Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3133/2019 25.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC–nin vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(103)-11656/2018 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) 25.06.2018 -ci il tarixli, 2(001)5839/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair iddiasının təmin edilməsi, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2724.40 ABŞ dolları əsas borc, 430.96 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3155.36 ABŞ dollar (Ekvivalenti ödəniş gününə X1 müvafiq olaraq manatla) borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) 05.12.2018-ci il tarixli, 2(103)-11656/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)5839/2018 saylı mülki iş üzrə qəbul etdiyi 25 iyun 2018-ci il tari xli qətnaməsinin ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Cavabdeh1 ilə bağlanılmış 21.05.2015-ci il tarixli ******** saylı kredit müqaviləsinə əsasən 2724,40 ABŞ dolları əsas borc, 430,96 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3155,36 ABŞ dolları məbləğinin və ödənilmiş 21 manat məhkəmə xərclərinin cavabdehlərdən birgə qaydada tutulması və iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(103)-11656/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC kassasiya şikayətini onunla əs aslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(103)-11656/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə ə sasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC–nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu qənaəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 540-cı maddəsi ilə əsaslandırmışdır. K assasiya kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı yoxlama apararkən maddi və prosessual hüquq normalarının pozuntusu halını müəyyən etməmişdir. Kassasiya şikayətində istinad edilən hallar barədə isə iş materiallarına hər hansı təsdiqedici sübut əlavə edilməmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli, 2(103)11656/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3133/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3133/2019
25.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver