Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3124/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firuddin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli 2(103)-12347/2018 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şik ayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.100 manat məbləğində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 196,50 manat dəbbə pulunun və vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)1618/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 12.074,36 manat məbləğində dəbbə pulu Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Namiq Cəfər ov, hakimlər Şərafət Məmmədova və Vüqar Həsənov) 28 noyabr 2018-ci il tarixli 2(103)-12347/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1618/2018 saylı 20 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli 2(103)-12347/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, mübahisənin əsasında tərəflərin MM-in 896.1-ci maddəsini fərqli təfsir etməsi dayanır. Buna sə bəb isə, qanunda "sığorta dəyəri" deyərkən müqavilə bağlanan andakı dəyərin, yoxsa sığorta hadisəsi baş verən andakı dəyərin nəzərdə tutulmasının konkret göstərilməməsidir. Hesablanmış məbləğlər arasındakı qiymət fərqi də məhz qanundakı bu boşluqdan irəli gəlir. Sığorta şəhadətnaməsinin sığorta şərtləri bölməsində qismən sığorta halının tətbiqi nəzərdə tutulmuşdur. Qanunda qismən sığorta məqsədləri üçün sığorta dəyərinin müqavilə bağlandığı ana və ya hadisə baş verdiyi ana olan sığorta məbləğinə nisbətdə nəzərə alınmalı olduğu göstərilməsə də, sığorta ödənişinin müqavilə bağlandığı ana ona sığorta dəyərinə uyğun hesablanması məntiqli deyil, çünki sığorta haqqı sığorta məbləğinə uyğun hesablanır və bu halda sığortaçı sığorta haqqında nəzərdə tutmadığı, üzərinə götürmədiyi, sığortalının on a ötürmədiyi (bölüşmədiyi) risklərə görə ödəniş etməli olacaq. Bu isə sığorta münasibətlərinin və müqaviləsinin əsaslarına və prinsiplərinə ziddir. İkincisi, məhkəmə qətnamədə də qeyd edir ki, "sığorta hadisəsinin baş verməsi barədə tərəflər arasında fikir ayrılığı yoxdur, fikir ayrılığı yalnız sığorta ödənişinin məbləği barədədir". Göründüyü kimi hazırkı mübahisə üzrə araşdırılan halda sığortaçı tərəfindən hər hansı gecikmə olmamış, sığortalı ilə arasında yaranmış qiymət mübahisəsini həll etməyə çalışmış, sığortalı təklif olunan sığorta ödənişini almamış, sığorta aktını imzalamamış, bank hesabının rekvizitlərini təqdim etməmişdir. Bu halda sığorta ödənişinin həyata keçirilməsi mümkün olmadığından, sığortaçıdan asılı olan səbəbdən hər hansı gecikmə baş verməmişdir. Buna görə də sığortaçı q ərəzli şəkildə ödənişi gecikdirmədiyi üçün dəbbə pulu tətbiq edilə bilməz. Üçüncüsü, "xxxx" MMC-nin təqdim etdiyi hesabat iş üçün mötəbər sübut sayıla bilməz, çünki həmin şirkətin "Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinə əsasən sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs və ya müstəqil ekspert kimi müvafiq reyestrə daxil edilməmişdir. Halbuki, Mülki Məcəllənin 925.2 və 925.3 maddəsinə əsasən sığorta sahəsində zərərin müəyyən edilməsini "Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinə uyğun olaraq müvafiq reyestrə daxil edilmiş sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs və ya müstəqil ekspert müəyyən etməlidir. İş materiallarında həmin reyestrə daxil edilmiş Group Assast MMC-nin rəyi vardır ki, həmin rəyə əsasən sığortalanmış avtomobilin hadisədən dərh al əvvəlki orta bazar qiyməti 28.000 manat təşkil edir. Məhkəmə Mülki Məcəllənin 925.2 və 925.3-cü maddələrinin tələblərini pozmaqla yanaşı, Group Assast MMC-nin rəyinin "sığortaçının müraciəti əsasında verildiyi üçün" əsassız, "xxxx" MMC-nin rəyini "məhkəmənin müraciəti əsasında verildiyi üçün" əsaslı hesab etməklə, MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. Sübutun mötəbərliyini onun "kimin sifarişi əsasında" qəbul edilməsi deyil, qanunvericiliyin tələbləri əsasında əldə edilməsi müəyyən edir. MPM-in 76.3-cü maddəsinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Prosessual məsələlər: Cavabdehin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh Sığorta Şirkəti ASC ilə sığortalı İddiaçı arasında bağlanan 14.11.2016-cı il tarixli, MTRP 409156 saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnamə”yə əsasən İddiaçı məxsus HYUNDAİ markalı, SANTA FE modelli, 90-RV299 dövlət qeydiyyat nişanlı, ban n ömrəsi KMHSU81CDDU030176, mühərrik nömrəsi G4KECU843106, buraxılış ili 2012-ci il olan minik avtomobili Cavabdeh Sığorta Şirkəti tərəfindən 19.000 manat məbləğində sığortalanmışdır. Şərtsiz azadolma məbləği 100 manatdır. Şəhadətnaməyə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda, qismən sığorta tətbiq olunur, yəni sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı məxsus “HYUNDAİ SANTA FE minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.11.2017-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Avtomobilə dəymiş ziyan 13.200 manat müəyyən edilmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh Sığorta Şirkəti ASC-nə məlumat verilmiş və sığ orta ödənişinin verilməsi xahiş edilmiş, lakin Sığorta şirkəti tərəfindən sığorta ödənişi bu günədək verilməmişdir. Cavabdeh sığorta hadisəsinin baş verməsini və dəymiş zərərin məbləğini (13.200 manat) mübahisələndirmir. Lakin cavabdehin mövqeyi ondan ibarətdir ki, müqavilədə qeyd olunan avtomobilin sığorta məbləği 19000 manat, avtomobilin qəzadan sonra olan orta bazar dəyəri isə 28000 manat təşkil edir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə sığorta qaydalarının 32-ci bəndinin 32.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi 67% dəyərində sığortalandığı üçün sığorta ödənişi dəymiş zərərin həmin faiz nisbəti məbləğində - 8.777 manat məbləğində iddiaçıya ödənilə bilər. İddiaçı isə bildirir ki, 14.11.2016-cı il tarixində avtomobilin dəyəri 19.000 manat müəyyən edilərkən tərəfindən cavabdehə dəyərin formalaşmasına təsir edən amillər barədə qəsdən yanlış məlumat verilmədiyindən cavabdehin hazırda həmin dəyəri mübahisələndirməsi əsassız olmaqla bərabər, ona sığorta ödənişinin tam ödənilməsindən yayınmaq məqsədi daşıyır. Məhkəməni qərardadına əsasən iş üzrə keçirilmiş “xxxx” MMC-nin 01 may 2018-ci il tarixli, 37 nömrəli qiymətləndirmə hesabatına əsasən mübahisələndirilən avtomobilin “HYUNDAİ SANTA FE MİNİK” markalı avtomobilin müqavilə imzalanan tarixə 14.11.2016-cı il tarixinə bazar dəyəri 20.600 manat təşkil edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 896.1-ci maddəsinə istinad edərək, 19.000 manat sığorta məbləği ilə 20.600 manat sığorta dəyərinin arasında fərq olduğuna görə və sığorta məbləği sığorta dəyərinin 92,23 faizin i təşkil etdiyinə görə 13.200 manat zərərin 92,23 faizini təşkil edən 12.174,36 manatdan 100 manat franşiza çıxmaqla 12.074,26 manat sığorta ödənişinin verilməsi, o cümlədən həmin məbləğin 26.12.2017-ci il tarixdən hesablanmaqla, iddiaçının tələb etdiyi 15 gün müddətində sığorta ödənişinin gecikdirilməsinə görə 181,05 manat dəbbə pulunun tutulması qənaətinə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə 1-ci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, tərəflərin arasında sığorta münasibəti mövcuddur, iddiaçıya məxsus olan “Hyundai Santa Fe” markalı, **-RV-*** dövlət qeydiyyat ni şanlı avtomobil cavabdeh tərəfindən avtoqəzadan və digər risklərdən sığortalanıb. 14.11.2016-cı il tarixində bu barədə şəhadətnamə verilib, sığorta müddəti həmin tarixdən başlayıb, 14.11.2017-ci il tarixində bitib, sığorta məbləği 19.000 manat müəyyən edilib. Sığorta müddətində08.11.2017-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil mexaniki zədə alıb. Sığorta hadisəsinin baş verməsi barədə tərəflər arasında fikir ayrılığı yoxdur, fikir ayrılığı yalnız sığorta ödənişinin məbləği barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyi r, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin Mülki Məcəllənin 896.1-ci maddəsində nəzərdə tutulmuş sığorta dəyərinin müəyyən edilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, nə tərəflər arasında bağlanmış sığorta müqaviləsində, nə də tətbiq edilməli olan normada sığorta dəyəri müəyyən edilərkən hansı anın əsas götürülməsi dəqiq müəyyən edilməmişdir. Belə olan halda, həmin sığorta dəyərinin cavabdehin qeyd etdiyi kimi sığorta hadisəsinin baş verməsi anına müəyyən edilməsi deyil, müqavilə bağlanan ana müəyyən edilməsi daha məntiqlidir. Çünki tərəflər arasında sığorta münasibətlərindən irəli gələn öhdəliklər məhz sığorta müqaviləsi bağlanan andan əmələ gəlir və həmin müqavilədə göstərilən sığort a məbləğinə münasibətdə sığortalı müvafiq sığorta haqqını ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkin məlidirlər. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, sığorta dəyərinin müəyyən edilməsi ilə bağlı yaranmış bu qeyri-müəyyənlik sığorta sahəsində peşəkar fəaliyyət göstərən cavabdehlə müqayisədə daha əlverişsiz vəziyyətdə olan iddiaçının ziyanına şərh edilə bilməz. Kassasiya şikayətinin dəbbə pulunun tutulması ilə bağlı dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, 934.1-ci və 934.2-ci maddələrinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş tə qdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə kollegiyası cavabdehin 26.12.2017-ci il tarixli məktubla sığorta ödənişindən qismən imtina etməsini, sığorta ödənişini qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyini nəzərə alaraq, məhkəmə tərəfindən müəyyən edilən sığorta məbləğinə müvafiq dəbbə pulunun tutulmasını qanuni və əsaslı hesab edir. Kassasiya şikayətinin 3-cü, avtomobilin dəyərinin müəyyən edilməsi ilə bağlı dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cavabdehin kassasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin 925.2 və 925.3 maddəsi və "Sığorta fəaliyyəti haqqında" Qanunun 1 0.10-cu maddəsi sığorta hadisəsi nəticəsində dəyən zərərin qiymətləndirilməsi üçün və sığortaçı tərəfindən cəlb edilən hüquqi şəxslərin və müstəqil ekspertlərin müvafiq reyestrə daxil edilmiş şəxs olmasını tələb edir. Hazırki halda isə, sığorta hadisəsi nəticəsində dəyən zərər deyil, avtomobilin dəyəri müəyyən edildiyindən cavabdehin həmin normalara istinadı əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbi qində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Sığorta Şirkəti ASC-nin vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli 2(103)-12347/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3124/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3124/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver