Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3138/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçı “xxxxxxxx” ASC-nin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxxx xxx” ASC Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən – İddiaçı ASC-nin apelyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilib iddianın tam təmin edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək 140.000 manat müəyyən edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov, iş № 2(060)-139/2019) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh əsas bo rc üzrə 55.636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 28 (iyirmi səkkiz) manatın alınaraq iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövl ət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 (iyirmi səkkiz) manatın “xxxxxxxx” ASC- yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)226/2020) iddiaçı “xxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(060)139/2019 saylı qətnaməsi Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, evin ilkin satış qiyməti 160.000 manat müəyyən edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(060)-139/2019 saylı qətnaməsi ilə Cavabdeh əsas borc üzrə 55.636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 28 (iyirmi səkkiz) manatın alınaraq iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin aç ıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pulun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 (iyirmi səkkiz) manatın “xxxxxxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: “xxxxxxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsinin qismən – İddiaçı ASC-nin apelyasiya şikayətinin təmin edilməmə si hissəsində ləğv edilib iddianın tam təmin edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək 140.000 manat müəyyən edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 09.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik 25 (iyirmi beş) faiz hesablanmaqla 51.000 ABŞ dolları kredit verilmişdir. Müqavilənin təminatı kimi cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir və həmin müqavilənin 3.5-ci bəndinə əsasən yaşayış sahəsinin qiyməti 191.228 ABŞ dolları müəyyən edilmişdir. Bundan sonra “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 128117CNS-6487 saylı, 09.07.2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 01 oktyabr 2015-ci il tarixli dəyişiklik barədə razılaşmaya əsasən borclunun mövcud borcu manata konvertasiya edilərək 55636,75 manat müəəyyən edilmiş və kredit müqaviləsinin müddəti 01 oktyabr 2020-ci ilədək uzadılmışdır. Cavabdeh borcunu tam ödəməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 448.1, 448.2, 449.4, 465.2, 427.3, 269.5., 319.1-ci maddələrinin və «İpoteka h aqqında» AR Qanununun 34.1.1, 36.1ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3, 59.3-cü maddələrini tətbiq etmişdir. “xxxxxxxx” ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsini səhv təfsir edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlillər ilə qismən razılaşır və aşağıdakıları qeyd edir. «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunl a birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qeyd olunan normaların tələbindən göründüyü kimi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə y aşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etmələri üçün yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmasını şərt olaraq müəyyən edilir. Buna görə də qanunun bu tələbinə görə iki şərtdən hər hansı birinin olması nəticəsində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutuduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyas ının aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərdə mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə görə kredit borcunun bankın xeyrinə tutulması və ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməlidir. Göstərilən normaların tələbi baxımından apelyasiya məhkəməsi iddiaçın ın cavabdehlərin tələb yönəldiyi halda mənzildən çıxarılmasını tələb etmək hüququna malik olmasını nəzərə almamışdır. Yalnız göstərilən normalarla dəstəklənməyən «…başqa sözlə, hazırkı halda iddia tələbinin ipoteka predmeti olan əmlakın satıldıqdan bir ay sonra boşaldılması hissəsində qeyrimüəyyən zaman və şərt altında təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Digər tərəfdən, artıq satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipoteka saxlayanla ipoteka qoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimləyir.» mövqedən çıxış etməklə həmin hissədə iddia tələbinin əsassız olaraq rədd olunması nəticəsinə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, ipoteka müqaviləsi ilə ipoteka predmeti 191.228 ABŞ dolları məbl əğində, birinci instansiya məhkəməsi tərəfindən cəlb olunmuş qiymətləndirici ipoteka premetini 140000 manat, apelyasiya icraatı zamanı cəlb olunmuş qiymətləndirici isə ipoteka predmetini 160000 manat məbləğində qiymətləndirmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı göstərilənlərə də düzgün hüquqi qiymət verilməməsin ə dair dəlilləri ilə razılaşır və hesab edir ki, işdə ipoteka predmetinin dəyəri ilə bağlı müxtəlif qiymətlərin olması və apelyasiya məhkəməsinin hansı səbəbdən məhz sonuncu rəydə göstərilən qiyməti əsaslı olaraq qəbul etməsini və ilkin satış qiyməti kimi həmin qiyməti müəyyən etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda mübahisələndirilən hissələr üzrə hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələr üzrə ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: “xxxxxxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçı “xxxxxxxx” ASC-nin kassasiya şikayətinə münasibətdə-yəni cavabdehin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, fərdi yaşayış evinin boşaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilsin, mülki iş həmin hissələr üzrə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsı
Məhkəmə qərarları › İş №2(102)-3138/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3138/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver