Məhkəmə qərarları › İş №2(102)-313/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-313/2022

11.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-313/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: süni maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1454/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Torpa ğın Mülkiyyətə verilməsinə dair JN-144A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarına əsasən Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində 1.09 hektar torpaq sahəsi X18, X2, İddiaçı, X3, X13, X9 və X4 mülkiyyətinə verilmişdir. Ağdaş rayon, Qoşaqovaq kəndi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli aktın surətindən məlum olur ki, həqiqətən mərhum X14 məxsus olan həyətyanı torpaq sahəsinin bir hissəsində əlavə olaraq mərhumun oğlu İddiaçı fərdi ev tikdirdirmişdir və həyətyanı sahəsində bağ salmışdır. Ağdaş rayon Dövlət arxivi tərəfindən verilmiş 24 fevral 2021-ci il tarixli 40 saylı arxiv arayışının surətindən məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd nümayəndəliyinin Q oşaqovaq kəndinə aid olan 1991-1992-1993-19941995-ci illərin 02 saylı təsərrüfatbaşına kitabının 149 saylı təsərrüfatı X6 adına olmaqla təsərrüfatında X18, X2, Cavabdeh, X15, X5, X3, X13, X9, İddiaçı, X21, X16 və X10 (gəlini)-nın olması və adına 0.25 ha həyətyanı torpaq sahəsi olması göstərilmişdir. 08.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən məlum olur ki, Ağdaş rayon, Qoşaqovaq kəndində yerləşən 2.1439 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında X18, X2, Cavabdeh, X15, X5, X3, X13, X9, İddiaçı, X21, X16, X10 və X7 mülkiyyətindədir. Ağdaş RİHB-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə n ümayəndəliyi və Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 84 və 04 saylı arayışlardan məlum olur ki, mərhum X11 məxsus LN-144A saylı Torpağın Mülkiyyətə verilməsi haqqında Şəhadətnamədə göstərilən mülkə giriş-çıxış üçün övladları İddiaçı ilə Cavabdeh arasında problem yaşanır. 04 aprel 2003-cü il tarixli Aktdan məlum olur ki, ailə başçısı X12 həyətyanı torpaq sahəsini, həyətində olan bütün tikililəri, evləri, tövləni, navesi, təndirxananı və digər əmlakı, o cümlədən mal-qaranı, ümumiyyətlə ata yurdunda olan bütün əmlakın hamısının təmənnasız surətdə həyətin kiçik oğlu Cavabdeh bağışlanmasına etiraz edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə da ir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Aqrar islahat komissiyasının 14 avqust 1998-ci il 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Ağdaş rayonu Qoşaqovaq kəndində seriya nömrəsi JN-144A Kod90310018 olan 1.09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 1954-cü ildən mərhum valideyinlərinin mülkiyyətində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsində 1988-ci ildə 1 mərtəbəli 2 otaqlı yaşayış evi tikdirmişdir. Həyətyanı sahələrində ona məxsus 300 ədəd meyvə ağacı tə rəfindən əkilmişdir. X1 08.10.2008-ci ildə, anası X2 09.11.2008-ci il tarixdə vəfat etmişdir. Hər ikisi ölən günə kimi onun və ailə üzvlərinin yanında birgə yaşamışlar. Xeyli müddətdir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus əvvəllər mərhum valideyinlərin yaşadıqları evə icazəsi olmadan yiyələnmişdir. Həmçinin onun torpaq sahəsinə 1 mərtəbəli 2 otaqlı yaşayış evinə daxil olmasına maneəçilik törədir. Bununla da yetinməyən cavabdeh həmçinin ona məxsus 300 ədəd meyvə ağaclarını məhv etməklə məşğuldur. Onunda həmin torpaq sahəsinə girişinə maneəçilik törətməklə də ona məxsus əmlaklarını qorumağına da maneəçilik törədir. Dəfələrlə cavabdehə qanunsuz olaraq əmlakından və torpaq sahəsindən istifadəyə maneəçilik törətməməyini, qanunsuz əməllərinə son verməsini, məsələnin aralarında sülh yolu ilə həll etməsini bildirsə də, cavabdeh onunla heç bir razılığa gəlməmişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev, iş № 2(014)-696/2021) iddia təmin edilərək, İddiaçı Ağdaş şəhəri, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia təmin edilməli, İddiaçı Ağdaş şəhəri, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod90310018 olan 1.09 ha torpaq sahəsindən istifadəsinə və girişinə Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən iddiaçının tələbinin nə dərəcədə düzgün olması nəzərə alınmamış və həmin süni maneələrin aradan qaldırılması tələbinə dair əsassız iddia tələbi təmin edilmişdir. İddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qətnamə ləğv olunmalıdır. Belə ki, o, özü Bakı şəhərində yaşayır, ayda bir dəfə ailəsilə birlikdə ona məxsus evinə gedir. Lakin o, hər dəfə gələndə ağacların qırıldığını, qapının açıq qoyulduğunu və evə oğruların girdiyini görmüş və iddiaçıdan niyə ona məxsus ərazidən yəni həyə tdən keçdiyini soruşarkən, iddiaçı ona bir şillə vuraraq yaxşı elədiyini söylədiyi üçün, o da 102 xidmətini yığıb şikayət etmişdir. İddiaçının öz yerinin ayağında gediş yolu var və ordan istifadə etməyib, ona məxsus həyətdən istifadə edir və bu da onun evdə olmadığı halda ona məxsus əmlaka ziyan vurur və oğurluq halları baş verir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər M.Əsədli və A.Mahmudov, iş № 2(107)-1454/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)696/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X8) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermiş, hərəkətləri ilə onun hüquqlarını pozmuşdur. Ona görə də, kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1454/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın əsassız olduğ undan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin fa ktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətşi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üşüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı gstürmədən və ya ondan məhrum etmədən törədilirsə, mül kiyyətşi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətşi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 170.1 və 170.2-ci maddələrinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hö rmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdir ilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Belə olan halda həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmi şdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1454/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar