Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3121/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1406/2020 nömrəli, 4 iy un 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 İddiaçı qızı, digər Cavabdeh1 kürəkəni, Cavabdeh3 isə nəvəsidir.
2. Hal-hazırda mübahisəli olan, Sumqayıt şəhəri, 76-cı məhəlllədə yerləşən 3 saylı torpaq sahəsinin və ya orada yerləşən tikililərin tərəflərdən hər hansı birinin istifadəsinə və ya mülkiyyətinə verilməsi barədə sənəd təqdim olunmamışdır. Lakin İddiaçı və həyat yoldaşı Asya Səfərova qeyd edilən ünvanda 1999-cu il tarixdən qeydiyyata götürülüb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, gözəllik salonu və evin sökülməsi, ağacların və toyuqların məhv edilməsinə görə maddi və mənəvi zərərin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının yazılı razılığı olmadan onun əkib becərdiyi torpaq sahəsinə daxil olmuş, keyfiyyətli, bar verən ağaclarını kəsdirmişlər. X1 ev tikmək üçün yiyələndiyi torpaq sahəsində gözəllik salonu, daha sonra ev inşa etdirmişlər. Cavabdehlər birgə yaşayış qaydalarını pozmuş, mütəmadi olaraq qonşuları da narahat edən hərəkətlər etmişlər. Həmçinin iddiaçının oğurluq və narkomanlıqla təqsirləndirməklə şərəf və ləyaqətini alçaltmış, onu təhqir etmişlər.
5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edər ək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, oğlu Ədalət 1983-cü ildə mübahisəli torpaq sahəsini zəbt edərək, oranı hasarlamış və çəpərə almışdır. 1984-cü ildə o, bir dostunun dəmir konteynerini mübahisəli torpaq sahəsinə aparmış, həmin ildən etibarən orada yaşamışdır. Bu müddət ərzində torpağı əkib becərmişdir. Bir müddət sonra həmin torpaq sahəsində ev inşa etdirmişdir. Mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı iddiaçının işinə Sumqayıt Şəhər Məhkəməsinə baxılmaqdadır. Cavabdehlər iddiaçıya məxsus həmin torpaq sahəsində onun razılığı olmadan gözəllik salonu inşa etdirmiş, onun yetişdirdiyi ağacları kəsmişlər.
6. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, o, 1983-cü ilədək valdeynləri ilə birg ə yaşayırdı. Mübahisəli torpaq sahəsini onlar birgə tutmuşlar. O zaman valideynləri torpaq sahəsinin bir hissəsinin ona məxsus olmasını bildirmişlər. Həyat yoldaşı ilə birlikdə 3 ildir ki, həmin torpaq sahəsində ev inşa etdirmişlər. Onların ev tikdirməkdə məqsədi xəstə anasına baxmaq idi.
7. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 bildirmişdir ki, torpaq sahəsində ev inşa edilən zaman iddiaçı özü də orada idi və buna etiraz etməmişdir.
8. Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin 668 nömrəli, xx.xx.2018-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdsi yaşayış evində yaşayır.
9. Sumqayıt şəhər İcra Hakimiyyəti memarlıq və Şəhərsalma İdarəsinin Cavabdeh3 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda Sumqayıt şəhəri, 76- cı məhllə ərazisində yerləşən 102 kv.m sahədə tikilinin inşası məqsədilə müracətə baxıldığı qeyd olunmuşdur.
10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-52/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı tələblə müraciət etmək üçün ilk növbədə, mübahisəli tikillilərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və ya digər qanuni əsaslarla istifadəsində olduğunu və yaxud həmin tikililərin onun hər hansı hüququnu pozduğunu sübut etməlidir. Lakin tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, müahisəli torpaq sahəsi zəbt olunmuş torpaq olmaqla, nə iddiaçının, nə də cavabd ehin mülkiyyətindədir. Yəni iddiaçının həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur. Eyni zamanda, iddiaçı cavabdehlər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş ev və gözəllik salonunun onun hansı hüquq və mənafelərinə toxunduğunu əsaslandıra bilməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
12. Eyni zamanda cavabdehlərin təqdim etdikləri sənədlərdən göründüyü kimi inşa edilən tikili ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumatlandırma icraatı qydasında məlumat verilmiş, həmin orqan tərəfindən cavabdehlərə bununla bağlı etiraz edilməmişdir.
13. Məhkəmə iddia tələbinin dəymiş zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbin təmin edilməsi üçün ona vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğunu sübut etməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş maddi ziyanın məbləğini göstərməmişdir. Eyni zamanda iddiaçı ona cavabdehklərin hansı təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəydiyini əsaslandıra bilməmiş, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 21.3, 152.1, 152.5, 152.6, 180.1, 180.2, 180.4, 1096.1 və 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, onun məhkəmə iclasında verdiyi şifahi etirazı müzakirə edi lərək, qərardad qəbul olunmamış, qətnamədə onun izahatı olduğu kimi yazılmamış, çəkişmə prinsipi qərəzli olaraq pozulmuşdur. Həmçinin məhkəmə Cavabdeh3 Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsindən aldığı saxta sənədi araşdırmamış, iddia tələbi əsasında yerli baxış keçirməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1406/2020 nömrəli, 4 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılamışdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Res publikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsində tikdiyi ev qanunsuzdur. Belə ki, orada sənəddə və çertyojda verilmiş ölçülərlə faktiki tikinti tam uyğunsuzdur. Bundan əlavə, bax mayaraq ki, həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir, iddiaçı orada mülkiyyət hüquqlarının əsasını, yəni özünə yaşayış mühiti yaratmaqla ən azı əsaslı və qanuni gözləntiyə malikdir. Yəni gələcəkdə tam əsaslı mülkiyyətçi kimi çıxarış almaq hüququ tanınmışdır.
22. Bundan başqa, məhkəmə maddi və mənəvi ziyanı təmin edilməsi üçün kifayət qədər dəlillərin təqdim edilmədiyini bildirmişdir. Halbuki, iddiaçının həyat yoldaşının xəstəlikdən vəfat etməsi və onun uzun müddət ağır streslər keçirməsi, cavabdehlərin təzyiqləri, hədə-qorxuları, qanunsuz hərəkətləri (kanalizasiya xəttinin həyətə axıdılması – bu işə hal-hazırda iddiaçının şikayəti üzrə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılır) üfunət və xəstə liklərin yaradılması, iddiaçının əzab və əziyyətlə yetişdirdiyi çoxillik, məhsuldar meyvə ağaclarının dibindən kəsilməsi, qanunsuz tikililərin tikilməsi, iddiaçının istifadəsində olan torpaq sahəsinin zəbt edilməsi, onun ruhi xəstə adlandırılaraq bu barədə məhkəmə və polis orqanlarına yalandan ifadələr verilməsi, ictimaiyyət arasında iddiaçının adını “dəli, xəstə” kimi hallandıraraq şərəf və ləyaqətinin alçaldılması və sair cavabdehlər tərəfindən edilən hərəkətlər – bütün bunlar iddiaçıya vurulan maddi və mənəvi zərəri sübut edir.
23. Həmçinin iddiaçının məhkəmə bildirişini alması barədə qəbzlərdə olan imzalar və məhkəmə baxışları zamanı onun çıxışları barədə məhkəmə iclas protokollarında olan ifadələr ona məxsus deyildir. Belə ki, onun məhkəmə iclasları barədə heç bir məlumatı olmamış, bu na görə də, məhkəmədə iştirak etməyərək, ifadələr verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əml ak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
35. Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarla rı və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
36. Maddə 84.(1-ci bənd). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
37. Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada ola n binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin də lillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
48. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
49. İddiaçı əkib-becərdiyi torpaq sahəsində cavabdehlərin inşa etdiyi tikililətin sökülməsini, habelə torpaq sahəsində əkilmiş ağacların məhv edilməsinə görə vurulan zərərin ödənilməsini tələb edir.
50. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
51. Bu baxımdan iddia tələbi mülkiyyətin müdafiəsinə yönəldiyinə görə iddiaçının torpaq sahəsinə hüquqlarının yaranıb yaranmadığı müəyyən edilməlidir. Hüquqlar müəyyən hüquqi faktlar mövcud olduqda yaranır. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Torpaq sahəsi üzərində hüququn yaranması üçün qanuni əsaslar da Torpaq Məcəlləsinin 55-ci maddəsində dəqiq müəyyən edilmişdir. Lakin iddiaçının mübahisəli torpaq sahəsinə hüquqlarını təsdiq edən bu cür sübutlar təqdim edilməmişdir. Buna görə də işə baxmış apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
52. Kassatorun məhkəmə iclasları barədə ona məlumat verilməməsi və məhkəmə iclaslarında iştirak etməməsi barədə dəlilləri əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin 04 iyun 2020-ci il tarixli iclas protokolundan görünür ki, iddiaçı məhkəmə icla sında iştirak etmiş, izahat və vəsatətlər vermiş, habelə qətnamədən çıxarışı almaqdan imtina etmişdir.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən m ülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1406/2020 nömrəli, 4 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilməd