Məhkəmə qərarları › İş №2(102)-313/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-313/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-313/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(001)1875/2019 saylı qətnaməsi ilə (hakim S.Səlimova) iddia qismən təmin olunmuş, cavabdehlər x2-d ən, x3 və x4 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 26051,29 manat, faiz borcuna görə 9269,92 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 35401,21 manat pulun Ləğv prosesində olan x1-nin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Əliyev və F.Talışinski, 2(103)-9338/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(001)-1875/2019 saylı saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh x4 münasibətdə təmin olunmuş hissəsində ləğv olunmuş, iddia cavabdeh x4 aid hissədə təmin olunmamışdır. İşin hal ları İddiaçı ləğv prosesində olan x1 cavabdeh x2-yə, x3, x4 və x5 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26051,29 manat əsas borcun, 9269,92 manat faiz borcunun, 426,42 manat cərimə borcunun, cəmi 35747,63 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1 ilə x2 arasında bağlanmış 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit xətti müqaviləsindən görünür ki, ba nk tərəfindən buraxılmış aykart kredit kartını müştəriyə verilməyi, kart vasitəsilə bank borcalana 50000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunmuşdur ki, kredit xətti 12.12.2014-cü il tarixdən 12.12.2015-ci il tarixədək açılmışdır. x1, borcalan x2, zamin x5 arasında bağlanmış 12.12.2014-cü il tarixli ZM-1-339-14 AZN saylı zaminlik müqaviləsindən görünür ki, zamin bank qarşısında borcalanın 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür. x1, borcalan x2, zamin x3 arasında bağlanmış 12.12.2014-cü il tarixli ZM-2-339-14 AZN saylı zaminlik müqaviləsindən görünür ki, zamin bank qarşısında borcalanın 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsi üz rə öhdəliyinin tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür. x1, borcalan x2, zamin x4 arasında bağlanmış 12.12.2014-cü il tarixli ZM-3-339-14 AZN saylı zaminlik müqaviləsindən görünür ki, zamin bank qarşısında borcalanın 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür. x1, borcalan x2 arasında bağlanmış 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit xətti müqaviləsinə 29.07.2016-cı il tarixli 01 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər müqavilənin 1.1-ci bəndində göstərilmiş kredit xətti müqaviləsi ifadəsinin kredit müqaviləsi ifadəsi ilə dəyişdirilməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 50947,76 manat təşkil edən qalıq kreditə çevrilməsi, kreditin müddətinin 36 ay təşkil etməsi barədə razı lığa gəlmişlər. x1-nin 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit xətti müqaviləsinə əlavədən müəyyən olunur ki, borcalan x2 01.09.2016-cı il tarixdən 01.08.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 50947,76, faiz borcuna görə 18152,84 manat olmaqla cəmi 69100,6 borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ləğv prosesində olan x1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun x2yə, x3, x4 və x5 ünvanladığı 26.09.2018-ci il tarixli xəbərdarlıqlardan görünür ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ləğv prosesində olan x1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 19.10.2018-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 01.08.2016-cı il tarixli kredit m üqaviləsi üzrə x2-nin ləğv prosesində olan x1-yə əsas borca görə 26051,29 manat, faiz borcuna görə 9269,92 manat, cəriməyə görə 426,42 manat borcu vardır. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə k imi çıxış edir. İşdə olan sənədlərdən göründüyü kimi, 12.12.2014-cü il tarixli 339-14 AZN saylı saylı kredit xətti müqaviləsinə (sonradan kredit müqaviləsi adlandırılmışdır) əsasən iddiaçı tərəfindən cavabdeh x2-yə 50000 manat məbləğində kredit verilmiş, həmin müqavilənin 2.3-cü bəndində isə müqavilənin müddəti 12.12.2014-cü il tarixdən 12.12.2015-ci il tarixədək müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh x412.12.2014-cü il tarixli ZM-3-339-14 AZN saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında borcalanın 12.12.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan sənədlərə əsasən müqavilənin müddəti (kreditin qaytarılması müddəti) 12 dekabr 2015-ci il tarixdə bitmişdir. Bundan sonra, yəni 29.07.2016-cı il tarixli 01 saylı əlavə sazişlə x1 və borcalan x2 kredit xətti müqaviləsinin 1.1-ci bəndində göstərilmiş kredit xətti müqaviləsi ifadəsinin kredit müqaviləsi ifadəsi ilə dəyişdirilməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 50947,76 manat təşkil edən qalıq kreditə çevrilməsi, kreditin müddətinin 36 ay təşkil etməsi barədə razılığı gəlmişlər. İddiaçı kredit xətti müqaviləsinə qeyd edilən dəyişikliyə zamin x4nun razılığının alınmasına dair zaminlik müqaviləsinə 01 saylı 29.07.2016-cı il tarixli əlavə saziş təqdim etmişdir. Halbuki, həmin əlavə sazişdə zamin kimi x4nun imzası mövcud olmamışdır. İddiaçının nümayəndəsi də izahatında qeyd edilən əlavə sazişin həqiqətən x4 tərəifndən imzalanmamasını təsdiq etmişdir. Belə olan halda isə, həmin əlavə saziş (onun şərtləri) zamin x4nun iradəsini i fadə edə bilməz. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkan ları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər h esab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Kon stitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarı). Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin «onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması» müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, fai z dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı ilə borcalan x2 arasında bağlanmış 29.07.2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən, kreditin qalıq məbləği və kreditin müddəti dəyişdirilmiş, bununla da zamin kimi x4nun məsuliyyəti onun razılığı alınmadan artmışdır. Bu hal isə, zaminliyə xitam verilməsi üçün qanuni əsas sayılır. Eyni zamanda, iddiaçı borcalanla bağladığı 29.07.2016-cı il tarixli 01 saylı əlavə sazişədək, yəni 12.12.2014-cü il tarixli 339-14 AZN saylı saylı kredit xətti müqaviləsinin (sonradan kredit müqaviləsi adlandırılmışdır) şərtlərinə əsasən, kreditin qaytarılması müddəti bitdikdən (12.12.2015-ci il) sonra 1 il müddə t ərzində də zamin kimi x4 müvafiq iddianı irəli sürməmişdir. Halbuki, Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinin dispozitiv şərtlərinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırki vaxtda iddiaçının cavabdeh (borcalan) x2 ilə bağladığı kredit müqaviləsi üzrə zaminin (cavabdeh x4nun) məsuliyyəti mövcud olmadığından, birinci instansiya məhkəməsi həmin hissədə kredit borcunu müştərək qaydada cavabdeh x4 tutmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar