Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3123/2019 26.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı X cavabdehlər X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E TDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddiaçı X cavabdehlər X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X xeyrinə 41097,76 ABŞ dolları məbləğində əsas borc, 4231,50 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 45429,26 ABŞ dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində rüsumunun cavabdehlər X4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada tutulması, tutmanın ipotek a ilə yüklü edilmiş və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, 2-ci döngə ünvanında 0,0372 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 95000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin X olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, 2-ci döngə ünvanında 0,0372 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh3 həmin mənzildən çıxarılmasıqət edilmiş, iddia tələbinin qalan hissəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (s ədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov) Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X8 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddi açı X cavabdehlər X7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, X ilə X8 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli Baş kredit razılaşmasına əsasən bank kredit alana 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. X ilə X8 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən bank cav abdehə 36 ay müddətinə, illik 20 % dərəcəsi ilə 64.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 16 fevral 2016-cı il tarixli, 01 saylı razılaşmaya əsasən X 16 fevral 2016-cı il tarixinə olan 42796,02 ABŞ dolları məbləğində borcunun qaytarılması öhdəliyi illik 18 % faiz ödəməklə 27.06.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 27 iyun 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3, Cavabdeh1 və Məlikov X3 X bağladığı müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. X1 öz öhdəliklərini yerinə yetirmədiyi, krediti lazımi qaydada ödəmədiyi halda onlar öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə qaydada məsuliyyət daşımasın ı öz üzərinə öhdəlik kimi götürmüşlər. İddiaçı X ilə Cavabdeh3 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X tərəfindən cavabdeh X7 27.06.2014-ci il tarixli kredit müqaviləsi üzrə verilən krediti təmin etmək üçün Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 0,0372 ha, ümumi sahəsi 249,8 kv.m yaşayış sahəsi, 76,6 kv.m yardımçı sahəsi, 173.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı X ilə X8 arasında bağlanmış 16.02.2016-cı il tarixli razılaşmaya əsasən 27.06.2014-cü il tarixli kredit müqaviləsinə əlavə və dəyişiklliklər edilməsi ilə əlaqədar olaraq 27.06.2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilmişdir. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən 01 may 2018-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 0.0372 ha, ümumi sahəsi 249,8 kv.m yaşayış sahəsi, 76.6 kv.m yardımçı sahəsi, 173.2 kv,m olan 3 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 103000 (bir yüz üç min) manat, likvid dəyəri 95000 (doxsan beş min) manat, bazar dəyəri 103.000 manat məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətləri n yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən X kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu ya radır. İşin mübahisələndirilməyən hallarına görə, bankla X arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh3 özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verild iyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, b orclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyı r. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-3123/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3123/2019
26.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver