Məhkəmə qərarları › İş №2(102)-3130/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3130/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3130/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə çəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə çəlb edilməklə) “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 2(106)561/2024 nömrəli iş üzrə 24 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.Fərdi sahibkar X7 ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli alğısatqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə tərtib edilmiş AEO № 094158 qaimə-fakturaya əsasən 38.608,70 manat məbləğində, AEO № 094159 qaimə-fakturaya əsasən 88.651,23 manat məbləğində, AEO № 093990 qaimə-fakturaya əsasən 15.985,89 manat məbləğində, AEO № 093991 qaimə-fakturaya əsasən 14.769,82 manat məbləğində, AEO № 093992 qaimə-fakturaya əsasən 2.147,08 manat məbləğində məhsullar, həmin qaimə-fakturaların yuxarı hissəsind ə “Kimdən” qeydinin qarşısında İddiaçı MMC tərəfindən “Kimə” qeydi qarşısında X6 göstərilsə də, qaimə fakturaların sonunda “Təhvil alan” qeydi qarşısında məhsulların Cavabdeh təhvil verilməsi müəyyən edilir. 2.İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 3.Fərdi sahibkar X6 məxsus mağazada operator kimi işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 4.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh X2rşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 118.456,9 manat əsas borc, 2.500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 120.981,9 manat məbləğində pul tutularaq MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. 5.Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-364/2017 nömrəli, 19 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş həmin hissəd ə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-755/2017 nömrəli, 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-215/2018 nömrəli, 1 may 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)755/2017 nömrəli, 08 dekabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məh kəməsinə göndərilmişdir. 9.Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-491/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv olunaraq, iddia 141.101,40 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində rədd edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-156/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-491/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya inst ansiya məhkəməsinə göndərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)429/2019 nömrəli, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-446/2019 nömrəli, 16 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-429/2019 nömrəli, 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 118.456,90 manat əsas borcun, 29.614 manat gecikmə faizinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, fərdi sahibkar X7 ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094158 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094159 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093990 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093991 nömrəli və xx.xx.2 015-ci il tarixli, AEO seriyalı, 093992 nömrəli qaimə-fakturalar əsasında mallar təqdim edilmişdir. Qaimə-fakturalara fərdi sahibkar Rəşid Əhmədovun rəsmi işçisi olan cavabdeh imza atmış və qaimə-fakturalar üzrə mallar onun tərəfindən qəbul edilmişdir. Lakin mallar üzrə borc məbləği Rəşid Əhmədov tərəfindən tam ödənilməmişdir. Borcun ödənilməsi məhkəmə qaydasında Rəşid Əhmədovdan tələb edilsə də, iddia tələbləri təmin edilməmişdir. Məhkəmələr tərəfindən Rəşid Əhmədova qarşı irəli sürdükləri iddia tələbləri rədd edilərkən malları qəbul edən cavabdehə hər hansı səlahiyyətin (etibarnamə) verilməməsi halına istinad edilmişdir. Eyni zamanda malların bir qismi cavabdeh tərəfindən Rəşid Əhmədova təhvil verildiyi üçün onların dəyəri sonuncu tərəfindən ödənilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən qəbul edilən, lakin Rəşid Əhmədova təhvil verilmədiyi iddia edilən malların dəyəri onun tərəfindən ödənilməmişdir. Belə olan halda malların bir qismi cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq Rəşid Əhmədova təhvil verilməmiş və özü tərəfindən realizə edilmişdir. Dəyəri ödənilməmiş mallara görə ödənişin edilməsi tələbi ilə bağlı cavabdehə iki dəfə pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcun ödənilməsi onun tərəfindən təmin edilməmişdir.

15. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-155/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərardadı ilə (hakim Rafiq İsmayılov) İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı işin baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir.

16. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-938/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilərək, cavabdehdən 118.456,90 manat məbləğində əsas borc, 1.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 119.456,90 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 24 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC tərəfindən qaimə-fakturalara əsasən mallar cavabdehə təhvil verilmişdir. MMC tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin iddia qaldırılan günə ödənilməmiş borcdan hər hansı ödəniş edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, cavabdehdən tələb edilən gecikdirilmiş faiz formasında 29.614 manat məbləğində maliyyə sanksiyası olan dəbbə pulu azaldılaraq, 1.000 manat məbləğində müəyyən edilməlidir.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 343.1, 386, 442, 425.1, 448.1, 448.2, 462.1, 463.1, 567, 600.2-600.5ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 9 iyul 2009-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilm əsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işlə bağlı heç bir nüansı araşdırmadan, onun məlumatı olmadan iş üzrə çəkişmə prinsipinin pozulması ilə qətnamə qəbul etmişdir. Hazırkı şəraitdə onun iddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmamaqla bərabər təqdim olunan qaimələr üzrə mallar da məhz alğı-satqı predmeti olaraq mağazada satılan mallar olmuşdur. İşçi kimi gələn malları qəbul etmişdir. Bundan əlavə isə həmin mallar mağazada satışda olmuşdur. Həmin malların alınması tarixindən sonrakı tarixlərdə də uzun müddət o, həmin iş yerində çalışmış və işçi kimi öz funksiyalarını yerin ə yetirmişdir. Məhkəmə tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Cavabdeh olaraq onun məhkəmə iclasında iştirak etməməsi, yəni məhkəmə iclasından məlumatlı olmaması hazırkı gündə hüquqlarının kobud pozuntusuna gətirib çıxarmışdır.

22. Apellyasiya instansiya məhkəməsi tərəfindən X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə çəlb edilmişdir.

23. Daha sonra cavabdehin nümayəndəsi və vəkili ərizə məhkəmə kollegiyasına təqdim edərək, iddia ərizəsini iddia müddəti tətbiq etməklə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-840/2023 nömrəli, 1 8 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), T.Heydərov və S.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. MMC ilə cavabdeh malların nisyə alğı-satqısı üzrə hüquq münasibətində olmamışlar, onların arasında müqavilə (yaxud hər hansı yazılı və ya şifahi razılaşma) olmamışdır. İddiaçının istinad etdiyi müqavilə MMC ilə Rəşid Əhmədov arasında olmuşdur. Rəşid Əhmədov sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs və vergi ödəyicisidir. Cavabdeh sahibkar Rəşid Əhmədovu n işçisi olmuşdur. Fərdi sahibkar X4 cavabdeh əmək münasibətlərində olmuş, onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfin izahatına görə cavabdeh fərdi sahibkar Rəşid Əhmədovun tapşırığı əsasında malları qəbul etmiş, onların arasında tapşırıq münasibətləri olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçi olaraq cavabdeh vurulmuş ziyan və ya digər əsaslarla işəgötürən Rəşid Əhmədovun qarşısında məsuliyyət daşıya bilər. Müəyyən edilmişdir ki, MMC ilə Rəşid Əhmədov arasında kommersiya hüquq münasibətləri olmuşdur. Onların arasında verilmiş nisyə mala görən borc tələbinə dair məhkəmə mübahisəsi (kommersiya mübahisəsi) olmuşdur. Belə ki, MMC cavabdehdən deyil, Rəşid Əhmədovdan müqavilə üzrə borcunu tələb etmişdir. Lakin malların təhvil alınması və borcun miqdarı barədə sübut təqdim edilmədiyindən iddia təmin edilməmişdir.

27. Cavabdeh isə işəgötürən Rəşid Əhmədovun tapşırığı əsasında mağazaya daxil olan malları qəbul etmişdir. Həmin mallar cavabdehin özü üçün deyil, satış üçün mağazaya təqdim edilmiş, satışa çıxarılmışdır. Malların nə qədər hissədə satılması, qalığı müəyyən edilməmiş, üzləşmə aktı olmamışdır.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh ilə hər-hansı müqavilə münasibəti olmadığı halda ondan müqavilə üzrə verilmiş malın pulunu tələb etməyin hüquqi əsası olmamışdır. Ona görə də iddia bu əsasla təmin edilə bilməz.

29. Bununla yanaşı cavabdeh tərəf həm də iddia müddətinin ötürülməsinin tətbiq edilməsini də xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında hər-hansı müqavilə-hüquq münasibəti olduğu halda belə iddia müddəti ötürülmüşdür.

30. İddiaçı tələbində cavabdehdən əsassız varlanmaya görə vurulmuş ziyanı tələb etdiyini qeyd etmişdir. Məhkəmə kollegiya hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilməmiş, cavabdeh əsassız varlanan şəxs olmamışdır.

31. İddiaçı həm də Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu halda da ziyan vurulma faktı ortada olmalı, cavabdehin qanunazidd əməli, yəni hərəkəti və ya hərəkətsizliyi olmalı, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Belə hal da müəyyən edilməmişdir.

32. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 373, 386, 600, 601, 1091, 1092-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14,2, 77.1, 382, 384.0.2, 392 və 393-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4241/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Babayev (məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) kassasiya şikayəti təmin edil ərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

35. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından müəyyən edilir ki, iddiaçı "Engin LTD” MMC-nin cavabdeh X2rşı pul tələbinə dair iddiası, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə, qismən təmin edilərək, cavabdeh X3 118.456,9 manat əsas borc, 2.500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 120.981,9 manat məbləğində pul tutularaq MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)364/2017 nömrəli, 19 sentyabr 2017-ci il tarixli qərarı ilə qismən ləğv edilərkən, Rəşid Əhmədovun xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktında olan imzanın ona məxsus olmadığını bildirdiyi halda, apellyasiya instansiya məhkəməsinin həmin imzanın həqiqiliyini yoxlamadığı qeyd olunmuşdur. Həmin iş üzrə daha sonra qəbul edilmiş məhkəmə aktlarında da, xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktına məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir.

36. Göründüyü kimi, cavabdehin xx.xx.2015-ci il tarixdə qaimə fakturaları imzalamasından sonraki tarixdə iddiaçı "E ngin LTD” MMC ilə X7 arasında xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının mövcud olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiqini tapsa da, apellyasiya instansiya məhkəməsi 118.456,9 manat məbləğlə bağlı olan xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının həqiqətən də iddiaçı "Engin LTD” MMC-nin cavabdehə təhvil verdiyi mallara aid olub-olmamasını araşdırmamış, bu məqsədlə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qəbul edildiyi işin materiallarını tələb edib öyrənməmiş, xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının hazırki iş üzrə mötəbərliliyini tədqiq etməmiş və həmin sübuta hər hansı hüquqi qiymət verməmiş, mülahizələrinə əsasən cavabdehin malları özü üçün deyil, satış üçün mağazaya təqdim etməsi, satışa çıxarılmasına, malları n nə qədər hissədə satılması qalığının müəyyən edilməməsinə, üzləşmə aktının olmamasına dair formal nəticəyə gəlmişdir.

37. Həmçinin məhkəmə kassasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd etməyi zəruri hesab edib ki, hazırki işə aid hallarla bağlı cinayət təqibi qaydasında hər hansı araşdırmanın aparılıb-aparılmaması da apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-561/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.İmanov (sədrlik edən və məruzəçi), P.Əhmədov və T.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

39. A pellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qeyd edilən göstərişlərinə əsasən sorğu edərək qeyd etmişdir ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün xx.xx.2015-ci il tarixli müxtəlif qaimə fakturaları məhkəməyə təqdim etmişdir. Həmin qaimə-fakturalardan görünür ki, orada sadalanan mallar "Engin LTD” MMC tərəfindən fiziki şəxs X6 ünvanlanmışdır. Qaimə fakturalarda malları “təhvil verən” yazısı qarşısında Nəsirov Ruslan adlı şəxsin imzası, "təhvil alan” yazısı qarşısında isə Cavabdeh imzası çəkilmişdir. İddiaçı yalnız həmin qaimə fakturalara əsasən borcu hesablayaraq anbara təhvil verilmiş malların dəyərini hazırkı cavabdehdən tələb etmiş və birinci instansiya məhkəməsi də bu iddianı təmin etmişdir. Cavabdeh məhkəmə iclasında həqiqətən də həmin qaimə-faktura üzrə mal ları marketin anbarına təhvil verildiyini bildirmişdir. Dolayısı ilə malları fiziki şəxs X5 sahiblik etdiyi marketin anbarına yığılmışdır.

40. Kollegiya hesab edib ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. İzahatlardan və iş materiallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh malların nisyə alqı-satqısı üzrə hüquq münasibətində olmamışlar, onların arasında müqavilə (yaxud hər hansı yazılı və ya şifahi razılaşma) olmamışdır. İddiaçının istinad etdiyi müqavilə MMC ilə fiziki şəxs X5 arasında olmuşdur. Əhmədov Rəşid sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir, vergi ödəyicisidir.

41. İzahatlardan və təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, Cultanov Cavid sahibkar Əhmədov Rəşidin işçisi olmuşdur. Fərdi sahibkar X4 Cavabdeh əmək münasibətlərində olmuş, onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Cavabdeh ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfin izahatına görə Cavabdeh fərdi sahibkar X5 tapşırığı əsasında malları qəbul etmişdir, onların arasında tapşırıq münasibətləri olmuşdur. Mülki qanunvericiliyin müddəalarına əsasən işçi olaraq Cavabdeh vurulmuş ziyan və ya digər əsaslarla işəgötürən fiziki şəxs X1rşısında məsuliyyət daşıya bilərdi. Yəni Cavabdeh qəbul etmiş olduğu malları anbara təhvil verməmiş olsaydı, onda Rəşid Əhmədov Cavabdeh qarşı iddia qaldıra və ya polisə müraciət edə bilərdi. İddiaçının nümayəndəsinin və cavabdehin izahatları ilə müəyyən olunmuşdur ki, fiziki şəxs X7 tərəfindən Cavabdeh barəsində belə müraciətlər edilməmişdir. Yəni Cavabdeh tərəfindən malların anbara təhvil verilməməsi ilə bağlı X7 tərəfindən hər hansı hüquq mühafizə orqanlarına müraciət olunmamış və belə bir araşdırma aparılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan fərdi sahibkar X7 ilə "Engin LTD” MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə tərtib edil miş AEO № 094158 qaimə fakturaya əsasən 38.608,70 manat məbləğində, AEO № 094159 qaimə-fakturaya əsasən 88.651,23 manat məbləğində, AEO № 093990 qaimə-fakturaya əsasən 15.985,89 manat məbləğində, AEO № 093991 qaimə-fakturaya əsasən 14.769,82 manat məbləğində, AEO № 093992 qaiməfakturaya əsasən 2.147,08 manat məbləğində məhsullar, həmin qaimə-fakturaların yuxarı hissəsində "Kimdən” qeydinin qarşısında İddiaçı MMC tərəfindən “Kimə” qeydi qarşısında X6 göstərilsə də, qaimə fakturaların sonunda "Təhvil alan” qeydi qarşısında məhsulların Cavabdeh təhvil verilməsi müəyyən edilir. Beləliklə, hazırkı mülki iş üzrə preyudisial xarakterli iş olan iddiaçı "Engin LTD” MMC-nin cavabdeh X2rşı olan kommersiya mübahisə üzrə qüvvəyə minmiş müvafiq məhkəmələrdə faktiki hal kimi təsdiqini tapmışdır ki, sözüg edən mallar (hazırkı iş üzrə mübahisənin predmetni təşkil edir) Cavabdeh qaimələri imza atmış və qaimə-faktura üzrə mallar onun tərəfindən qəbul edilmişdir. Baş tutan məhkəmə iclaslarında dəfələrlə tədqiq edilmiş və aydınlaşmışdır ki, Cavabdeh təhvil aldığı sözügedən mallar X6 təhvil verilməmişdir. Belə olan halda, sözügedən kommersiya mübahisəsinə baxmış məhkəmələrin mövqeyindən aydın olur ki, müəyyən olunmuş pul məbləği X3 yox, Cavabdeh tələb olunmalıdır. Lakin formalaşmış bu mövqe ilə hazırkı qətnamə ilə Şirvan Apellyasiya Məhkəməsinin mövqeyi ziddiyyət təşkil edir və iyerarxik sistemə əsasən üst və əvvəlki, həmçinin qüvvəyə minmiş məhkəmə qərarı olduğundan preyudisiallıq vardır. Bu əsasla da demək olar ki, Şirvan Apellyasiya Məhkəməsi preyudisiallıq prinsipini pozmuşdur...Yəni Cavid q əbul etmiş olduğu malları anbara təhvil verməmiş olsaydı onda Rəşid Əhmədov Cavabdeh qarşı iddia qaldıra və ya polisə müraciət edə bilərdi. İddiaçının nümayəndəsinin və cavabdehin izahatları ilə müəyyən olunmuşdur ki, fiziki şəxs X7 tərəfindən Cavabdeh barəsində belə müraciətlər edilməmişdir. Yəni Cavabdeh tərəfindən malların anbara təhvil verilməməsi ilə bağlı X7 tərəfindən hər hansı hüquq mühafizə orqanlarına müraciət olunmamış və belə bir araşdırma aparılmamışdır....” Apellyasiya məhkəməsinin Rəşid Əhmədovun öz subyektiv hüquqlarında istifadə edib-etməməsi məsələsinə dair yuxarıdakı mövqəyini tamamilə qanunsuz və əsassızdır. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçi rdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlərisə etibarsızdır. Görünür ki, R.Əhmədov işçisinin qanunsuz hərəkətlərinə adekvat reaksiya verməməsi elə hazırkı halda hüquqdan sui-istifadəyə gətirib çıxarmışdır ki, belə olan halda İddiaçı MMC bu və ya digər şəkildə zərər görməkdədir. Əlavə olaraq qeyd edək ki, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında iddiaçı və cavabdeh olaraq X7 arasında xx.xx.2016-cı il tar ixli üzləşdirmə aktında imzanın cavabdehə aid olub-olmaması yoxlanmamış, bu xüsasatların yenidən araşdırılması barədə Ali Məhkəmənin göstərişləri olmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi sadəcə məhkəmə zalında imzanın kimə məxsus olmasını şifahi şəkildə soruşmaqla kifayətlənmiş, imzanın tədqiq edilməsi ilə bağlı heç bir tədbir görməmiş, xəttşünaslıq ekspertizasının keçirilməsi zəruri olsa da, gözardı edilmişdir.

44. Bundan başqa cavabdeh malları X5 tapşırığı əsasında qəbul etmiş, onların arasında tapşırıq münasibətləri olmuşdur. Buna əsaslanaraq cavabdehi Rəşid Əhmədovun müqavilə əsasında (tapşırıq müqaviləsi) təmsilçisi hesab edə bilərlər. Rəşid Əhmədov öz qanuni təmsilçisi cavabdehin hərəkət və hərəkətsizliyinə görə özü ilə eyni dərəcədə məsuliyyət daşımışdır. Rəşid Əhmədov ilə cavabdeh arasında tapşırıq münasibətləri olduğu üçün cavabdeh tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi ilə bağlı məsuliyyət daşımışdır.

45. Həmçinin qeyd olunmalıdır ki, Rəşid Əhmədovla cavabdeh arasında əmək müqaviləsi olmuş və həmin əmək müqaviləsinə xx.xx.2016-cı ildə, yəni qaimə-fakturalar tərtib olunduqdan sonra xitam verilmişdir. Belə ki, cavabdeh Rəşid Əhmədovun işçisi olduğu müddətdə sonuncuya müqavilə əsasında təhvil verilməli olan əşyaları almış və qaimə-fakturaları imzalamışdır. Həmin hissəyə işə birinci instansiya məhkəməsinə baxılan zaman diqqət yetirilsə də, apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin s onradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

50. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

51. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

52. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci madd ələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

53. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

54. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

59. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

69. Belə ki, iddiaçı "Engin LTD” MMC-nin cavabdeh X2rşı olan kommersiya mübahisə ü zrə hazırki iş üzrə cavabdeh tərəf və ya 3-cü şəxs kimi iştirak etmədiyindən həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən halların hazırki mübahisə üzrə preyudisial qüvvəsi yoxdur. X8 ilə cavabdeh arasında tapşırıq münasibətləri və ya əmək münasibətləri olması və alınan malların Rəşid Əhmədova təhvil verilməməsinə görə məsuliyyət daşıması barədə kassasiyada qeyd edilənlər hazırki iddianın cavabdehə münasibətdə təmin edilməsinə əsas vermir. Hər iki növ müqavilə üzrə cavabdeh müqavilə münasibətində olduğu şəxs qarşısında məsuliiyət daşıya bilər. İddiaçı isə bu müqavilələrdən heç birinin tərəfi deyil. İddiaçı ilə X7 arasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli üzləşdirmə aktında imzanın kimə məxsus olması barədə araşdırma isə kommersiya mübahisəsinə baxılan zaman aparılmış və həmin imzanın Rəşid Əhmədova məxsus olduğu müəyyən edilmişdir. (bax Ali Məhkəməni İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-446/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı- iş v. Cild 1, v.160167)

70. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin t ələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2024-cü il tarixli 2(106)-561/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar