Məhkəmə qərarları › İş №2(102)-3138/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3138/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3138/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3129/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-263/11 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı Nikoyl İKB-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Nikoyl İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləsinə xitam verilməsi, Cavabdeh kredit üzrə 23474,84 ABŞ dolları əsas, 5305,43 ABŞ dolları faiz və gecikdirməyə görə hesablanmış 160.46 ABŞ dolları dəbbə pulu borcu, cəmi 28.940,73 ABŞ dolları və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Nikoyl İKB-nin xeyrinə tutulması, iddia tələbinin 2002-ci il buraxılışlı qara rəngli 90DC914 dövlət qeydiyyat nişanlı Mercedes Benz ML 320 markalı avtomobil yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğ kredit ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh Nikoyl İKB-yə qarşı tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləsinə xx.xx.2010-cu il tarixdən xitam verilməsi və faiz borcunun xx.xx.2010-cu il tarixdən hesablanması barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. 2. "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.20 11-ci il tarixli məktubdan görünür ki, həmin məktubda Cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirdiyi və kredit borcunu tam ödədiyi qeyd olunmuşdur və bu səbəbdən də avtomobil üzərinə qoyulmuş həbsin götürlməsi xahiş edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-263/11 saylı, xx.xx.2011-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan 90DC914 dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML 320” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. 4. 11.10.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-658/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra m əmuru Səvxan Abasovun icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-658/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (b eş) faizlə hesablanmış 15808.87 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15808.87 ABŞ dolları məbləğində borcun və 170.63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dan illik 26 faizlə 36 ay müddətinə 25.000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 28 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15808.87 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15808.87 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən kreditə görə faizlər və cərimələr cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka və ödənilməli olan zərər kimi göst ərilmişdir.

9. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh Yelobank ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 10237,17 ABŞ dolları məbləğində pulun və 170,63 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia müddətini və tələb etmə müddətini ötürməklə ona qarşı iddia qaldırmışdır. İddiaçı iddia tələbini xx.xx.2022-ci il tarixdə, yəni on illik müddət keçəndən sonra irəli sürməklə həm müqavilə tələbi üzrə iddia müddətini, həm də ümumi tələbetmə müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(004)355/2023 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarında kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan so nra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir. Tərəflər arasında mövcud olan məhkəmə qətnaməsində "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə cavabdehdən pul məbləğinin tutulması qət edilmişdir. Belə olan halda müqavilə üzrə hər hansı gecikdirilmiş illik 5 faiz ödənilməsinin tələb edilməsi yolverilməzdir.

13. Məhkəmə eləcə də qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istina d edərək illik 5 faiz tutulmasını tələb edir. İş hallarından da müəyyən edilmişdir ki, borclu Cavabdeh borc məbləğinin tutulması barədə qətnamə 2011-ci il tarixdə qəbul edilmiş, Konstitusiya Məhkəməsinin qərarı isə 2014-cü ildə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

14. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı qəbul edilmiş qətnamənin icrası gecikdirildiyi üçün hesablanmış pul məbləğinin indeksasiyası barədə ərizə illə məhkəməyə müraciət edə bilərdi ki, bu daha məqsədə müvafiq hesab olunardı.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7, 448.1, 560.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən öz iddia tələbini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il qərarına istinad etməklə əsaslandırmışdır. Lakin Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə yeni maddi hüquq norması qəbul edilməmiş, əksinə xx.xx.1999-cu il tari xdə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə şərh vermişdir. Yəni birinci instansiya məhkəməsi “mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur” ifadəsini işlətməklə düzgün qeyd etsə də, faktiki olaraq həmin maddəni səhv tətbiq etmişdir. Belə ki, tərəflər arasında yaranmış münasibətlər – 2009-cu il tarixli kredit müqaviləsi üzrə 2011-ci il tarixdə qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən tutulmuş kredit borcunun ödənilməməsi ilə bağlıdır və həmin zaman xx.xx.1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi qüvvədə idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə yalnız mövcud maddi hüquq normalarına şərh vermişdir..

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-312 9/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

19. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olsa da, gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Yəni birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, iddiaçının iddia tələbinin təmin edilməməli olduğu qənaətini əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə düzgün izah etməmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən ol unmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab etmişdir ki, borc məbləği üzrə cavabdehin borcu ödəmək iqtidarında olmaması, onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz.

22. Kollegiya hesab etmişdir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası M ülki Məcəlləsinin 442, 448.1, 449.1, 560.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməsini Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun əsaslandırmış, cavabdehin borc məbləğindən bəhər götürmədiyini qeyd etməklə apellyasiya şikayətini təmin etməmişdir. Bankın xeyrinə tutulan pul məbləği 10 ildən çox bir müddətdə cavabdehin istifadəsində qalmışdır ki, həmin müddətdə cavabdehin qeyd edilən məbləğdən bəhər götürməməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi tamamilə öz mülahizələrinə dayanır.

26. Ka ssator hesab etmişdir ki, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi illik 26 faizlə 36 ay müddətinə bağlanmış və bu müddət ərzində cavabdeh tərəfindən krediti tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Bankın nümayəndəsi tərəfindən məhkəməyə ipoteka predmetinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizədə səhv olaraq qeyd edilmiş “borc öhdəliyi icra olunmuşdur” ifadələrinə borcun olmaması kimi qiymət verməklə kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, əvvəla hazırkı iddia tələbinin əsası borcun olmaması deyil, qalıq b orca 5 faizlə hesablanmış pulun tutulmasıdır. Eyni zamanda kassator bildirmişdir ki, borcun tam ödənilməsi üçün ya cavabdehə bankın rəsmi möhürü ilə təsdiqlənmiş borcun olmaması barədə arayışın verilməsi, yaxud da cavabdeh tərəfindən borcun tam ödənilməsi barədə qəbzlərin məhkəməyə təqdim olunması ilə mümkündür ki, hazırkı işdə qeyd etdiyi halların heç biri mövcud deyildir. Lakin məhkəmə qanunsuz və əsassız olaraq cavabdehin borcun olmamasına hüquqi qiymət verməklə iddia tələbindən və apellyasiya şikayətindən kənara çıxmışdır.

27. Həmçinin kassator hesab etmişdir ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyindən Bankın illik beş faizlə hesablanmış pulu tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi qeyd edilən maddənin məzmunundan göründüyü kimi iddiaçı daha böyük məbləğdə faizin tutulmasın ı tələb edə bilmirsə, onda cavabdehdən illik 5 faizlə hesablanmış borcun tutulmasını tələb edə bilər. Lakin apellyasiya instansiya məhkəməsi iddia tələbinə qeyd edilən maddənin çərçivəsində qiymət verməmiş, qətnaməsində yalnız 449.1-ci maddənin aspektindən hüquqi qiymət vermişdir.

28. Məhkəmə MPM-nin 88-ci maddəsinə əhəmiyyət verməyərək, ipoteka predmeti olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizədə qeyd edilmiş “borc tam ödənilmişdir” sözlərinə sübut kimi yanaşmış, faktiki olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq, borcun olmamasını bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmi şdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə

442. Öhdəliyin icra edilməmə si dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir

33. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 449.1.Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

35. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

37. Maddə 560.3.4.Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüquq un həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəf indən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı qətnamənin icrasının cavabdeh tərəfindən gecikdirilməsinə görə pul tələb edilsə də, qətnamənin qəbul edilməs indən bir neçə ay sonra iddiaçı özü Cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirdiyi və kredit borcunu tam ödədiyini qeyd etməklə ipoteka predmetinin, yəni tələb edilən borc məbləğinin təminatı olan avtomobilin üzərindən həbsin götürülməsini istəmişdir. Belə olan halda qətnamənin uzun illərdir icra edilməməsi əsası ilə əldən çıxmış faydanın tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu baxımdan kredit öhdəliyi icra edildiyi halda hazırkı tələbin təmin edilməsi mümkünsüzdür. Həmin qətnamə üzrə müəyyən edilmiş öhdəlik icra edilməmiş olsa idi belə borc məbləği ilə bağlı təminat kimi göstərilən əmlakın üzərindən həbsin götürülməsi və kredit müqaviləsi üzrə öhdəliyin (ödənilməli məbləğ) təminatsız saxlanmasının riski də məhz iddiaçı daşımalıdır. 12 iyul 2010-cu il tarixli təhvil-tə slim aktından aydın olur ki, ipoteka predmeti olan 90DC914 dövlət qeydiyyat nişanlı avtomobil bank təhvil verilmişdir.

51. Bununla yanaşı, qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

52. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.

53. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclu nun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

54. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

55. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqey i vardı və qeyd edilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə d ə kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3129/2023 nömrəli mülki iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar