Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3127/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)1552/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-3172/2016) İddiaçı cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 qarşı alqı-satqının baş tutmuş sayıl ması və əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 43.000 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla, eyni zamanda 22005 manatın və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və T.M.Əliyev, iş № 2(103)-9844/2016) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli qərarı ilə (hakim lər: İ.K.Dəmirov, Ə.M.Rüstəmov və T.A.Qoldman, iş № 2(102)3582/2017) Cavabdeh2 kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, S.F.Hacıyev və F.Ş.Talışinski) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh2 43000 ABŞ dollarının qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək həmin hissədə iddianın Cavabdeh2 münasibətdə rədd olunması, cavabdehlərdən 22005 manat tutul ması hissəsində qətnamənin ləğv edilərək həmin hissədə cavabdehlərdən tutulan pul vəsaitinin məbləğinin 19578 manat müəyyən olunması qət edilmişdir. İşin halları: 2016-cı ilin aprel ayında İddiaçı qardaşı Cavabdeh1 və onun arvadının qardaşı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2011-ci ilin iyul ayında qardaşı Cavabdeh1 qaynı Cavabdeh2 adına aldığı kooperativ mənzili 43.000 ABŞ dollarına ona satmasını, mənzilə dair mülkiyyət hüququnun rəsmiləşdirilməməsi səbəbindən öz aralarında sadə yazılı formada alqı-satqı müqaviləsini bağlamalarını, mənzilin dəyərini təşkil edən 43.000 ABŞ dollarının 30.000 ABŞ dolları məbləğində olan hissəsini dərhal, 13.000 ABŞ dollarını isə sonra verməsini, lakin cavabdehlərin müqaviləni rəsmiləşdirməkdən boyun qaçırmalarını əsas göstərməklə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yaxud ödədiyi pul məbləğinin və mənzilə görə xərclədiyi 22.005 manatın cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər Cavabdeh1 vəkili isə kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməs inin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli mənzilin alınması üçün Cavabdeh1 43.000 ABŞ dolları məbləğində pul vermiş, mənzilin təmirinə isə 19.578 manat məbləğində vəsait sərf etmişdir. Cavabdeh1 43.000 ABŞ dolları məbləğində pul vəsaitini mənzilə görə iddiaçıdan aldığından, mənzilin alqı-satqısı isə baş tutmadığından məhkəmə kollegiyası hesab etmişdir ki, həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı mübahisəli mənzilin təmirinə çəkdiyi xərclə rin Cavabdeh2 qalması nəticəsində ona həmin məbləğdə ziyan dəydiyindən həmin məbləğ müştərək qaydada məhkəmə tərəfindən hər iki cavabdehdən tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3127/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3127/2019
01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver