Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3132/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin мülki kollegiyasının 2(103)-10921/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Nərimanov rayonu, Təbriz küçəsindəki 34 nömrəli ev ümumi paylı mülkiyyətdədir. İddiaçı həmin evin paylı mülkiyyətçilərindən biridir. Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi Cavabdeh2 MMC-nin daimi istifadəsində verilib. Bu barədə Nərimanov RİH Baçşısının xx.xx.2019-cu il tarixli, 161 nömrəli sərəncamı var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1ə, Cavabdeh2 MMC-yə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) Cavabdeh2 MMC-nin rəhbərinin ünvan 1 ünvan ında dağıntı, söküntü, qazıntı və tikinti fəaliyyətinin qanunvericiliyə zidd hesab olunması və özbaşınalıq kimi qiymətləndirilməsi, əməlində cinayət tərkibi olduğu nəzərə alaraq barəsində cinayət işinə başlanılması üçün işin dərhal prokurorluq orqanına göndərilməsi, 2) iddiaçının mülkiyyəti hesab edilən, ümumi sahəsi 118,4 kv metr olan, 4 otaqlı “B” tikilisinin (mənzil 4) giriş dəhlizinin qəsdən qəzalı vəziyyətə gətirilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin məbləğinin ekspertiza vasitəsilə müəyyən edilərək Cavabdeh2 MMC-nin rəhbərindən tələb edilməsi, 3) həyətin ortasında yerləşən tut ağacının məhv edilməsinə görə Cavabdeh2 MMCnin rəhbərinə qanunvericiliyin müvafiq maddəsinin ən yüksək sanksiyasının tətbiq edilməsi və barəsində cinayət işinin başlanması, 4) Cavabdeh2 MMC tərəfindən inşa edilən çıxıntılı binanın iddiaçıya aid torpaq sahəsindəki tikilinin (“B” tikilisinin) altında və üstündə inşa edilən qanunsuz üst tikililərin və alt tikililərin qanunvericiliyə zidd hesab edilməsi və Cavabdeh2 MMC-nin rəhbəri tərəfdən təcili olaraq sökülməsinin tələb edilməsi, 5) iddiaçının “B” tikilisindən (mənzil 4) istifadə hüququnu tam məhdudlaşdıran, mənzilə gediş-gəlişə mane törədən (mümkünsüz edən), Cavabdeh2 MMC-nin inşa etdiyi qanunsuz çıxıntılı binanın qonşu tikilidən (Təbriz küçəsi 32 (60) ünvanda yerləşən tikilidən) və iddiaçıya məxsus “B” tikilisindən qanunvericiliyə uyğun ara məsafəsi boyunca sökülərək iddiaçının daşınmaz əmlakdan istifadə hüququnun bərpa edilməsi, 6) Təbriz küçəsi, 34 ünvandakı həyətyanı torpaq sahəsinin "xxxx" MMC, sonra isə Cavabdeh2 MMC-nin istifadə sinə verilməsi barədə sərəncamlar imzalayan Nərimanov RİH Başçısının qanunvericiliyə zidd əməllərinə görə məsuliyyətinin müəyyən edilməsi üçün prokurorluğa müraciət edilməsi və iddiaçıya dəymiş maddi zərərin müəyyən edilmiş məbləğinin iddiaçıya ödənilməsinin Nərimanov RİH Başçısından tələb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan ev ətrafda aparılan tikintilər nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Tikinti işləri başlamamışdan öncə ətrafda olan yeganə salamat ev onun evi olmuşdur. Tikinti başlayan zaman onun evinin ara divarı dağıdılmış, çöl darvazası çıxarılmışdır. Onun evinin divarlarının altını qəsdən qazıyıb, qəzalı etmişlər ki, MMC ilə müqavilə bağlamağa məcbur olsun. Dəfələrlə ona tövsiyyə edilmiş dir ki, müqavilə bağlayaraq evini tərk etsin. Cavabdehlərin hərəkətləri nəticəsində onun konstitusion hüquqları pozulmuş, onun öz mülkiyyətindən istifadə hüququ tam məhdudlaşdırılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin baş məsləhətçisi Samir Cabbarov, Cavabdeh2 MMC-nin direktoru vəzifəsini icra edən X3, Cavabdeh1in baş məsləhətçisi Azər Güləhmədov, Nərimanov rayon Polis İdarəsinin ərazi üzrə sahə müvəkkili Babək Abbasov, Nərimanov rayonu 37 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Elxan Abdullayev, ünvan 2 saylı evin mülkiyyətçiləri X2 (16/32 hissə pay) və X4 (8/32 hissə pa y) tərəfindən tərtib edilən 10 sentyabr 2020-ci il tarixli akta əsasən, Cavabdeh1 Başçısının xx.xx.2019-cu il tarixli 8 nömrəli Obyektin Tikintisinə icazə sənədinə əsasən, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində 8840 kv metr dövlət torpağı Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmiş və orada 13 mərtəbəli 1 girişli hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Hal-hazırda layihə smeta sənədlərinə əsasən həmin ərazidə yaşayan 153 nəfər sakinlə Cavabdeh2 MMC arasında qarşılıqlı razılıq əldə olunaraq müqavilə bağlanmış və onlara məxsus yaşayış sahələri sökülərək yerində tikinti işləri aparılır. Cavabdeh2 MMC tərəfindən tikinti aparılan ərazinin bir hissəsi Təbriz küçəsi 34 ünvanın əhatə etsə də, həmin ünvanın hamısı deyil, yalnız bir hissəsi tikinti-layihə sənədlərinin təsiri altına düşdiyindən Təbriz küçəsi 34 ünvanında digər sakinlərin yaşayış sahələrinə münasibətdə hər hansı söküntü və tikinti işləri aparılmır.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 10/3941 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ünvanında İddiaçı məxsus yaşayış evinin üzərində çatların olduğu müəyyən edilmişdir. Lakin evin köhnə tikili (uzun müddət istismarda) olduğunu və baxış zamanı konstruktiv elementlərə bilavasitə təsir göstərə bilən faktorlar (mexaniki zərbə, vibrasiya və s.) olmadığına görə həmin çatların Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində aparılan tikinti işləri nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı ş əhəri, Nərimanov rayonu Təbriz küçəsində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ünvanında İddiaçı məxsus yaşayış evi arasında ara məsafəsinin 1,25 metr təşkil etdiyini nəzərə aldıqda Cavabdeh2 MMC tərəfindən hündürmərtəbəli yaşayış evinin inşasının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci və 69.4-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********45 nömrəli, 06 iyul 2021-i il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 23,25,27, Əliağa Vahid küçəsi 14,16, Təbriz küçəsi 38,36 ünvanlarında Təbriz küçəsi 34 ünvanının 1 hissəs ində (digər hissəsində baxış zamanı təqdim edilən İddiaçı məxsus fərdi yaşayış evi yerləşir) yerləşən daşınmaz əmlak obyektləri sökülmüş və qeyd edilən həmin ünvanlarda Cavabdeh2 MMC tərəfindən çoxmərtəbəli yaşayış binaları inşa edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlakın mülkiyyət hüququnun cavabdeh tərəfindən məhdudlaşdırıldığına görə ona maddi ziyan dəydiyini iddia etsə də, cavabdehin iddia edilən qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmədiyindən iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı qanunsuz hesab edilməsini məhkəmədən xahiş etdiyi tikinti onun mülkiyyətinə aid olmayan hissədə aparıldığından və mülkiyyət hüquqlarına maneçilik törədən müdaxilə olmadığından o, hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv hüququa malik deyildir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 21.1, 21.2, 152.1, 152.5 və 157.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 66.1 və 69.8-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 80, 88, 217.1, 217.3, 217.4, 218.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10921/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi öz mövqeyini aşağıdakılarla əsaslandırmışdır: iddia ərizəsindəki 1-ci tələb təmin oluna bilməz. Belə ki, iddiaçı tələb edir ki, Cavabdeh2 MMCnin rəhbərinin ünvan 1 ünvanında dağıntı, söküntü, qazıntı və tikinti fəaliyyəti qanunvericiliyə zidd hesab edilsin və özbaşınalıq kimi qiymətləndirilsin. Lakin, hər hansı fəaliyyətin “qanunvericiliyə zidd” və “özbaşınalıq” kimi qiymətləndirilməsi barədə tələb mülki-hüquqi tələb hesab olunmur. Mülki-hüquqi tələbdə iddiaçının konkret hüquq, azadlıq və ya qanuni mənafeyinin müdafiəsi üçün cavabdehin hərəkət etməs i (məsələn, zərərin əvəzini ödəməsi) və ya hərəkətdən çəkinməsi (məsələn, tikinti fəaliyyətini dayandırması) tələb olunmalıdır. Şərti olaraq hesab olunsa ki, cavabdehin həmin fəaliyyəti məhkəmə tərəfindən “qanunvericiliyə zidd” və “özbaşınalıq” kimi qiymətləndirildi. Lakin, belə qiymətləndirmə deklarativ xarakter daşıyacaq və öz-özlüyündə iddiaçının hüquq, azadlıq və ya qanuni mənafeyinin müdafiəsi ilə nəticələnməyəcək. Ancaq bu tələb iddia ərizəsində iddia tələbi kimi göstərildiyinə görə məhkəmə Mülki Məcəllənin 18-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələb təmin oluna bilməz.
15. İddia ərizəsində irəli sürülən 2-ci tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, ümumi sahəsi 118,4 kv metr olan, 4 otaqlı “B” tikilisinin (mənzil 4) giriş dəhlizinin qəsdən qəzalı v əziyyətə gətirilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin məbləği ekspertiza vasitəsilə müəyyən edilərək Cavabdeh2 MMC-nin rəhbəri Sahib Cavadovdan tələb edilsin. Lakin, iş üzrə keçirilmiş ekspertizanın rəyində cavabdeh MMC tərəfindən iddiaçıya maddi zərər vurulduğu təsdiq edilmir. Ona görə də, məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, tələb əsassızdır.
16. İddia ərizəsində irəli sürülən 3-cü tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, həyətin ortasında yerləşən tut ağacının məhv edilməsinə görə Cavabdeh2 MMCnin rəhbərinə qanunvericiliyin müvafiq maddəsinin ən yüksək sanksiyası tətbiq edilsin və barəsində cinayət işi başlansın. Bu, mülki-hüquqi tələb deyil. Odur ki, 1-ci tələbə münasibətdə yuxarıda qeyd edilənlər bu tələbə də aid dir.
17. İddia ərizəsində irəli sürülən 4-cü tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, Cavabdeh2 MMC tərəfindən inşa edilən çıxıntılı binanın iddiaçıya aid torpaq sahəsindəki tikilinin (“B” tikilisinin) altında və üstündə inşa edilən qanunsuz üst tikililəri və alt tikililəri qanunvericiliyə zidd hesab olunsun və Cavabdeh2 MMC-nin rəhbəri tərəfindən təcili olaraq sökülsün. Bu tələblə iddiaçı ilkin vəziyyətin bərpa edilməsini tələb edir. Mülki Məcəllənin 459.5-ci maddəsinə görə, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. İlkin vəziyyətin bərpası üçün tənasübsüz surətdə böyük xərclər zəruridir. Çünki iddiaçının sökülməsini tələb etdiyi tiki li hündürmərtəbəli çoxmənzilli binadır, həmin binada artıq sakinlər yaşayır. Ona görə də, Mülki Məcəllənin 459.5-ci maddəsi iddiaçının hazırkı tələbinə şamil olunmalıdır, yəni o, müvafiq əsasla pul əvəzinin verilməsi barədə tələb irəli sürə bilər.
18. İddia ərizəsində irəli sürülən 5-ci tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, Cavabdeh2 MMC-nin inşa etdiyi çıxıntılı bina qonşu tikilidən (Təbriz küçəsi 32 (60) ünvanda yerləşən tikilidən) və iddiaçıya məxsus “B” tikilisindən qanunvericiliyə uyğun ara məsafəsi boyunca sökülsün. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə təsdiq olunub ki, ara məsafəsinə dair qanunvericiliyin tələbi pozulub. Bu tələblə iddiaçı ilkin vəziyyətin bərpa edilməsini tələb edir. Lakin, ilkin vəziyyətin bərpası üçün tənasübsüz surətdə böyük xərclər zə ruridir. Çünki, ara məsafəsinin təmin edilməsi üçün hündürmərtəbəli çoxmənzilli bina sökülməlidir, həmin binada isə artıq sakinlər yaşayır. Ona görə də, Mülki Məcəllənin 459.5ci maddəsi iddiaçının bu tələbinə də şamil olunmalıdır, yəni o, müvafiq əsasla pul əvəzinin verilməsi barədə tələb irəli sürə bilər.
19. İddia ərizəsində irəli sürülən 6-ci tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, Təbriz küçəsi, 34 ünvandakı həyətyanı torpaq sahəsinin "xxxx" MMC, sonra isə Cavabdeh2 MMC-nin istifadəsinə verilməsi barədə sərəncamlar imzalayan Nərimanov RİH Başçısının qanunvericiliyə zidd əməllərinə görə məsuliyyətinin müəyyən edilməsi üçün prokurorluğa müraciət edilsin və iddiaçıya dəymiş maddi zərərin müəyyən edilmiş məbləğinin iddiaçıya ödənilməsi Nərimanov RİH Başçısından tələb edil sin. Bu tələbin birinci hissəsi mülki-hüquqi tələb deyil. Tələbin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Nərimanov RİH-nin iddiaçıya maddi zərər vurduğu müəyyən edilmir. Ona görə də, məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, tələb əsassızdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
21. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apell yasiya məhkəməsi ekspert rəyi ilə razılaşmışdır. Halbuki, iddiaçı ekspert rəyi ilə razılaşmamış, təkrar ekspertiza keçirilməsi üçün vəsatət vermişdir. Ekspert rəyi aydın olmamaqla yanaşı, tələbin mahiyyətinə uyğun verilməmişdir. Belə ki, mənzildəki çatlar məhz ətrafdakı binaların tikintisi nəticəsində yaranmışdır. Məhkəmə yenidən ekspertiza təyin etməli olduğu halda, etməmişdir. Ekspert rəyi heç bir halda məhkəmə üçün məcburi xarakter daşımır. Məhkəmə ekspert rəyinə əsaslanmaqla, işin bitdiyini hesab etmişdir. Halbuki, ekspert rəyində birbirinə zidd olan müddəalar var. Əgər ara məsafəsi düzgün deyildirsə, demək ki, tikinti gedən əraziyə yaxın mənzilə müəyyən ziyan dəyməsi qaçınılmazdır. Məhkəmə yenidən ekspertiza təyin etməklə, həmin ziddiyyətləri aradan qaldırmalı idi. Məhkəmə maddi zərər in vurulmadığını qeyd etmişdir. Halbuki, ekspert rəyində maddi zərərin tikinti işləri nəticəsində yaranıb-yaranmadığı qeyd edilmişdir. Məhkəmə ekspert rəyinə istinad etməklə, iddiaçının haqlı tələbini təmin etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
24. Kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 88, 102.1, 103.1 və 103.2cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etirazı daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
27. M addə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-is tifadə olmasın.
29. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
37. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.
2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İddiaçı kassasiya şikayətində ekspert rəyi ilə aydın olmadığına və tələbin mahiyyətinə uyğun verilmədiyinə görə razılaşmadığını, təkrar ekspertiza keçirilməsi üçün vəsat ətinin isə məhkəmə tərəfindən əsassız olaraq rədd edildiyini, evindəki çatların məhz ətrafdakı binaların tikintisi nəticəsində yarandığını bina ilə evinin ara məsafəsinin 1,25 metr olması nəzərə alındıqda evindəki divar çatlarının yaranmasının səbəbinin MTK tərəfindən aparılan tkinti işləri olmasının və ona məddi zərər dəyməsinin ekspert rəyi olmadan da məlum olduğunu göstərərək məhkəmnin işə birtərəfli baxdığını irəli sürmüşdür.
47. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası iş üzrə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının 09 aprel 2021-ci il tarixli, 10/3941 saylı ekspert rəyi kifayət qədər aydındır, ekspertiza qarşısına qoyulmuş suallar tam cavablandırılmışdır.
48. İddiaçı ekspeprt rəyinin natamamlığı və ziddiyyətli olmasını irəli sürsə də, bunu əsaslandıra bilməmiş, bu bar ədə işə mahiyyəti üzrə baxan məhkəmələrə sübutlar təqdim edə bilməmişdir.
49. Evindəki çatların məhz 1,25 metr ara məsafəsi saxlanılmaqla hündürmərtəbəli binanın inşası ilə əlaqədar olması mülahizədir, iş materialları ilə öz təsdiqini tapmır.
50. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin мülki kollegiyasının 2(103)-10921/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.