi üzrə (sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 150 manat olmaqla) hazırkı dövrədək cəmi 11653,31 manat, bundan 2342,77 manat əsas borc, 9310,54 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2020-ci il tarixə İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında 24327,23 manat əsas, 4492,47 manat faiz borcu, ümumilikdə isə 28819,70 manat icra edilməmiş borc öhdəliyi mövcuddur.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3907/2021 nömrəli qətnaməsi ilə İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327,2 3 manat əsas borc (əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla) və 6945,35 manat faiz borcu olmaqla, cəmi 31272,58 manat borcun və 30,40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)623/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)3879/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-62 3/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-dən iddiaçının xeyrinə 26670 manat, habelə illik 5 faiz olaraq 10374 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “X” yaşayış massivinin 28 saylı küçəsindəki bina 5, m ərtəbə 11, ümumi sahəsi 31,2 kvadrat metr olan 1 otaqlı, 87 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür.

9. Həmçinin, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015- ci il tarixdə bağlanmış 6-xx-xx-2015-YS-AAAFAE saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçıya bank tərəfindən 87 saylı mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi hesablanmaqla 26670 manat kredit verilmişdir.Kredit müqaviləsinə əsasən 87 saylı mənzilin əldə edilməsi üçün "xxxx" ASC Müştəri Xidməti departamenti tərəfindən iddiaçıya 26670 manat kredit rəsmiləşdirmişdir. Rəsmiləşdirilmiş kreditə görə 1 faiz komisyon haqqı tutularaq, qalan 26403 manat vəsait iddiaçı tərəfindən məxaric edilərək "xxxx" MMC-nin hesabına mədaxil edilmişdir. Göründüyü kimi, i ddiaçı mənzilin alınması üçün "xxxx" ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəmələri həyata keçirmişdir. Buna baxmayaraq, müqavilə ilə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmişdir.

9. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddia tələbinin əsası qismində istinad etdiyi işin hallarına artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Hazırkı iddia tələbi üzrə MMC-dən 31272 manat məbləğinin iddiaçının xeyrinə tutulmasının hüquqi əsası yoxdur, ümumiyyətlə, iddiaçının tələb etmək hüququ yaranmamışdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müqavilə üzrə ödənilmiş 2970 manat vəsaitin MMC-dən alınaraq iddiaçıy a ödənilməsi qət edilmişdir (2970 manat məbləğ ilkin ödəniş məbləğini təşkil edir); - Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, MMC-dən 11653,31 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (11653.31 manat borcalan tərəfindən "xxxx" ASCnə ödənilmiş məbləğ təşkil edir); - Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və "xxxx" MMCdən müştərək qaydada 24327,23 manat əsas (əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla), 6945,35 manat faiz borcu olmaqla, cəmi 31272,58 manat məbləğin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir; məhkəmə aktları ilə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-29-2015- YSAAAF-AE saylı kredit müqaviləsi üzrə ödənilmiş və ödənilməmiş kredit vəsaitinə görə vəziyyətləri müəyyən edilmişdir. Lakin iddiaçının MMC-dən tələb etdiyi 31272 manat məbləğin əsasını, necə formalaşdığını və ya yarandığını müəyyən etmək mümkün deyildir. Çünki bank tərəfindən kredit müqaviləsi üzrə 26670 manat kredit vəsaiti ayrılmış vəistifadə edilmişdir. İddiaçı tərəfindən ödənilmiş 2970 manat məbləğin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə geri qaytarılması qət edilmişdir; - kredit müqaviləsi üzrə ödənilməyən kredit vəsaitinin müştərək qaydada banka geri qaytarılması Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilmişdir. Belə olan halda, tələb olunan 31272 manat məbləğinin əsasının nədən yarandığı iddia tələbindən müəyyən olunur. Xüsusilə, qətnamə üzrə tələb iddiaçı tərəfindən ödənilməmişdir. Ehtimal edilsə ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə məbləği banka ödədiyi halda həmin məbləğə münasibətdə reqress hüququ yaranmışdır, belə olan halda, iddiaçının hazırki tələb üzrə hüququ ümumiyyətlə yaranmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı, ümumiyyətlə, pretenziya qaydalarına riayət etməmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilərək, cavabdehdən ödənilməli olan pul vəsaitinə görə 26.670 manat və dövlət rüsumuna görə 184 manat olmaqla, ümumilikdə 26.854 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddianın qalan hi ssədə təmin edilməməsi qət edlmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmış, iddiaçı ilə MMC-nin bağladığı xx.xx.2015-ci il tarixli, ABB YM2015 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, MMC ünvan 1 ünvanda “X” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş 5 saylı binanın 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 31.2 kv.m-dən ibarət 1 otaqlı 87 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin dəyəri olaraq 29.640 manat pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qətnamələrinə əsasən borcverən "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-29-03- 2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən, bank borcalana mənzilin alınması üçün 26.670 manat kredit vəsaiti ni verməyi, borcalan isə müqaviləyə əsasən, krediti almağı və kredit, ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

12. Beləliklə, iddiaçı mənzilin dəyərindən 2.970 manat pul vəsaitini şəxsi vəsaiti hesabına, qalıq 26.670 manat pul vəsaitini isə bankdan götürdüyü kredit vəsaiti hesabına ödəmişdir. Göründüyü kimi, mənzilin dəyəri olaraq qalıq 26.670 manat pul vəsaitinin bankdan kredit olaraq götürülüb MMC-nin hesabına ödənilməsi məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur.

13. İddiaçı tərəfindən ödənilmiş ilkin ödəniş və 11653.31 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1461/2020 saylı və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)280/2021 saylı qətnamələri qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı müqaviləyə əsasən, ona təhvil verilməli olan mənzilin dəyərinə görə MMC-yə ödənilmiş 26.670 manat pul vəsaitinin və illik 5 faiz hesablanmaqla 10.374 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mənzilin alğı-satqısı müqaviləsi olmuş və cavabdeh MMC müqavilə ilə iddiaçıya satılmış mənzili ağlabatan müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsini xatırlatmaqla cavabdehin iddiaçı qarşısında müqaviləni icra etmək öhdəliyini yaratmışdır. xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklər 5 ildən artıq müddət ərzində icra edilmədiyindən və bu hal iddiaçın ın mənzillə təmin olunmaq hüququnu pozduğundan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1461/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ilkin ödənişin, yəni, 2.970 manat pul vəsaitinin MMC-dən tutulması öz təsdiqini tapmışdır. Bununla da ilkin ödənişin ödənilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarıldığından, iddiaçının mənzilin dəyəri olaraq qalıq qalmış 26.670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin müqavilə öhdəliklərini icra etməməsi iddiaçını müqavilə üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən iddia tələbləri 26.670 manat pul vəsaitinin qaytarılması hissəsində əsaslıdır.

16. Birinci in stansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarını rəhbər tutaraq göstərmişdir ki, iddiaçı müqavilə əsasında aldığı mənzilin dəyərindən 2970 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 26.670 manat hissəsini isə bankdan götürdüyü kredit vəsaiti hesabına MMC-yə ödəmişdir. Tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməsə də, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir k i, tikinti şirkəti üçün çoxmənzilli binanın tikilib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağlabatan müddət 3 il müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı iddia tələbində mənzillə təmin olunmadığı 2015-ci ildən etibarən illik 5 faiz olmaqla 10374 manat pul vəsaitinin tutulmasını tələb etmişdir.

18. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddia ərizəsi bu hissədə qismən təmin edilməlidir. İlkin növbədə sözügedən müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla, cavabdeh tərəf tikilinin inşa edilib hansı müddətdə təhvil veriləcəyinə dair hər hansı bir öhdəlik götürməmiş və bununla bağlı müqavilədə bir şərtmüddəa nəzərdə tutulmamışdır. Lakin bununla belə, tikilinin inşa edilib təhvil verilməsi müddəti müqavilədə nəzərdə tutulmamış olsa da, qeyd olunan öhdəliyin icrası ağlabatan müddətdə icra edilməlidir. Beləliklə də, ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə öhdəliyin icrasının mümkün zaman kəsiyində həyata keçirilməsi başa düşülür.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzilin təhvil verilməsi müddətinin ağlabatan müddəti təxmini də olsa, 3 il müəyyən edilə bilər. Müqavilənin bağlanma tarixi “xx.xx.2015-ci il tarixi” nəzərə alınsa, 3 illik ağlabatan müddətə əsasən “xx.xx.2018-ci il tarix”dən etibarən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində keçən 4 il 8 ay müddət üçü n iddiaçıya illik 5 faiz hesablanmaqla ödənilməli olan 6400.8 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 389.1, 405.1, 442, 445.7, 448.1, 567, 1096.1 və 1097.1-ci, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 124.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olmasına baxmayaraq birinci instansiya məhkəməsi hazırki qətnamə ilə xx.xx.2015-ci il tarixli, 6-29- 032015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ayrılmış 26.670 manat məbləğini tamamilə qanunsuz olaraq, təkrar tutulmasını qət etmişdir. Halbuki məhkəmə kredit vəsaiti üzrə 26.670 manat məbləğindən ödənilmiş 2.342,77 manatı təkrar olaraq MMC-dən tutmuşdur. Mübahisələndirilən qətnamədə əsaslandırıcı və nəticə hissələri ziddiyyət təşkil edir. Bu da səthi araşdırmanın nəticəsidir. O ki qaldı, İddiaçı "xxxx" ASC-nin xeyrinə 21.984,46 manat əsas kredit borcunun tutulmasının qət edilməsinə, həmin məbləğin İddiaçı tərəfindən bankda ödənilməməsinə baxmayaraq məhkəmənin İddiaçı xeyrinə “vizual” qaydada tələb hüququnu formalaşdırması maddi və prosessual hüquq normalarına tam ziddir. "xxxx" ASC ilə borc alan İddiaçı arasında ba ğlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015- YSAAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 11 (borcalanın hüquqları) və 12-ci (borcalanın vəzifələri) bəndlərində ayrılmış kredit vəsaiti üzrə tələb hüququnu əldə edilməsi barədə müddəa göstərilməmişdir. Həmin Təminatlı kredit müqaviləsinin 8-ci bəndində vaxtından əvvəl tələbetmə, 17-ci bəndində müqavilənin qüvvədə olma müddəti və 18-ci bəndində tətbiq edilən hüquq müddəaları öz əksini tapmışdır. Belə qənaətə gəlmək olar ki, xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015- YSAAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə hər iki tərəfin borcverən, iddiaçı qismində çıxış etmiş "xxxx" ASC-nin və borcalan, cavabdeh qismində çıxış etmiş İddiaçı tələb hüququ yaranır və istifadə edir. Maddi hüquq norması eyni müqavilə münasibətləri üzrə kredit öhdəlikləri icra edilmədiyi halda qarşı tərəflərə qarşılıqlı şəkildə tələb hüququnu yaratmır. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress qaydasında tələb hüququna malikdir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflis olma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhz həmin tələb etmək hüquq üzrə "xxxx" ASC çıxış etdiyi halda, İddiaçı tərəfindən irəli sürülməsi və tələb edilməsi əsassızdır. Göründüyü kimi rayon məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hazırda cavabdehin məsuliyyət həddi Abşeron Rayon Məhkəməsinin 2(012)280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhdudlaşmış və müəyyənləşdirilmişdır. Lakin mübahisələndirilən məhkəmə aktı cavabdeh MMC üçün əsassız və qanunsuz öhdəlik yaradır. Məhkəmə müəyyən edilmiş faktlara istinad etməyərək, birtərəfli, MMC-dən Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2.342,77 manat məbləğini və MMC-dən Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3907/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 21.984,46 manat məbləğini təkrar olaraq İddiaçı xeyrinə tutulmasını qət etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari) apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbində "xxxx" ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6-xx-xx2015-YS-AAAF-AE saylı kredit mü qaviləsinə əsasən mənzil üçün ödənilmiş 11.653,31 manat pul vəsaitinin, dəymiş zərərlə bağlı 12.600 manat pulun, dəymiş mənəvi zərərlə bağlı 10.000 manat məbləğində pulun tutulmasını tələb etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə görə MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş kimi ödədiyi 2.970 manat pul vəsaiti, eləcə də mənzilə görə ödədiyi 11.653,31 manat pulun MMC-dən tutulmasına dair məhkəmə qərarları mövcuddur. Belə olan halda, hazırkı iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb etdiyi 11.653,31 manat pul vəsaiti Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)280/2021 saylı qətnaməsinə əsasən cavabdehdən tutulmuşdur. Bununla da, hazırkı iddia tələbinin əsasını təşkil edən müqavilə üzrə mənzilə ödənilmiş 11.653,31 manat məbləğində pul cavabdehdən tutulmuşdur. Belə olan halda məhkəmə qətnaməsinə əsasən mənzilə görə ödənilmiş 11.653,31 manat pul məbləği təkrar məhkəmə qaydasında tutula bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin digər hissələri ilə bağlı qeyd etmişdir ki, tələbin dəymiş maddi zərərlə bağlı 12.600 manat pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10.000 manat pul vəsaitinin tələb edilməsi ödənilmiş 11.653,31 manat məbləğində pulun tutulması tələbindən doğan tələb olduğundan və tələb həmin hissədə əsassız olduğu üçün təmin edilmədiyindən, bu hissələrdə də təmin edilə bilməz.

27. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçının hazırkı iddianı qaldırmaq hüququ yoxdur. Belə ki, iddiaçı banka olan borcu ödədiyi halda hazırkı iddianı qaldıra bilərdi. İş materiallarından isə görünür ki, iddiaçı banka olan borcunu ödəməmişdir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 385.1, 389.1, 405.1, 442, 448.1, 567, 1096.1, 1097.1-ci, habelə MPM-in 14.2, 77.1, 88, 217.4, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. İddiaçı (vəkil əhərrəmov Əbdül Azər oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin birinci instansiya məhkəməsinin təmin etdiyi hissədə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və ə lavə olaraq göstərilmişdir ki, mənzilin alınması üçün "xxxx" ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəmələri həyata keçirmişdir. Buna baxmayaraq, müqavilə ilə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli qətnaməsi ilə MMC-dən 11653,31 manat məbləğində pul tutulmuş, lakin vurulmuş ziyanla bağlı tələb rədd edilmişdir. Lakin məhkəmə bir məqamı nəzərdən qaçırmışdır ki, iddiaçının tələbi vurulmuş zərər yox, sadəcə MMC-yə ödədiyi pul vəsaiti və onun geri qaytarılmamasına görə qanun üzrə illik beş faizdir. Bu səbəblə də, məhkəmə sözügedən qətnamə ilə iddiaçının indiki tələbinin hüquqi mahiyyətinə fikir verməmiş, cavabdehin əsass ız varlanmasına şərait yaratmışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4718/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (məruzəçi), V.M.Məmmədov və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,apellyasiya instansiyası məhkəməsi 11653,31 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə olduğu üçün həmin məbləğin cavabdehdən təkrar olaraq tutulmasının yolverilməzliyini düzgün olaraq qeyd etsə də, "xxxx" ASC tərəfindən cavabdehə ödənilmiş 26.670 manat pulun 11.653,31 manatı çıxılmaqla qalan məbləğin iddiaçıya ödənilməli olub-olmamasına qiym ət verməmişdir.

33. İşdə olan və istinad edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzil tikintisi ilə bağlı podrat münasibətləri olmuş, iddiaçı tikilən mənzilin ümumi dəyərinin 29640 manatından ilkin məbləğ olan 2970 manatı öz hesabına ödəmiş, qalan 26.670 manat isə "xxxx" ASC tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə (podrat münasibətlərinə) xitam verilmişdir.

34. Mülki Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərəhansısa marağı olsun.

35. Qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə (podrat münasibətlərinə) xitam verilməsi, iddiaçının podrat müqaviləsi üzrə işlərə marağının olmaması qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. İddiaçının hazırkı tələbi ləğv edilmiş podrat müqaviləsi üzrə cavabdehə ödənilmiş pulun qaytarılması barədədir. Buna görə də iddiaçının adından Bank tərəfindən cavabdehin hesabına köçürülmüş 26.670 manat pulun, 11.653,31 manat istisna olunmaqla, qalan hissəsini tələb etməyə haqqının çatıb-çatmaması Mülki Məcəllənin 759.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli idi.

36. Apellyasiya instansiyası məhkəməsi isə 11.653,31 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə olduğu ü çün həmin məbləğin cavabdehdən təkrar olaraq tutulmasının yolverilməzliyini qeyd etməklə kifayətlənmiş, qalan məbləğlə bağlı iddia tələbi üzrə hər hansı nəticəyə gəlməmişdir.

37. Həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçının banka olan borcu ödədiyi halda hazırkı iddianı qaldıra bilməsi barədə gəldiyi nəticə də əsaslı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının hazırkı tələbi cavabdehlə öz arasında olan podrat münasibətlərindən irəli gələn tələbdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin tələbə "xxxx" ASC-nin iddiaçı və cavabdehlə bağladığı kredit və zaminlik müqavilələrindən irəli gələn tələb kimi qiymət vermişdir. Üstəlik, həmin kredit müqaviləsi üzrə iddiaçı borclu, cavabdeh isə zamindir. Belə olan halda, iddiaçının əsas borclu olaraq krediti ödədiyi halda, yalnız hazırki iddianı verə bilməsi reqress tələbini nəzərdə tutur ki, bu tələb hüququ da zaminə aiddir. (Mülki Məcəllə, 475-ci maddə).

38. Apellyasiya instansiyası məhkəməsi şərh edilənlərə əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin tikintisi üçün cavabdehə kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən ödənilən 26.670 manatın cavabdehdən tutulması barədə iddia tələbinə düzgün qiymət verməmişdir.

39. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin iddianın dəymiş maddi zərərlə bağlı 12.600 manat və mənəvi zərərlə bağlı 10.000 manat pul vəsaitinin tələb edilməsi hissəsini rədd etmişdir.

40. Əvvəla, maddi zərərlə bağlı 12.600 manat barədə iddianın haradan qaynaqlanmasını işdən görünmür. Belə ki, iddiaçı iddia tələbini dəyişdirməklə (i.v.86) son olaraq öz xeyrinə cavabdehdən 26.670 manat, həmçinin illik 5 faiz hesablanmaqla 10.374 manat pul tutulmasını xahiş etmişdir. Bankın cavabdehə ödədiyi 26.670 manatdan iddiaçının xeyrinə tutulan 11.653,31 manat çıxıldıqda da bu məbləğ 15.016,69 manat edir. İllik 5 faizi də iddiaçı 10.374 manat həddində göstərmişdir. Buna görə də 12600 manatın bir məbləğ olaraq nədən ortaya çıxmasını qətnamədən görmək olmur.

41. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi illik 5 faizlə bağlı tələbin qismən əsaslı olmasını qətnamənin əsaslandırıcı hissəsində göstərsə də, nəticə hissəsində həmin iddianı təmin etməmiş, iddiaçı da bundan şikayət verməmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizədə iddiaçının mənəvi zərərlə bağlı tələbi olmamış, birinci instansiya məhkəməsi də həmin tələb üzrə hər hansı araşdırma aparmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsi həm iddiada olmayan, həm də apellyasiya qaydasında mübahisələndirilməyən tələblərə üzrə – dəymiş mənəvi zərərlə bağlı 10.000 manat və maddi zərərlə bağlı 12.600 manat pul vəsaitinin tutulması – qətnamə çıxarmaqla apellyasiyanın həddindən və iddia tələbindən kənara çıxmış, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

43. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 385.1, 389.1, 405.1, 442, 448.1, 567, 1096.1, 1097.1-ci, MPM-in 14.2, 88, 416.1, 416.2, 417.1.1, 417.1.2, 417.1.3, 417.1.4, 418.1, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 1 may 2024-cü il tarixli, 2(105)-593/2024 saylı qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən, məruzəçi), İ.K.DəmirovvəF.Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmiş, cavabdeh "xxxx" MMC-dən 15.016,69 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

45. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə tam düzgün nəticəyə gəlməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

47. Beləliklə, tərəflər arasında mənzil tikintisi ilə bağlı podrat münasibətləri yaranmış, iddiaçı ilə "xxxx" MMC-nin bağladığı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş 5 saylı binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 31.2 kv.m-dən ibarət 1 otaqlı 87 saylı mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin dəyəri olaraq 29640 manat pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı mənzilin dəyərindən 2970 manat pul vəsaitini şəxsi vəsaiti hesabına, qalıq 26.670 manat pul vəsaitini isə "xxxx" ASC-dən götürdüyü kredit vəsaiti hesabına ödəmişdir. İşin hallarından görünür ki, "xxxx" MMC mənzilin tikintisinə dair müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatanmüddətdə icra etməməsinə görə, iddiaçı onunla tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pulun iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

48. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 1461/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

49. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-280/2021 saylı qətnam əsi ilə "xxxx" MMC-dən 11.653,31 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

50. Hal-hazırda qətnamənin mübahisələndirilən hissəsi birinci instansiya tərəfindən təmin edilən ödənilmiş pul vəsaitin geri qaytarılmasıdır.

51. Məhkəmə kollegiyası İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin dəyəri olan 29.640 manatı tam ödədiyini və yuxarıda qeyd olunmuş qətnamələri ilə 2.970 manat və 11.653,31 manat məbləğində pul vəsaitin "xxxx" MMC-dən alınaraq iddiaçının xeyrinə tutulmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının müqavilə üzrə tələb etdiyi məbləğdən 15.016,69 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır.

52. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 421.2, 425.1, 427.2, 443.1, 752.1-ci, MPM-in 14.2, 77.1, 103.1, 119.1, 217.3, 217.4, 384.0.3 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

53. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tərəflər arasında 19 iyul 2024-cü il tarixində bağlanmış barışıq sazişinin təsdiq edilərək icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

54. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 24-cü, Mülki Məcəllənin 2, 14, 21, 196, 385, 443, 448, 453, 454, 509-cu, MPM-in 5, 8, 9, 14, 82, 417 və 418-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehin məsuliyyət həddi Abşeron Rayon Məhkəməsinin 2(012)- 280/2 021 nömrəli, xx.xx.2021-ci il tarixli və 2(012)-3907/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri ilə məhdudlaşmış və müəyyənləşdirilmişdır. Lakin hazırda mübahisələndirilən məhkəmə aktı cavabdeh MMC üçün əsassız və qanunsuz öhdəlik yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəf olan hüquqi şəxsin müdafiə hüququnu pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi 15.016,69 manat məbləğdə pul vəsaitini zərər kimi qiymətləndirmişdir. Bu tamamilə yanlışdır. Belə ki, İddiaçı verilmiş 29.640 manat kredit məbləğindən 2.970 manat ilkin ödəniş məbləği və məhkəmə aktında qət edilmiş 11.653,31 manat həcmində tələb azaldılmaqla qalıq 15016.69 manat məbləğinin zərər kimi qiymətləndirilməsi maddi normaya ziddir. Bundan başqa, iddiaçıməhkəmə iclasında cavabdeh MMC-nin ona 4653 manat bo rcunun qaldığını bildirməsinə baxmayaraq məhkəmənin yekun aktında hüquqi qiymət verilməməsi və cavabdeh MMC-dən təkrar olaraq fərqli məbləğin tutulması tamamilə ədalətsizlikdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində İddiaçı və Cavabdehndən müştərək qaydada 24327,23 manat əsas borc, 6.945,35 manat faiz borcu olmaqla, cəmi 31.272,58 manat və 30.40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sözügedən məhkəmə aktına əsasən iddiaçıya ayrılmış 29.640 manat kredit vəsaitinə dair xx.xx.2015ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsi üzrə tələb hüququndan artıq ABB Bank istifadə etmiş və tələbin müştərək qaydada tutulması qət edilmişdir. Belə olan halda, mübahisələndirilənapellyasiyainstansiyası məhk əməsinin məhkəmə aktı ilə ziddiyyət təşkil etmişdir. Belə bir qənaətə gəlmək olar ki, 29640 manat kredit vəsaitinə dair tələb hüququndan iki dəfə istifadə etmişdir. Qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və 2(012)-3907/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri ilə İddiaçı və "xxxx" ASC-nin hüquq və vəzifələrinə, sübutlara qiymət verilməsinə baxmayaraq hazırda mübahisələndirilən məhkəmə aktında sübutlara fərqli qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutların yenidən fərqli qiymətləndirilməsi mövqeyini Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4718/2023 nömrəli qərarına istinad edərək yanlış əsaslandırmışdır. Apellyasiya instansiyasi məhkəməsi tərəfindən prosessual hüquq normal arı pozulmuşdur. Belə ki, hər iki tərəf qarşılıqlı barışıq niyyətləri barədə məhkəməyə bildirmələrinə baxmayaraq, əhəmiyyət verilməmiş və ədalət tarazlığını qorumadan yekun məhkəmə aktı qəbul edilmişdir. Bu da tərəflər arasında süni formalaşmış narazılıqla qarşılaşmışdır. Halbuki sonuncu məhkəmə iclasında tərəflər arasında barışıq sazişi tərtib edilmiş, lakin Sazişin şərtlərinin razılaşdırılması üçün qısa müddətin tələb olunmasına baxmayaraq apellyasiya instansiyası tərəfindən şərait yaradılmamışdır. Ədalət mühakiməsini həyata keçirən məhkəmənin əsas məqsədlərindən biri də tərəflərin barışıq mövqeyinə gəlməsi, hər iki tərəfin maraqlarının təmin edilməsi və qarşılıqlı olaraq ədalətin bərqərar olmasıdır. Lakin apellyasiya instansiyası məhkəməsi naməlum səbəblərdən səthi, əsassız və ziddiyyət li məhkəmə aktı qəbul etməklə kifayətlənmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

57. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

58. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

59. Maddə 385.1. Öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

60. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

61. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mü hüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

62. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

63. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

64. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 6

5. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir.

66. Maddə 1097.1. Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh "xxxx" MMC tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 78.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayə tinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 79.Cavabdeh "xxxx" MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

80. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə tam düzgün nəticəyə gəlməmişdir.

81. Apellyasiya instansiyası məhk əməsi qeyd etmişdir ki, tərəflər arasında mənzil tikintisi ilə bağlı podrat münasibətləri yaranmış, iddiaçı ilə "xxxx" MMC-nin bağladığı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, MMC ünvan 1 ünvanda “X” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş 5 saylı binanın 11-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 31.2 kv.metr olan 87 saylı mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin dəyəri olaraq 29.640 manat pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı mənzilin dəyərindən 2.970 manat pul vəsaitini şəxsi vəsaiti hesabına, qalıq 26.670 manat pul vəsaitini isə "xxxx" ASC-dən götürdüyü kredit vəsaiti hesabına ödəmişdir.

82. İşin hallarından görünür ki, "xxxx" MMC mənzilin tikintisinə dair müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə icra etmə məsinə görə, iddiaçı onunla tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

83. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 1461/2020 saylı qətnaməsi ilə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 2.970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

84. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-280/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-dən 11.653,31 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

85. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, hal-hazırda qətnamənin mübahisələndirilən hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilən ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlıdır.

86. Apellyasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə mənzilin dəyəri olan 29.640 manat pul vəsaiti tam ödənildiyindən və yuxarıda göstərilən məhkəmə aktı ilə 2.970 manat və 11.653,31 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmasını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının müqavilə üzrə tələb etdiyi məbləğdən 15.016,69 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

87. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdeh "xxxx" MMCnin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, MMC k assasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etdiyindən, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

88. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikay əti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 may 2024-cü il tarixli, 2(105)-593/2024 saylı qətnaməsi mübahisədəndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar