Məhkəmə qərarları › İş №2(102)-3139/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3139/2020

31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3139/2020 31.05.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(105)399/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(105)399/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adından nümayəndə qismində XXXXoğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti İddiaçı2 dair hissədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402-407-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin həmin hissədə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. İş materiallarından görünür ki, kassasiya şikayəti iddiaçılar İddiaçı1 və İddiaçı2 adından nümayəndə qismində XXX oğlu tərəfindən imzalanmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, XXXX oğlunun İddiaçı1 təmsil etmək səlahiyyəti olsa da (iş v 27), onun digər İddiaçı2 təmsil etmək, o cümlədən, onun adından kassasiya şikayətini imzalamaq səlahiyyəti yoxdur. Beləliklə, kassasiya şikayəti İddiaçı2 dair hissədə hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Ona görə də kassasiya şikayətinin İddiaçı2 dair hissədə icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin həmin hissədə geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 408.1.4, 405.0.1 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(105)399/2020 saylı qətnaməsindən İddiaçı2 adından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin həmin hissədə geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar