Məhkəmə qərarları › İş №2(102)-3126/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3126/2019

06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3126/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli, 2(103)10221/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim E.Mehd iyev) 23.05.2018-ci il tarixli, 2(006)-147/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən 14.11.2013-cü il tarixli, ************* saylı kredit müqaviləsi üzrə 1095.27 manat faiz borcunun, 200 manat cərimə borcunun, cəmi 1295.27 manat kredit borcunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-dən 26.11.2013-cü il tarixli, ************ saylı kredit müqaviləsi üzrə 9279.36 manat əsas, 421.60 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 9750.96 manatın və 13.09.2012-ci il tarixli, ******** saylı X1 üzrə 24301.16 man at əsas kredit borcunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsiqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) 13.11.2018-ci il tarixli, 2(103)-10221/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASCnin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.05.2018-ci il tarixli, 2(006)-147/2018 nömrəli qətnaməsinin apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqav iləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.09.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 26.11.2013-ci il tarixli, ************ saylı kredit müqaviləsi üzrə 14.01.2015-ci il tarix üçün İddiaçı ASC-yə olan 20000 manat əsas borc, 665.54 faiz borcu, 488.89 manat artırılmış faiz borcu olmaqla, cəmi 21154.43 manat məbləğində borcun tutulması, Cavabdeh2 və Cavabdeh1 MMC-dən 14.11.2013-cü il tarixli, ************* saylı kredit müqaviləsi üzrə 16.12.2014-cü il tarix üçün İddiaçı ASC-yə olan 600000 manat əsas borc, 27195.27 faiz borcu, 19200 manat artırılmış faiz borcu olmaqla, cəmi 646395.27 manat məbləğində borcun tutulması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 77 kv.m yaşayış sahəsind ən ibarət mənzilin ilkin satış qiymətinin müəyyən olunması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 77 kv.m yaşayış sahəsindən ibarət mənzilin açıq hərracdan satılması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 77 kv.m yaşayış sahəsindən ibarət mənzilin boşaldılması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 77 kv.m yaşayış sahəsindən ibarət mənzilin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh2 14.11.2013-cü il tarixli, ************* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 16.12.2014-cü il tarix üçün 600000 manat əsas borc, 27195.27 faiz borcu, 19200 manat artırılmış faiz borcu olmaqla, cəmi 646395.27 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi, 13.09.2012-ci il tarixli, ******** saylı X1 Üzrə müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin (Principal) əvəzinə İddiaçı (Bank) tərəfindən “İATA-BSP” (Benefisiar) şirkətinə ödənilmiş 24301.16 manat məbləğində qarantiya ödənişinin Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 tutulması, tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 1 manat xidmət haqqının, 67 manat məbləğində kredit müqavilələrinin surətlərinin notarial təsdiq edilməsi, ümumi olaraq 98 manat məbləğində məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 26.11.2013-ci il tarixli, ************ saylı kredit müqaviləsi üzrə 14.01.2015-ci il tarix üçün İddiaçı ASC-yə olan 20000 manat əsas borc, 665.54 faiz borcu, 488.89 manat artırılmış faiz borcu olmaqla, cəmi 21154.43 manat məb ləğində borcun tutulması, Cavabdeh2 və Cavabdeh1 MMC-dən 14.11.2013-cü il tarixli, ************* saylı kredit müqaviləsi üzrə 16.12.2014-cü il tarix üçün İddiaçı ASC-yə olan 54795.27 faiz borcu, 184800 manat artırılmış faiz borcu olmaqla, cəmi 239595.27 manat məbləğində borcun tutulması, 13.09.2012-ci il tarixli, ******** saylı X1 Üzrə müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin (Principal) əvəzinə İddiaçı (Bank) tərəfindən “İATA-BSP” (Benefisiar) şirkətinə ödənilmiş 24301.16 manat məbləğində qarantiya ödənişinin Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 tutulması, tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 1 manat xidmət haqqının, 67 manat məbləğində kredit müqavilələrinin surətlərinin notarial təsdiq edilməsi, ümumi olaraq 98 manat məbləğində məhkəmə xərclərinin tutulm ası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 26.11.2013-ci il tarixli, ************ saylı kredit müqaviləsi üzrə 14.01.2015-ci il tarixə İddiaçı ASC-yə olan 20000 manat əsas borc, 665.54 faiz borcu, 488.89 manat artırılmış faiz borcu olmaqla, cəmi 21154.43 manat məbləğində borcun tutulması, Cavabdeh2 və Cavabdeh1 MMC-dən 14.11.2013-cü il tarixli, ************* saylı kredit müqaviləsi üzrə 04.05.2016-cı il tarixə İddiaçı ASC-yə olan 54795.27 faiz borcu, 184800 manat artırılmış faiz borcu olmaqla, cəmi 239595.27 manat məbləğində borcun tutulması, 13.09.2012-ci il tarixli, ******** saylı X1 Üzrə müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin (Pr incipal) əvəzinə İddiaçı (Bank) tərəfindən “İATA-BSP” (Benefisiar) şirkətinə ödənilmiş 24301.16 manat məbləğində qarantiya ödənişinin, 41575.33 manat faiz borcunun Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 tutulması, tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 1 manat xidmət haqqının, 67 manat məbləğində kredit müqavilələrinin surətlərinin notarial təsdiq edilməsi, ümumi olaraq 98 manat məbləğində məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi onların məhkəmə iclasının vaxtı və yeri barəd ə, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməmələrini araşdırmamış və hüquqi qiymət verməmiş, prosessual hüquq normasının pozulmasını müəyyən etməmişdir. Həmçinin birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində icraat zamanı işə bank tərəfindən borcun və faizlərin hesablanması barədə məhkəməyə təqdim olunan sübutların həqiqiliyinin və dəqiqliyinin yoxlanması üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası qarşısında belə bir məsələ qaldırılmamış və məhkəmənin mülahizəsi daha çox bankın kredit mütəxəssislərinin verdiyi hesablamalara əsaslanmışdır. Halbuki, ekspert müstəqildir və onun verdiyi rəy daha tərəfsizdir. Onlar iddia tələbini əsas borc hissəsində qəbul e dirlər, lakin iddianın faiz və cərimə borcu hissəsində qəbul etmirlər. Belə ki, banka olan kredit borcu onlar tərəfindən tam ödənilmişdir. Onların banka 14.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 1295 manat, 26.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 9279 manat və 13.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 24301 manat borcları qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən əsas və faiz borcunun düzgün hesablanmasını araşdırmamış, əlavə mühasibatlıq ekspertizası təyin etməmiş, həqiqətə nail olmadan əsassız qətnamə qəbul etmiş və prosessual hüquq normalarını pozmuşdur. Bank tərəfindən məhkəməyə düzgün olmayan maliyyə arayışları təqdim edilmişdir. Hazırda onların son dərəcə ağır olan maddi vəziyyətlərini nəzərə alaraq faiz borcu düzgün hesablanaraq aza ldılmalıdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli, 2(103)-10221/2018 saylı qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabd ehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.11.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.05.2018-ci il tarixli, 2(006)-147/2018 nömrəli qətnaməsinin apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və işdə olanİddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2013cü il tarixli, ************* saylı kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 6 ay müddətinə illik 18 faizlə 600.000 manat məbləğində kredit vəsaiti verilmişdir. İşdə olan İddiaçı ASC ilə «xxxx» MMC arasında bağlanmış 14 noyabr 2013-cü il tarixli, ******** saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cavabdeh «xxxx» MMC borclu Cavabdeh2 qeyd olunan kredit öhdəliyinin vaxtında və lazımınca icra edilməsi üçün bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arası nda bağlanmış 26 noyabr 2013-cü il tarixli, ******** saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 borclu «xxxx» MMC-nin qeyd olunan kredit öhdəliyinin vaxtında və lazımınca icra edilməsi üçün bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2014-cü il tarixli, 105.CL.261113.00001/b saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 borclu «xxxx» MMC-nin qeyd olunan kredit öhdəliyinin vaxtında və lazımınca icra edilməsi üçün bank qarşısında zamin durmuşdur. İşdə olan 13 sentyabr 2012-ci il tarixli, ******** saylı «X1» üzrə müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC «xxxx» MMC-nin xahişi ilə gələcəkdə mətn üzrə «İATABSP» (Benefisiar) şirkətinin xeyri nə 87000 ABŞ dolları məbləğinin ödənilməsinə birbaşa qarantiya təqdim etmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2013-cü il tarixli, Z-******** saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 borclu «xxxx» MMC-nin qeyd olunan kredit öhdəliyinin vaxtında və lazımınca icra edilməsi üçün bank qarşısında zamin durmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2018-ci il tarixli, 28756 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinin surətindən görünür ki, cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və İddiaçı ASC ilə «xxxx» MMC arasında bağlanmış 14 noyabr 2013-cü il tarixli, ************* nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla borclu «xxxx» MMC-nin İddiaçı ASC-yə olan borcu 14.05.2014-cü il tarixə (müqavilə müddəti bitən tarixə 18 faiz hesablanmaqla) 597.000 manat əsas, 7931,50 manat faiz, cəmi 604.931,50 manat, 14.05.2014-cü il tarixdən 16.12.2014-cü il tarixə (iddia ərizəsində tələb edilən tarixə 5 faiz hesablanmaqla) 584.337,26 manat əsas, 3408,63 manat faiz, cəmi 587.745,89 manat, 14.11.2013-cü il tarixdən 16.12.2014-cü il tarixə (iddia ərizəsində tələb edilən tarixə 18 faizlə hesablanmaqla) 597.000 manat əsas, 36613 manat faiz, cəmi 633.613,50 manat, cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və İddiaçı ASC ilə «xxxx» MMC arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, ************ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla borclu «xxxx» MMC-nin 14.01.2 015ci il tarixə İddiaçı ASC-yə olan borcu 26.05.2014-cü il tarixə (müqavilə müddəti bitən tarixə 20 faiz hesablanmaqla) 10.106,49 manat, 26.05.2014-cü il tarixdən 14.01.2015-ci il tarixə (iddia ərizəsində tələb edilən tarixə 5 faiz hesablanmaqla) 8793,63 manat əsas, 99,02 manat faiz, cəmi 8892,64 manat, 26.11.2013-cü il tarixdən 14.01.2015-ci il tarixə (iddia ərizəsində tələb edilən tarixə 18 faizlə hesablanmaqla) 9279,36 manat əsas, 421,60 manat faiz, cəmi 9700,96 manat borcu olduğu müəyyən edilmişdir. İşdə olan İddiaçı ASC-nin 23 aprel 2018-ci il tarixli, 05/343 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 ************* saylı kredit müqaviləsinəəsasən müqavilənin мüddətinin bitdiyi 14 noyabr 2014-cü il tarixə 600.000 manat əsas, 28.095,27 manat faiz, 900 manat cərimə, cəmi 628.995,27 manat kredit borcu yaranmışdır. Kredit müddəti bitdikdən sonra onun tərəfindən 627.000 manat ödəniş edilmiş, həmin məbləğdən 600.000 manat əsas borca, 27.000 manat faiz borcuna silinmişdir. Onun cəmi 1095.27 manat faiz borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər apelyasiya şikayətində kredit borcunu mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Həmçinin apelyasiya şikayətində ekspert rəyi ilə razılaşmamanın konkret əsasları göstərilməmiş, məhkəmə baxışı zamanı isə rəyin mötəbərliyinə şübhə yaranmamışdır. Cavabdehlər apelyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsi tərəfindən onlara məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməməsini, işə onların iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən (bildirişlər, reyestr və s.) aydın olur ki, cavabdehlərə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanlara bir neçə dəfə məhkəmə bildirişləri göndərilmiş, lakin onar hər hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda, cavabdehlər yaşayış yerlərini dəyişmələri (əgər belə hal vardırsa) ilə bağlı da məhkəməyə hər hansı məlumat verməmişlər. Belə ola n halda, Azərbaycan Respublikasının MPM-nin 146-cı maddəsinə əsasən məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş sayılır. Beləliklə, Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlili olan “apelyasiya instansiyası məhkəməsi onların məhkəmə iclasının vaxtı və yeri barədə, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməmələrini araşdırmamış və hüquqi qiymət verməmiş, prosessual hüquq normasının pozulmasını müəyyən etməmişdir.” dəlili ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, cavabdehlərin qeyd etdikləri bu xüsusat apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlərə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanlara bir neçə dəfə məhkəmə bildirişləri göndərilmiş, lakin onlar hər hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Bu hal mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlili olan “birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində icraat zamanı işə bank tərəfindən borcun və faizlərin hesablanması barədə məhkəməy ə təqdim olunan sübutların həqiqiliyinin və dəqiqliyinin yoxlanması üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası qarşısında belə bir məsələ qaldırılmamış və məhkəmənin mülahizəsi daha çox bankın kredit mütəxəssislərinin verdiyi hesablamalara əsaslanmış, işə baxarkən əsas və faiz borcunun düzgün hesablanmasını araşdırmamış, əlavə mühasibatlıq ekspertizası təyin etməmiş, həqiqətə nail olmadan əsassız qətnamə qəbul etmiş və prosessual hüquq normalarını pozmuşdur.” dəlili ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, apelyasiya şikayətində ekspert rəyi ilə razılaşmamanın konkret əsasları göstərilməmiş, məhkəmə baxışı zamanı isə rəyin mötəbərliyinə şübhə ya ranmamışdır. Ona görə də, əlavə ekspertiza keçirilməsinə zərurət yaranması müəyyən edilməmişdir. Həmçinin iş materialları ilə cavabdehlər tərəfindən əlavə ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilməsi də müəyyən edilməmişdir.Qeyd olunanlara əsas bu hal da mübahisələndirilən qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 13.11.2018-ci il tarixli, 2(103)-10221/2018 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar