Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3129/2022 21.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, dövlət rüsumunun ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2(104)-3104/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 178340 manat, 16000 ABŞ dolları, 971000 rus rublu və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ilk İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, sonradan qarşılıqlı iddia ərizəsinə əlavə və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının özünün və ya dəyərinin, qızıllara görə verdiyi 7500 ABŞ dolları, 100000 ABŞ dolları pulun, istilikxanaya çəkdiyi 160357 manat xərcin və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəmkir Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev, iş № 2(076)-189/2021) ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 6500 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 550 manat pulun alınaraq ilk İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk İddiaçı aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilk İddiaçı 23840 Gürcüstan larisi miqdarında pulun 21.03.2018-ci il tarixinə Azərbaycan manatına olan məzənnəsi ilə və 48823,5 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh aid edilməsi, tərəflərdən müştərək qaydada 100 manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və Ə.Abdullayev, iş № 2(104)-3104/2021) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(076)-189/2021 saylı qətnaməsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 48823,5 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalı olan pulun məbləği 30000 ABŞ dolları məbləğdə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və Ə.Abdullayev, iş № 2(104)-3104/2021) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3104/2021 saylı mülki iş üzrə 2 dekabr 2021-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi, həmin qətnamənin nəticə hissəsində iddiaçı Cavabdeh xeyrinə tutulmalı olan pulun məbləği “30000 ABŞ dolları” əvəzinə “30000 manat” kimi oxunması qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2(104)-3104/2021 nömrəli qətnaməsinin ləğv edərək, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahis ələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.4.-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 408.1.3.-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə idd iaçı Cavabdeh tərəfindən təqdim olunmuş kassasiya şikayətinə dövlət rüsumu ödənilməsi barədə sənəd əlavə olunmamış və bununla da, Azərbaycan Respublikası MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmuşdur. Kassasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilmədiyi halda, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilməməsi səbəbi ilə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci mad dələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2(104)3104/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3129/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3129/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver